RƏSMİ XRONİKA


AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİNFƏRDİ TƏQAÜDLƏRİNİN VERİLMƏSİ HAQQINDA
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI

“Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 11 iyun 2002-ci il tarixli 715 nömrəli Fərmanına (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, №6, maddə 329, № 10, maddə 587; 2004-cü il, №12, maddə 1006; 2005-ci il, №3, maddə 167) uyğun olaraq qərara alıram:

1. Azərbaycan elminin inkişafındakı xidmətlərinə görə Azərbaycan Milli Elmlər Akademiyasının aşağıdakı əməkdaşlarına Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdləri verilsin:

Cəmşidov Şamil Allahverdi oğlu

Dadaşov Fərid Həsən oğlu

Ələkbərov Aydın Qulam oğlu

Əliyev Müseyyib Həşim oğlu

Əskərova Roza Qasım qızı

Quliyev Rəsul Şirin oğlu

Quluzadə Zümrüd Əliqulu qızı

Məhərrəmov Tahir Əhməd oğlu

Nəbiyev Nəbi Əliabbas oğlu

Sultanov Sultan Əsgər oğlu

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

3. Bu Sərəncam dərc edildiyi gündən qüvvəyə minir.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 14 dekabr 2005-ci il.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin