Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİNFƏRMANI
«AZƏRBAYCAN RESPUBLİKASININ BƏZİ QANUNVERİCİLİK AKTLARINA ƏLAVƏLƏR VƏ DƏYİŞİKLİKLƏR EDİLMƏSİ HAQQINDA» AZƏRBAYCAN RESPUBLİKASININ 2004-CÜ İL 5 MART TARİXLİ 597-II QD NÖMRƏLİ QANUNUNUN TƏTBİQ EDİLMƏSİ BARƏDƏ

«Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi haqqında» Azərbaycan Respublikasının 2004-cü il 5 mart tarixli 597-II QD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiq edilməsini təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, bir ay müddətində:

1.1. qüvvədə olan qanunvericilik aktlarının «Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi haqqında» Azərbaycan Respublikasının 2004-cü il 5 mart tarixli 597-II QD nömrəli Qanununa uyğunlaşdırılması barədə təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.3. «Azərbaycan Respublikasının dövlət sərhədi haqqında» Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinin birinci hissəsində və 26-cı maddəsinin üçüncü hissəsində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini həyata keçirən icra hakimiyyəti orqanına dair təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.4. «Hərbi xidmət haqqında» Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinin dördüncü hissəsində və 23-cü maddəsinin birinci hissəsinin «b» bəndində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanı»nın və 11-ci maddəsinin səkkizinci hissəsində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanları»nın səlahiyyətlərini həyata keçirən icra hakimiyyəti orqanına dair təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.5. «Sanitariya-epidemioloji salamatlıq haqqında» Azərbaycan Respublikası Qanununun 29-cu maddəsinin birinci hissəsində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanları»nın səlahiyyətlərini həyata keçirən icra hakimiyyəti orqanına dair təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.6. «Dövlət təhlükəsizliyi və ictimai təhlükəsizlik mülahizələrinə və beynəlxalq öhdəliklərə görə vətəndaşa məxsus ola bilməyən əmlak növləri haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu və 11-ci maddələrində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanları»nın səlahiyyətlərini həyata keçirən icra hakimiyyəti orqanına dair təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.7. Azərbaycan Respublikasının 1993-cü il 2 mart tarixli 525 nömrəli Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının Dövlət himni haqqında Əsasnamə»nin 6-cı bəndində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanları»nın səlahiyyətlərini həyata keçirən icra hakimiyyəti orqanına dair təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.8. «Sərhəd qoşunları haqqında» Azərbaycan Respublikası Qanununun 28-ci maddəsinin birinci hissəsində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanları»nın səlahiyyətlərini həyata keçirən icra hakimiyyəti orqanına dair təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.9. Azərbaycan Respublikası Milli Məclisinin 1994-cü il 29 noyabr tarixli 928 nömrəli Qərarı ilə təsdiq edilmiş «Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında» Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamə»nin 8-ci bəndində, 32-bəndin «b» və «v» yarımbəndlərində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini həyata keçirən icra hakimiyyəti orqanına dair təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.10. öz səlahiyyətləri daxilində «Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi haqqında» Azərbaycan Respublikasının 2004-cü il 5 mart tarixli 597-II QD nömrəli Qanunundan irəli gələn digər məsələləri həll etsin.

2. Müəyyən edilsin ki:

2.1. «Azərbaycan Respublikasının dövlət sərhədi haqqında» Azərbaycan Respublikasının Qanununda:

2.1.1. 11-ci maddənin üçüncü hissəsində, 13-cü maddənin beşinci hissəsində, 19-cu maddənin birinci hissəsində və 34-cü maddədə nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

2.1.2. 9-cu maddənin birinci hissəsində, 10-cu maddənin ikinci hissəsində, 11-ci maddənin birinci və ikinci hissələrində, 14-cü maddənin ikinci hissəsində, 19-cu maddənin ikinci hissəsində, 22-ci maddənin birinci, ikinci və dördüncü hissələrində, 25-ci maddənin 5-ci və 6-cı bəndlərində, 26-cı maddənin ikinci hissəsinin birinci və ikinci cümlələrdə, 37-ci maddənin 4-cü və 5-ci bəndlərində və 37-1-ci maddədə nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir;

2.1.3. 11-ci maddənin dördüncü hissəsində və 12-ci maddənin beşinci hissəsində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti həyata keçirir;

2.2. «Hərbi xidmət haqqında» Azərbaycan Respublikasının Qanununda:

2.2.1. 9-cu maddənin birinci hissəsində, 10-cu maddənin beşinci hissəsində, 11-ci maddənin altıncı və səkkizinci hissələrində, 12-ci maddənin ikinci hissəsində, 17-ci maddənin birinci hissəsində, 22-ci maddənin dördüncü hissəsinin ikinci cümləsində, altıncı və yeddinci hissələrində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

2.2.2. 22-ci maddənin dördüncü hissəsinin birinci cümləsində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini Azərbaycan Respublikasının Müdafiə Nazirliyi həyata keçirir;

2.3. «Sanitariya-epidemioloji salamatlıq haqqında» Azərbaycan Respublikasının Qanununda:

2.3.1. 25-ci maddənin dördüncü hissəsində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanları»nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti və Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi öz səlahiyyətləri daxilində həyata keçirirlər;

2.3.2. 3-cü maddənin ikinci hissəsində, 13-cü maddənin ikinci, üçüncü və dördüncü abzaslarında, 17-ci maddənin üçüncü abzasında, 20-ci maddənin üçüncü abzasında, 24-cü maddənin ikinci hissəsində və 39-cu maddənin onuncu abzasında nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi həyata keçirir;

2.4. Azərbaycan Respublikasının 1993-cü il 2 mart tarixli 525 nömrəli Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının Dövlət himni haqqında Əsasnamə»nin 9-cu bəndində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi həyata keçirir;

2.5. Azərbaycan Respublikasının 1993-cü il 6 dekabr tarixli 760 nömrəli Qanunu ilə təsdiq edilmiş «Sərhəddə fərqlənməyə görə» medalı haqqında Əsasnamə»nin 2-cı bəndində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti həyata keçirir;

2.6. «Sərhəd qoşunları haqqında» Azərbaycan Respublikasının Qanununda:

2.6.1. 11-ci maddənin ikinci hissəsində və 12-ci maddənin ikinci hissəsində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

2.6.2. 40-cı maddənin birinci hissəsində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir;

2.6.3. 40-cı maddənin ikinci və üçüncü hissələrində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini Azərbaycan Respublikasının Müdafiə Nazirliyi həyata keçirir;

2.6.4. 39-cu maddənin dördüncü hissəsində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti həyata keçirir;

2.6.5. 36-cı maddənin birinci hissəsində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanları»nın səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Respublikasının Nazirlər Kabineti və Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti öz səlahiyyətləri daxilində həyata keçirirlər;

2.7. Azərbaycan Respublikası Milli Məclisinin 1994-cü il 29 noyabr tarixli 928 nömrəli Qərarı ilə təsdiq edilmiş «Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında» Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamə»də:

2.7.1. 3-cü, 12-14-cü, 17-ci, 21-ci bəndlərdə, 23-cü bəndin birinci və ikinci abzaslarında, 24-27-ci bəndlərdə və 32-ci bəndin «d» yarımbəndində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi həyata keçirir;

2.7.2. 32-ci bəndin «q» yarımbəndində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini Azərbaycan Respublikasının Hərbi Komissarlığı həyata keçirir;

2.7.3. 29-cu bəndin ikinci abzasında nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanları»nın səlahiyyətlərini Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti öz səlahiyyətləri daxilində həyata keçirirlər;

2.7.4. 32-ci bəndinin «a» yarımbəndində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanları»nın səlahiyyətlərini Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyi və Azərbaycan Respublikasının Müdafiə Nazirliyi öz səlahiyyətləri daxilində həyata keçirirlər;

2.7.5. 32-ci bəndin «ğ» yarımbəndində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanları»nın səlahiyyətlərini Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi öz səlahiyyətləri daxilində həyata keçirirlər.

3. Bu Fərman dərc olunduğu gündən qüvvəyə minir.

İlham Əliyev,

Azərbaycan Respublikasının Prezidenti.

Bakı şəhəri, «23» aprel 2004-cü il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin