Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİNFƏRMANI
«Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin təsdiq editlməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 29 avqust tarixli 389 nömrəli Fərmanına əlavə və dəyişiklik edilməsi haqqında

«Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə əlavə və dəyişikliklər edilməsi haqqında» Azərbaycan Respublikasının 2003-cü il 25 mart tarixli 428-IIQD nömrəli Qanununun icrasını təmin etmək məqsədi ilə qərara alıram:

1. «Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin təsdiq editlməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 29 avqust tarixli 389 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, № 8 (III kitab), maddə 612; 2001-ci il, № 7, maddə 462, № 12, maddə 755; 2002-ci il, № 1, maddə 49, № 5, maddələr 260, 275, № 8, maddələr 478, 484, 486; 2003-cü il, № 6, maddə 299, № 8, maddə 434, № 9, maddə 478, № 10, maddələr 546, 547, 560, 571, 582; Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 9 yanvar tarixli 12 nömrəli, 29 yanvar tarixli 20 nömrəli və 12 fevral tarixli 30 nömrəli Fərmanları) 3-cü bəndinin otuz ikinci abzasında «253-257-ci» sözlərindən əvvəl «204-1-ci,» sözü əlavə edilsin və «Nazirlər Kabineti yanında Dövlət Sığorta Nəzarəti» sözləri «Maliyyə Nazirliyi» sözləri ilə əvəz edilsin.

2. Bu Fərman dərc edildiyi gündən qüvvəyə minir.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, «17» mart 2004-cü il

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin