Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİNFƏRMANI
"HIDROTEXNIKI QURĞULARIN TƏHLÜKƏSIZLIYI HAQQINDA" AZƏRBAYCAN RESPUBLIKASI QANUNUNUN TƏTBIQI ILƏ ƏLAQƏDAR AZƏRBAYCAN RESPUBLIKASININ İNZIBATI XƏTALAR MƏCƏLLƏSINƏ ƏLAVƏLƏR EDILMƏSI BARƏDƏ" AZƏRBAYCAN RESPUBLIKASI QANUNUNUN ICRASININ TƏMIN EDILMƏSI ILƏ ƏLAQƏDAR ƏLAVƏ TƏDBIRLƏR HAQQINDA

"Hidrotexniki qurğuların təhlükəsizliyi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əlavələr edilməsi barədə" Azərbaycan Respublikası Qanununun icrasının təmin edilməsi ilə əlaqədar qərara alıram:

1. "Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 29 avqust tarixli 389 nömrəli Fərmanına (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, III kitab, №8, maddə 612; 2001-ci il, №7, maddə 462, №12, maddə 755; 2002-ci il, №1, maddə 49, №5, maddələr 260, 275, №8, maddələr 478, 484, 486; 2003-cü il, №6, maddə 299, №8, maddə 434, №9, maddə 478, №10, maddələr 546, 547, 560, 571, 582; Azərbaycan Respublikası Prezidentinin 2004-cü il, 9 yanvar tarixli 12 nömrəli, 29 yanvar tarixli 20 nömrəli və 12 fevral tarixli 30 nömrəli fərmanları) aşağıdakı əlavələr edilsin:

1) 2-ci bəndə aşağıdakı məzmunda on yeddinci abzas əlavə edilsin və on yeddinci-iyirmi ikinci abzaslar müvafiq olaraq on səkkizinci-iyirmi üçüncü abzaslar hesab edilsin:

"həmin Məcəllənin 320-1-ci maddəsində "müvafiq icra hakimiyyəti orqanları" dedikdə Azərbaycan Respublikasının Yanacaq və Energetika Nazirliyi, Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Meliorasiya və Su Təsərrüfatı Komitəsi, Azərbaycan Respublikasının Dövlət Sənayedə İşlərin Təhlükəsiz Görülməsinə Nəzarət və Dağ-Mədən Nəzarəti Komitəsi nəzərdə tutulur;";

2) 3-cü bəndə aşağıdakı məzmunda on səkkizinci abzas əlavə edilsin və on səkkizinci-otuz səkkizinci abzaslar müvafiq olaraq on doqquzuncu-otuz doqquzuncu abzaslar hesab edilsin:

"həmin Məcəllənin 115-1-ci və 320-1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə Azərbaycan Respublikasının Yanacaq və Energetika Nazirliyi, Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Meliorasiya və Su Təsərrüfatı Komitəsi, Azərbaycan Respublikasının Dövlət Sənayedə İşlərin Təhlükəsiz Görülməsinə Nəzarət və Dağ-Mədən Nəzarəti Komitəsi öz səlahiyyətləri daxilində baxırlar;".

2. Bu Fərman dərc edildiyi gündən qüvvəyə minir.

İlham Əliyev,

Azərbaycan Respublikasının Prezidenti.

Bakı şəhəri "3" mart 2004-cü il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin