Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN 2001-Cİ İL 30 İYUN TARİXLİ 518 NÖMRƏLİ FƏRMANI İLƏ TƏSDİQ EDİLMİŞ “AZƏRBAYCAN RESPUBLİKASININ DAXİLİ İŞLƏR NAZİRLİYİ HAQQINDA ƏSASNAMƏ”YƏ ƏLAVƏ EDİLMƏSİ HAQQINDA
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

“Daxili qoşunların statusu haqqında” Azərbaycan Respublikasının Qanununa əlavə və dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2009-cu il 20 oktyabr tarixli 887-IIIQD nömrəli Qanununun icrası ilə əlaqədar qərara alıram:

Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 30 iyun tarixli 518 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 6, maddə 416; 2004-cü il, № 6, maddə 440, № 9, maddə 674; 2005-ci il, № 6, maddə 491, № 12, maddə 1102; 2006-cı il, № 7, maddə 592, № 8, maddə 659; 2007-ci il, № 6, maddə 615, № 9, maddə 869, № 10, maddə 947, № 11, maddə 1106; 2008-ci il, № 3, maddə 168, № 8, maddə 719; 2009-cu il, № 5, maddə 322; Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 21 dekabr tarixli 195 nömrəli Fərmanı) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi haqqında Əsasnamə”yə aşağıdakı məzmunda 5.3.11-1-ci bənd əlavə edilsin:

“5.3.11-1. daxili qoşunların hərbi şurasının tərkibini müəyyən edir;”.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 15 mart 2010-cu il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin