Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN 2002-Cİ İL 24 AVQUST TARİXLI 772 NÖMRƏLİ FƏRMANI İLƏ TƏSDİQ EDİLMİŞ “İCRA HAKİMİYYƏTİ ORQANLARININ NORMATİV HÜQUQİ AKTLARINA BAXILMASI, QƏBUL EDİLMƏSİ VƏ TƏSDİQİ QAYDASI HAQQINDA ƏSASNAMƏ"YƏ ƏLAVƏ EDİLMƏSİ BARƏDƏ
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

1. Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 772 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, № 8, maddə 492) ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarına baxılması, qəbul edilməsi və təsdiqi qaydası haqqında Əsasnamə"nin 8-ci bəndinə aşağıdakı məzmunda üçüncü-altıncı abzaslar əlavə edilsin:

“Bu bəndin dördüncü abzasında nəzərdə tutulan hal istisna olmaqla Azərbaycan Respublikası Prezidentinin və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin tapşırığı ilə hazırlanan layihələr razılaşdırılmaq üçün müvafiq dövlət orqanına göndərildikdə, həmin orqan 10 gün müddətində layihəyə münasibət bildirməlidir.

Azərbaycan Respublikası Prezidentinin və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin tapşırığı ilə hazırlanan məcəllə layihəsi və sair iri həcmli layihələri razılaşdırılmaq üçün göndərən dövlət orqanının məktubunda daha uzun müddət müəyyən edilmədikdə, həmin layihələrə də 10 gün müddətində münasibət bildirilməlidir.

Bu bəndin üçüncü abzasında nəzərdə tutulan layihələr barəsində 15 gün müddətində, dördüncü abzasında nəzərdə tutulan layihələr barəsində isə 15 gün və ya layihəni göndərən dövlət orqanının məktubunda müəyyən edilən daha uzun müddətdə irad və təkliflər təqdim edilmədikdə, layihə razılaşdırılmış hesab olunur.

Layihəni razılaşdırılmaq üçün göndərən dövlət orqanı 15 gün və ya bu bəndin dördüncü abzasında nəzərdə tutulan halda daha uzun müddətdə barəsində irad və təkliflər təqdim edilməyən layihənin razılaşdırılmış hesab olunmasını öz məktubunda qeyd etməlidir.”.

2. Bu Fərman dərc edildiyi gündən qüvvəyə minir.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 23 noyabr 2007-ci il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin