Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN 2003-CÜ İL 27 SENTYABR TARİXLİ 935 NÖMRƏLİ FƏRMANI İLƏ TƏSDİQ EDİLMİŞ “DÖVLƏT HAKİMİYYƏTİ ORQANLARINDA, İDARƏ, TƏŞKİLAT VƏ MÜƏSSİSƏLƏRİNDƏ KARGÜZARLIĞIN APARILMASINA DAİR TƏLİMAT”A ƏLAVƏ EDİLMƏSİ HAQQINDA
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

1. Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli 935 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrində kargüzarlığın aparılmasına dair Təlimat”ın (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, №9, maddə 486; 2007-ci il, №5, maddə 459; Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 20 iyun tarixli 780 nömrəli Fərmanı) 25-ci bəndinə aşağıdakı məzmunda səkkizinci abzas əlavə edilsin:

“Dövlət orqanının rəhbərinə göndərilən sənədlər göndərən dövlət orqanının rəhbəri tərəfindən, o olmadıqda isə onun vəzifəsini icra edən müavini tərəfindən imzalanmalıdır. ”.

2. Bu Fərman dərc edildiyi gündən qüvvəyə minir.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 21 avqust 2008-ci il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin