Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN 2003-CÜ İL 4 AVQUST TARİXLİ 911 NÖMRƏLİ FƏRMANI İLƏ TƏSDİQ EDİLMİŞ “İNZİBATİ VƏ YARDIMÇI VƏZİFƏLƏRİN TƏSNİFAT TOPLUSU”NA ƏLAVƏLƏR VƏ DƏYİŞİKLİKLƏR EDİLMƏSİ HAQQINDA
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 4 avqust tarixli 911 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, №8, maddə 440; 2006-cı il, №3, maddə 229, №6, maddə 498; 2007-ci il, №2, maddələr 86, 101, №3, maddələr 217, 227, №7, maddə 714, №9, maddə 867, №10, maddə 948, №12, maddə 1242; 2008-ci il, №1, maddə 9, №3, maddələr 173, 179, №6, maddə 499, №8, maddələr 717, 723) ilə təsdiq edilmiş “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu”na aşağıdakı əlavələr və dəyişikliklər edilsin:

1. 2.1.2-ci bəndinin ikinci abzasına və 3.2.2-ci bəndinin ikinci abzasına “Azərbaycan Respublikası Prezidentinin İşlər müdiri” sözlərindən sonra “, Azərbaycan Respublikası Prezidentinin İşlər müdirinin birinci müavini” sözləri əlavə edilsin.

2. 2.1.3-cü bəndinin ikinci abzasından və 3.2.3-cü bəndinin ikinci abzasından “Azərbaycan Respublikası Prezidentinin İşlər müdirinin birinci müavini,” sözləri çıxarılsın.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 24 iyun 2009-cu il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin