Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN 2007-Cİ İL 12 MART TARİXLİ 543 NÖMRƏLİ FƏRMANINDA DƏYİŞİKLİK EDİLMƏSİ VƏ «XARİCİ VƏTƏNDAŞLARIN AZƏRBAYCAN RESPUBLİKASINDA YAŞAYIŞ YERİ VƏ OLDUĞU YER ÜZRƏ QEYDİYYAT ZAMANI QANUN POZUNTULARININ ARADAN QALDIRILMASINA DAİR TƏDBİRLƏR HAQQINDA» AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN 2003-CÜ İL 27 SENTYABR TARİXLİ 933 NÖMRƏLİ FƏRMANININ QÜVVƏDƏN DÜŞMÜŞ HESAB EDİLMƏSİ BARƏDƏ
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

«Miqrasiya proseslərinin idarə olunmasında «bir pəncərə» prinsipinin tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi və «Azərbaycan Respublikasında daimi yaşayan əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin qeydiyyat vəsiqəsinin formasının təsdiq edilməsi barədə» Azərbaycan Respublikası Qanununun qüvvədən düşmüş hesab edilməsi haqqında» Azərbaycan Respublikası Qanununun icrasını təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 12 mart tarixli 543 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, №3, maddə 222; 2008-ci il, №8, maddələr 720, 722, №11, maddə 980; 2009-cu il, №1, maddə 11) ilə təsdiq edilmiş «Qüvvədən düşmüş sənədlərin dövlət reyestrinin aparılması qaydası haqqında Əsasnamə»nin 8.7-ci və 8.8-ci bəndləri aşağıdakı redaksiyada verilsin:

«8.7. Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə vəsiqəsi;

8.8. Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün icazə vəsiqəsi;»;

2. «Xarici vətəndaşların Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyat zamanı qanun pozuntularının aradan qaldırılmasına dair tədbirlər haqqında» Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli 933 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, №9, maddə 484) qüvvədən düşmüş hesab edilsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 2 noyabr 2009-cu il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin