Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN 2007-Cİ İL 28 SENTYABR TARİXLİ 634 NÖMRƏLİ FƏRMANI İLƏ TƏSDİQ EDİLMİŞ “İNZİBATİ XƏTALAR HAQQINDA İŞLƏRƏ BAXMAĞA SƏLAHİYYƏTİ OLAN VƏZİFƏLİ ŞƏXSLƏRİN SİYAHISI”NDA DƏYİŞİKLİK EDİLMƏSİ BARƏDƏ
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

“Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının 2010-cu il 1 fevral tarixli 946-IIIQD nömrəli Qanununa uyğun olaraq qərara alıram:

Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 28 sentyabr tarixli 634 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 9, maddə 872; 2008-ci il, №3, maddələr 169, 186, №5, maddə 364, №6, maddələr 483, 504, №12, maddə 1057; 2009-cu il, №2, maddələr 59, 69, 73, №5, maddə 321, №6, maddə 421; 2010-cu il, №2, maddə 80, №3, maddələr 180, 184, 193) ilə təsdiq edilmiş “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyətli olan vəzifəli şəxslərin Siyahısı”nın 9.1-ci bəndində “187-1-ci maddəsində” sözləri “187-1-ci və 187-2-ci maddələrində” sözləri ilə əvəz edilsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 10 iyun 2010-cu il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin