Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN BƏZİ FƏRMANLARINA ƏLAVƏLƏR VƏ DƏYİŞİKLİKLƏR EDİLMƏSİ HAQQINDA
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

«Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi haqqında Əsasnamənin, nazirliyin strukturunun və işçilərinin say həddinin təsdiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 19 aprel tarixli 394 nömrəli Fərmanının 5-ci bəndinin icrasını təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikası Prezidentinin aşağıdakı fərmanlarına əlavələr və dəyişikliklər edilsin.

1.1. «Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 25 iyul tarixli 620 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997-ci il, №5, maddə 400; 2002-ci il, №8, maddə 478; 2004-cü il, №1, maddə 19; 2005-ci il, №12, maddə 1105) 2-ci bəndinin dördüncü və beşinci abzaslarında «Milli Təhlükəsizlik Nazirliyi,» sözlərindən sonra «Fövqəladə Hallar Nazirliyi,» sözləri əlavə edilsin.

1.2. «Azərbaycan Respublikasının 1997-ci il 26 dekabr tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikası Su Məcəlləsinin tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 13 mart tarixli 685 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998-ci il, №3, maddə 169; 2003-cü il, №10, maddə 546) 2-ci bəndinə aşağıdakı dəyişikliklər və əlavə edilsin:

1.2.1. Dördüncü abzasdan «92-ci maddəsinin birinci və ikinci hissələrində» sözləri, iyirminci abzasdan «və 92-ci maddəsinin üçüncü və dördüncü hissələrində» sözləri çıxarılsın;

1.2.2. Aşağıdakı məzmunda iyirmi birinci və iyirmi ikinci abzaslar əlavə edilsin:

«həmin Məcəllənin 92-ci maddəsinin birinci və ikinci hissələrində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanları»nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti və Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi öz səlahiyyətləri daxilində həyata keçirirlər;

həmin Məcəllənin 92-ci maddəsinin üçüncü və dördüncü hissələrində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanları»nın səlahiyyətlərini Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi və yerli icra hakimiyyəti orqanları öz səlahiyyətləri daxilində həyata keçirirlər.».

1.3. «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 30 mart tarixli 692 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998-ci il, №3, maddə 176; 2002-ci il, №8, maddə 478; 2004-cü il, №1, maddə 19; 2005-ci il, №4, maddə 299) 2-ci bəndinin altıncı abzasında «Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyi,» sözlərindən sonra «Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi,» sözləri əlavə edilsin.

1.4. «Mədəniyyət haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 16 aprel tarixli 698 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998-ci il, №4, maddə 244; 2001-ci il, №10, maddə 640; 2002-ci il, №1, maddə 14; 2005-ci il, №7, maddə 596) 2-ci bəndinə aşağıdakı dəyişiklik və əlavə edilsin:

1.4.1. Beşinci abzasda «36-cı maddəsinin ikinci hissəsinin üçüncü cümləsində və» sözləri «36-cı maddəsinin» sözləri ilə əvəz edilsin;

1.4.2. Aşağıdakı məzmunda on birinci abzas əlavə edilsin:

«36-cı maddəsinin ikinci hissəsinin üçüncü cümləsində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanları»nın səlahiyyətlərini Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi öz səlahiyyətləri daxilində həyata keçirirlər.».

1.5. «Mülki müdafiə haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 18 aprel tarixli 700 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998-ci il, №4, maddə 246; Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 17 aprel tarixli 390 nömrəli Fərmanı) 2-ci bəndinə aşağıdakı dəyişiklik və əlavə edilsin:

1.5.1. «12-ci maddəsinin beşinci hissəsində,» sözləri çıxarılsın;

1.5.2. Aşağıdakı məzmunda ikinci abzas əlavə edilsin:

«həmin Qanunun 12-ci maddəsinin beşinci hissəsində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir.».

1.6. «Yerin təki haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 27 aprel tarixli 701 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998-ci il, №4, maddə 247; 2003-cü il, №10, maddə 546) 2-ci bəndinin üçüncü, dördüncü, altıncı, onuncu-on altıncı, iyirmi birinci-iyirmi dördüncü abzaslarında «Dövlət Sənayedə İşlərin Təhlükəsiz Görülməsinə Nəzarət və Dağ-Mədən Nəzarəti Komitəsi» sözləri «Fövqəladə Hallar Nazirliyi» sözləri ilə əvəz edilsin.

1.7. «Elektroenergetika haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 13 iyun tarixli 723 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998-ci il, №6, maddə 384; 2003-cü il, №10, maddə 582) 2-ci bəndinin doqquzuncu abzasında «Dövlət Sənayedə İşlərin Təhlükəsiz Görülməsinə Nəzarət və Dağ-Mədən Nəzarəti Komitəsi» sözləri «Fövqəladə Hallar Nazirliyi» sözləri ilə əvəz edilsin.

1.8. «Əhalinin radiasiya təhlükəsizliyi haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 19 avqust tarixli 758 nömrəli Fərmanına (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998-ci il, №8, maddə 508; 2003-cü il, №10, maddələr 546, 585) aşağıdakı dəyişikliklər edilsin:

1.8.1. 2-ci bəndi üzrə:

1.8.1.1. üçüncü abzasdan «7-ci maddəsinin birinci və ikinci hissələrində (radiasiya təhlükəsizliyinin təmin edilməsi sahəsində dövlət idarəetməsinə aid hissədə)» sözləri çıxarılsın;

1.8.1.2. beşinci abzasda «7-ci maddəsinin birinci və ikinci hissələrində (radiasiya təhlükəsizliyinin təmin edilməsi sahəsində dövlət nəzarətinə aid hissədə)» sözləri «7-ci maddəsinin birinci və ikinci hissələrində» sözləri ilə, «Dövlət Sənayedə İşlərin Təhlükəsiz Görülməsinə Nəzarət və Dağ-Mədən Nəzarəti Komitəsi» sözləri «Fövqəladə Hallar Nazirliyi» sözləri ilə əvəz edilsin;

1.8.1.3. səkkizinci abzasda «Müdafiə Nazirliyi» sözləri «Fövqəladə Hallar Nazirliyi» sözləri ilə əvəz edilsin;

1.8.2. 3-cü bəndinin birinci abzasında «Dövlət Sənayedə İşlərin Təhlükəsiz Görülməsinə Nəzarət və Dağ-Mədən Nəzarəti Komitəsi» sözləri «Fövqəladə Hallar Nazirliyi» sözləri ilə əvəz edilsin.

1.9. «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 22 noyabr tarixli 24 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998-ci il, №11, maddə 666; 2001-ci il, №7, maddə 459; 2003-cü il, №10, maddələr 546, 571; 2004-cü il, №8, maddə 617, №12, maddə 1005) 2-ci bəndinə aşağıdakı dəyişikliklər və əlavələr edilsin:

1.9.1. on ikinci abzasından «85-ci maddəsinin 11-ci bəndində və onun Qeyd hissəsində «xidmət etdiyi» sözlərindən sonra» sözləri çıxarılsın;

1.9.2. on dördüncü abzasında «Fövqəladə hallar üzrə Dövlət Komissiyası» sözləri «Fövqəladə Hallar Nazirliyi» sözləri ilə əvəz edilsin;

1.9.3. on yeddinci abzasında «Dövlət Sənayedə İşlərin Təhlükəsiz Görülməsinə Nəzarət və Dağ-Mədən Nəzarəti Komitəsi» sözləri «Fövqəladə Hallar Nazirliyi» sözləri ilə əvəz edilsin;

1.9.4. on doqquzuncu abzasında «Nəqliyyat Nazirliyi,» sözlərindən sonra «Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi,» sözləri əlavə edilsin;

1.9.5. aşağıdakı məzmunda iyirmi altıncı abzas əlavə edilsin:

«həmin Qanunun 85-ci maddəsinin 11-ci bəndində və onun Qeyd hissəsində «xidmət etdiyi» sözlərindən sonra nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi öz səlahiyyətləri daxilində həyata keçirirlər;».

1.10. «Yerin təki haqqında» Azərbaycan Respublikası Qanununun icrasının təmin edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 13 fevral tarixli 102 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il, №2, maddə 85; 2003-cü il, №10, maddələr 546, 582) 2-ci bəndinin dördüncü, beşinci, altıncı, yeddinci, səkkizinci və on birinci abzaslarında «Dövlət Sənayedə İşlərin Təhlükəsiz Görülməsinə Nəzarət və Dağ-Mədən Nəzarəti Komitəsi» sözləri «Fövqəladə Hallar Nazirliyi» sözləri ilə əvəz edilsin.

1.11. «Azərbaycan Respublikası Əmək Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 15 aprel tarixli 122 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il, №4, maddə 231; 2000-ci il, №3, (I kitab), maddə 159) 2-ci bəndinin on dördüncü abzasında «Dövlət Sənayedə İşlərin Təhlükəsiz Görülməsinə Nəzarət və Dağ-Mədən Nəzarəti Komitəsi» sözləri «Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi» sözləri ilə əvəz edilsin.

1.12. Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 16 iyun tarixli 138 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il, №6, maddə 345, №9, maddə 542; 2001-ci il, №7, maddə 456, №9, maddə 593; 2002-ci il, №7, maddə 412, №8, maddə 480; 2003-cü il, №6, maddə 290, №10, maddə 585; 2004-cü il, №1, maddə 19, №7, maddə 537; 2005-ci il, №2, maddə 69, №7, maddə 597; Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 13 fevral tarixli 367 nömrəli Fərmanı) ilə təsdiq edilmiş «Yerli icra hakimiyyətləri haqqında Əsasnamə»nin 35-ci maddəsinin 8-ci bəndində «lazımi tədbirlər görmək» sözləri «tədbirlər görülməsinə köməklik etmək» sözləri ilə əvəz edilsin.

1.13. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi ilə əlaqədar əlavə tədbirlər haqqında» Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 10 avqust tarixli 178 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il, №8, maddə 488; 2000-ci il, №7, maddə 498; 2001-ci il, №10, maddə 640; 2003-cü il, №10, maddə 546) 1-ci bəndinin dördüncü və yeddinci abzaslarında «Dövlət Sənayedə İşlərin Təhlükəsiz Görülməsinə Nəzarət və Dağ-Mədən Nəzarəti Komitəsi» sözləri «Fövqəladə Hallar Nazirliyi» sözləri ilə əvəz edilsin.

1.14. «Su təchizatı və tullantı suları haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 26 yanvar tarixli 266 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, №1, maddə 45; 2001-ci il, №12, maddə 755) 2-ci bəndinə aşağıdakı dəyişiklik və əlavə edilsin:

1.14.1. beşinci abzasdan «11-ci maddəsinin 2-ci bəndində,» sözləri çıxarılsın;

1.14.2. aşağıdakı məzmunda altıncı abzas əlavə edilsin:

«həmin Qanunun 11-ci maddəsinin 2-ci bəndində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi və yerli icra hakimiyyəti orqanları öz səlahiyyətləri daxilində həyata keçirirlər.».

1.15. «Yoluxucu xəstəliklərin immunoprofilaktikası haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 17 iyun tarixli 353 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, №6, maddə 432; 2002-ci il, №8, maddə 478; 2003-cü il, №10, maddə 585; 2004-cü il, №1, maddə 19; 2005-ci il, №4, maddə 299) 2-ci bəndinin dördüncü abzasında «Milli Təhlükəsizlik Nazirliyi,» sözlərindən sonra «Fövqəladə Hallar Nazirliyi,» sözləri əlavə edilsin.

1.16 «Texniki təhlükəsizlik haqqında» Azərbaycan Respublikası Qanununun icrasının təmin edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 29 iyun tarixli 357 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, №6, maddə 436) 1-ci bəndində «Dövlət Sənayedə İşlərin Təhlükəsiz Görülməsinə Nəzarət və Dağ-Mədən Nəzarəti Komitəsi» sözləri «Fövqəladə Hallar Nazirliyi» sözləri ilə əvəz edilsin.

1.17. «Mülki müdafiə haqqında» Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar bəzi məsələlər barədə» Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 15 iyul tarixli 375 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, №7, maddə 515; 2005-ci il, №7, maddə 596) 1-ci bəndinin üçüncü və dördüncü abzaslarında «Müdafiə Nazirliyi» sözləri «Fövqəladə Hallar Nazirliyi» sözləri ilə əvəz edilsin.

1.18. «Ətraf mühitin mühafizəsi haqqında» Azərbaycan Respublikası Qanununun icrasının təmin edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 30 avqust tarixli 392 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, №8, (I kitab), maddə 615; 2001-ci il, №10, maddə 640, №12, maddələr 754, 755; 2002-ci il, №1, maddə 52; 2003-cü il, №10, maddələr 546, 585) 1-ci bəndinin onuncu və on doqquzuncu abzaslarında «Dövlət Sənayedə İşlərin Təhlükəsiz Görülməsinə Nəzarət və Dağ-Mədən Nəzarəti Komitəsi» sözləri «Fövqəladə Hallar Nazirliyi» sözləri ilə əvəz edilsin.

1.19. Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 30 iyun tarixli 518 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, №6, maddə 416; 2004-cü il, №6, maddə 440, №9, maddə 674; 2005-ci il, №6, maddə 491, №12, maddə 1102; Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 25 iyul tarixli 428 nömrəli və 1 avqust tarixli 433 nömrəli fərmanları) ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi haqqında Əsasnamə»yə aşağıdakı dəyişikliklər edilsin:

1.19.1. 1.3-cü bəndinin ikinci abzasından «yanğın təhlükəsizliyi qurumları,» sözləri çıxarılsın;

1.19.2. 2.1.4-cü, 3.1.19-cu və 4.1.11-ci bəndlər çıxarılsın.

1.20. «Azərbaycan Respublikasının Ticarət Gəmiçiliyi Məcəlləsinin icrasının təmin edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 3 noyabr tarixli 594 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, №11, maddə 702; 2003-cü il, №6, maddə 286) 1-ci bəndinə aşağıdakı məzmunda ikinci abzas əlavə edilsin:

«həmin Məcəllənin 20-ci və 27.2-ci maddələrində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi həyata keçirir.».

1.21. Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 769 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, №8, maddə 489; 2004-cü il, №8, maddə 616; 2005-ci il, №1, maddələr 15, 19) ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində xidməti və mülki silahın satış Qaydaları»nın 6-cı bəndindən «yanğından mühafizə orqanlarının,» sözləri çıxarılsın.

1.22. Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 769 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, №8, maddə 489; 2004-cü il, №8, maddə 616; 2005-ci il, №1, maddələr 15, 19) ilə təsdiq edilmiş «Xidməti və mülki silahın uçotu, saxlanılması, gəzdirilməsi, daşınması, göndərilməsi və təyinatı üzrə istifadə olunması Qaydaları»nın 3.5-ci bəndindən «yanğından mühafizə orqanlarının,» sözləri çıxarılsın.

1.23. Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 770 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, №8, maddə 490) ilə təsdiq edilmiş «Ərazi vahidlərinin, habelə ayrı-ayrı milli təhlükəsizlik və ya müdafiə təyinatlı ərazilərin qapalı elan edilməsi və xüsusi rejimli dövlət idarəetmənin tətbiq edilməsi Qaydaları»na aşağıdakı dəyişikliklər və əlavə edilsin:

1.23.1. 3.12-ci bəndin dördüncü abzasından «və yanğın təhlükəsizliyini təmin edən» sözləri çıxarılsın, aşağıdakı məzmunda beşinci abzas əlavə edilsin və beşinci-səkkizinci abzaslar müvafiq olaraq altıncı-doqquzuncu abzaslar hesab edilsin:

«qapalı ərazidə yanğından mühafizəni təmin edən və yanğın nəzarətini həyata keçirən Fövqəladə Hallar Nazirliyinin əməkdaşları;»,

1.23.2. 4.2-ci bəndin üçüncü abzası çıxarılsın.

1.24. «Hidrotexniki qurğuların təhlükəsizliyi haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 21 fevral tarixli 858 nömrəli Fərmanına (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, №2, maddə 90) aşağıdakı dəyişikliklər edilsin:

1.24.1. 3-cü, 5-ci və 6-cı bəndlərdə «Dövlət Sənayedə İşlərin Təhlükəsiz Görülməsinə Nəzarət və Dağ-Mədən Nəzarəti Komitəsi» sözləri «Fövqəladə Hallar Nazirliyi» sözləri ilə əvəz edilsin;

1.24.2. 3-cü bənddən «Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Dövlət Yanğın Təhlükəsizliyi İdarəsi» sözləri çıxarılsın.

1.25. Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 10 iyun tarixli 880 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, №6, maddə 286) ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi haqqında Əsasnamə»nin 9.31-ci bəndi çıxarılsın.

1.26. «Nəqliyyat haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi ilə əlaqədar əlavə tədbirlər barədə» Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 23 oktyabr tarixli 950 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, №10, maddə 555) 1-ci bəndində «Dövlət Sənayedə İşlərin Təhlükəsiz Görülməsinə Nəzarət və Dağ-Mədən Nəzarəti Komitəsi» sözləri «Fövqəladə Hallar Nazirliyi» sözləri ilə əvəz edilsin.

1.27. «Yeyinti məhsulları haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi ilə bağlı əlavə tədbirlər barədə» Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 23 oktyabr tarixli 969 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, №10, maddə 574; 2005-ci il, №7, maddə 592) 1-ci bəndinin səkkizinci abzasında «Nazirlər Kabineti yanında Dövlət Material Ehtiyatları Komitəsi» sözləri «Fövqəladə Hallar Nazirliyi» sözləri ilə əvəz edilsin.

1.28. Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 23 oktyabr tarixli 973 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, №10, maddə 578) ilə təsdiq edilmiş «Faydalı qazıntı ehtiyatlarının təsdiq edilməsi və silinməsi Qaydaları»nın 3.5-ci bəndinin ikinci abzasında «Dövlət Sənayedə İşlərin Təhlükəsiz Görülməsinə Nəzarət və Dağ-Mədən Nəzarəti Komitəsinin» sözləri «Fövqəladə Hallar Nazirliyinin» sözləri ilə əvəz edilsin.

1.29. Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 23 oktyabr tarixli 974 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, №10, maddə 579) ilə təsdiq edilmiş «Yerin təkindən, dəniz dibi sahələrindən və akvatoriyasından istifadəyə görə ödənişlərin alınması Qaydaları»nın 5-ci, 11-ci və 16-cı bəndlərində «Dövlət Sənayedə İşlərin Təhlükəsiz Görülməsinə Nəzarət və Dağ-Mədən Nəzarəti Komitəsi» və «Dövlət Sənayedə İşlərin Təhlükəsiz Görülməsinə Nəzarət və Dağ-Mədən Nəzarəti Komitəsinin» sözləri müvafiq olaraq «Fövqəladə Hallar Nazirliyi» və «Fövqəladə Hallar Nazirliyinin» sözləri ilə əvəz edilsin.

1.30. Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 23 oktyabr tarixli 975 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, №10, maddə 580) ilə təsdiq edilmiş «Yer təkinin istifadəyə verilməsi üzrə müsabiqə və hərracların keçirilməsi qaydaları və şərtləri haqqında Əsasnamə»yə aşağıdakı dəyişikliklər edilsin:

1.30.1. 1.3-cü bənddə «Dövlət Sənayedə İşlərin Təhlükəsiz Görülməsinə Nəzarət və Dağ-Mədən Nəzarəti Komitəsi (bundan sonra - Dövlətdağmədəntexnəzarət)» sözləri «Fövqəladə Hallar Nazirliyi» sözləri ilə əvəz edilsin;

1.30.2. 2.2-ci bəndin ikinci abzasında və 5.4-cü bənddə «Dövlətdağmədəntexnəzarətin» sözü «Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin» sözləri ilə əvəz edilsin;

1.30.3. 2.4-cü, 4.7-ci və 6.1-ci bəndlərdə «Dövlətdağmədəntexnəzarət» sözü «Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi» sözləri ilə əvəz edilsin.

1.31. Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 23 oktyabr tarixli 975 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, №10, maddə 580) ilə təsdiq edilmiş «Radioaktiv xammalın çıxarılması və radioaktiv tullantıların, zərərli maddələrin basdırılması üçün yerin təkindən istifadə olunması Qaydaları»na aşağıdakı dəyişikliklər edilsin:

1.31.1. 1.1-ci, 2.6-cı və 2.7.1-ci bəndlərdə «Dövlət Sənayedə İşlərin Təhlükəsiz Görülməsinə Nəzarət və Dağ-Mədən Nəzarəti Komitəsi» sözləri «Fövqəladə Hallar Nazirliyi» sözləri ilə əvəz edilsin;

1.31.2. 2.3-cü bənddə «Dövlət Sənayedə İşlərin Təhlükəsiz Görülməsinə Nəzarət və Dağ-Mədən Nəzarəti Komitəsinin» sözləri «Fövqəladə Hallar Nazirliyinin» sözləri ilə əvəz edilsin.

1.32. «Yanğından icbari sığorta haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 12 aprel tarixli 47 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, №4, maddə 227) 2-ci bəndində «Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yanğın Təhlükəsizliyi İdarəsi» sözləri «Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi» sözləri ilə əvəz edilsin.

1.33. Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 12 sentyabr tarixli 292 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, №9, maddə 798, №10, maddə 918) ilə təsdiq edilmiş «Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların dövriyyəsinə xüsusi icazə verən mərkəzi icra hakimiyyəti orqanlarının Siyahısı»nın 6-cı bəndində «Xüsusi icazə verən icra hakimiyyəti orqanı» sütununda «Dövlət Sənayedə İşlərin Təhlükəsiz Görülməsinə Nəzarət və Dağ-Mədən Nəzarəti Komitəsi» sözləri «Fövqəladə Hallar Nazirliyi» sözləri ilə, 9-cu bəndində «Xüsusi icazə verən icra hakimiyyəti orqanı» sütununda «Dövlət Sənayedə İşlərin Təhlükəsiz Görülməsinə Nəzarət və Dağ-Mədən Nəzarəti Komitəsi» və «Daxili İşlər Nazirliyi» sözləri «Fövqəladə Hallar Nazirliyi» sözləri ilə əvəz edilsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki:

2.1. «Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi haqqında Əsasnamənin, nazirliyin strukturunun və işçilərinin say həddinin təsdiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 19 aprel tarixli 394 nömrəli Fərmanının 5-ci bəndinin icrası ilə əlaqədar «Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 29 avqust tarixli 389 nömrəli Fərmanına əlavələr və dəyişikliklər edilməsi barədə aidiyyəti mərkəzi icra hakimiyyəti orqanları ilə razılaşdırılmış təkliflərini hazırlayıb bir ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

2.2. bu Fərmandan irəli gələn məsələləri öz səlahiyyətləri daxilində həll etsin.

3. Bu Fərman dərc edildiyi gündən qüvvəyə minir.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 6 avqust 2008-ci il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin