Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN BƏZİ FƏRMANLARINA VƏ SƏRƏNCAMLARINA ƏLAVƏLƏR VƏ DƏYİŞİKLİKLƏR EDİLMƏSİ VƏ “AZƏRBAYCAN RESPUBLİKASININ NAZİRLƏR KABİNETİ YANINDA MELİORASİYA VƏ SU TƏSƏRRÜFATI KOMİTƏSİNİN YARADILMASI HAQQINDA” AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN 1993-CÜ İL 3 MAY TARİXLİ 548 NÖMRƏLİ FƏRMANININ QÜVVƏDƏN DÜŞMÜŞ HESAB EDİLMƏSİ BARƏDƏ AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

“Meliorasiya və su təsərrüfatı sahəsində idarəetmənin təkmilləşdirilməsi tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 23 fevral tarixli 372 nömrəli Fərmanının icrasını təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikası Prezidentinin aşağıdakı fərman və sərəncamlarında əlavələr və dəyişikliklər edilsin:
1.1. “Meliorasiya və irriqasiya haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1996-cı il 14 sentyabr tarixli 492 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997-ci il, № 3, maddə 170):
1.1.1. 3-cü bənddə “səlahiyyətlər” sözündən sonra “, o cümlədən həmin Qanunun 14-cü maddəsinin ikinci hissəsində və 26-cı maddəsinin üçüncü hissəsində (birinci halda) nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətləri” sözləri əlavə edilsin;
1.1.2. 6-cı bənddə “13-cü maddəsində” sözləri “13-cü maddəsində (inzibati xətalar haqqında işlərə baxılması səlahiyyəti istisna olmaqla)” sözləri ilə, 26-cı maddəsinin ikinci və üçüncü hissələrində” sözləri “26-cı maddəsinin ikinci hissəsində” sözləri ilə, “Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Meliorasiya və Su Təsərrüfatı Komitəsi” sözləri “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti” sözləri ilə əvəz edilsin;
1.1.3. 6-cı bənddən “14-cü maddəsinin ikinci hissəsində,” sözləri və 7-ci bənd çıxarılsın.
1.2. “Azərbaycan Respublikasının 1997-ci il 26 dekabr tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikası Su Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 13 mart tarixli 685 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998-ci il, № 3, maddə 169; 2003-cü il, № 10, maddə 546) aşağıdakı dəyişikliklər edilsin:
1.2.1. 2-ci bənddə:
1.2.1.1. beşinci abzasda “Nazirlər Kabineti yanında Meliorasiya və Su Təsərrüfatı Komitəsi və Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi” sözləri “Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti” sözləri ilə;
1.2.1.2. yeddinci abzasda “Nazirlər Kabineti yanında Meliorasiya və Su Təsərrüfatı Komitəsi, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi və yerli icra hakimiyyəti orqanlarının” sözləri “Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi, yerli icra hakimiyyəti orqanları və Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin” sözləri ilə;
1.2.1.3. səkkizinci, doqquzuncu və on beşinci abzaslarda “Nazirlər Kabineti yanında Meliorasiya və Su Təsərrüfatı Komitəsi və Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi” sözləri “Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti” sözləri ilə;
1.2.1.4. onuncu abzasda “Nazirlər Kabineti yanında Meliorasiya və Su Təsərrüfatı Komitəsi, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi və” sözləri “Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti” sözləri ilə;
1.2.1.5. on dördüncü abzasda “Nazirlər Kabineti yanında Meliorasiya və Su Təsərrüfatı Komitəsi və yerli icra hakimiyyəti orqanları” sözləri “yerli icra hakimiyyəti orqanları və Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti” sözləri ilə;
1.2.1.6. on altıncı abzasda “Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Meliorasiya və Su Təsərrüfatı Komitəsi” sözləri “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti” sözləri ilə əvəz edilsin.
1.2.2. 4-cü bənddə “Nazirlər Kabineti yanında Meliorasiya və Su Təsərrüfatı Komitəsinə və Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə” sözləri “Ekologiya və Təbii Sərvətlər Nazirliyinə və Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə” sözləri ilə əvəz edilsin.
1.3. “Azərbaycan Respublikasının 1997-ci il 30 dekabr tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikası Meşə Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 30 mart tarixli 693 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998-ci il, № 3, maddə 177; 2003-cü il, № 10, maddə 546; 2004-cü il, № 12, maddə 1005) 2-ci bəndində:
1.3.1. beşinci abzasda “Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Meliorasiya və Su Təsərrüfatı Komitəsi və Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi” sözləri “Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti” sözləri ilə əvəz edilsin;
1.3.2. altıncı abzasdan «, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Meliorasiya və Su Təsərrüfatı Komitəsi,» sözləri çıxarılsın.
1.4. “Balıqçılıq haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 13 iyun tarixli 722 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998-ci il, № 6, maddə 383; 2003-cü il, № 10, maddə 546) 2-ci bəndinin altıncı abzasında “Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Meliorasiya və Su Təsərrüfatı Komitəsi” sözləri “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti” sözləri ilə əvəz edilsin.
1.5. “Elektroenergetika haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 13 iyun tarixli 723 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998-ci il, № 6, maddə 384; 2003-cü il, № 10, maddə 582) 2-ci bəndinin yeddinci abzasında “Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Meliorasiya və Su Təsərrüfatı Komitəsi” sözləri “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti” sözləri ilə əvəz edilsin.
1.6. “İstehsalat və məişət tullantıları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 26 oktyabr tarixli 3 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998-ci il, № 10, maddə 611; 2003-cü il, № 10, maddə 546) 2-ci bəndinin altıncı abzasında “Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Meliorasiya və Su Təsərrüfatı Komitəsi” sözləri “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti” sözləri ilə əvəz edilsin.
1.7. “Hidrometeorologiya fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun icrasının təmin edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 13 fevral tarixli 103 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il, № 2, maddə 86; 2001-ci il, № 12, maddə 755; 2002-ci il, №8, maddə 487; 2003-cü il, № 10, maddələr 546, 585) 2-ci bəndinin on birinci abzasından “Nazirlər Kabineti yanında Meliorasiya və Su Təsərrüfatı Komitəsi,” sözləri çıxarılsın, “Dövlət Torpaq Komitəsi” sözlərindən sonra “, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti” sözləri əlavə edilsin.
1.8. “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 29 avqust tarixli 389 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, № 8, III kitab, maddə 612; 2001-ci il, № 7, maddə 462, № 10, maddə 640, № 12, maddə 755; 2002-ci il, № 1, maddə 49, № 5, maddələr 260, 275, № 8, maddələr 478, 484, 486; 2003-cü il, № 6, maddə 299, № 8, maddə 434, № 9, maddə 478, № 10, maddələr 546, 547, 560, 571, 582; 2004-cü il, № 1, maddələr 19, 26, № 2, maddə 68, № 3, maddələr 138, 141, № 4, maddə 235, № 5, maddələr 340, 341, 343, 345, 346, № 8, maddələr 607, 608, № 11, maddə 909, № 12, maddə 1005; 2005-ci il, № 2, maddələr 67, 69, № 4, maddələr 299, 303, № 8, maddə 702, № 9, maddələr 801, 802, № 12, maddə 1101; 2006-cı il, № 2, maddə 83, № 4, maddələr 321, 322, № 5, maddə 407, № 7, maddə 590, № 8, maddələr 662, 663, 674, 675, 679, № 9, maddə 743; Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 29 noyabr tarixli 480 və 483 nömrəli fərmanları) aşağıdakı dəyişikliklər edilsin:
1.8.1. 2.16-cı bənddə “Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Meliorasiya və Su Təsərrüfatı Komitəsi” sözləri “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti” sözləri ilə əvəz edilsin;
1.8.2. 3.6-cı bənd çıxarılsın;
1.8.3. 3.11-ci və 3.17-ci bəndlərdən “Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Meliorasiya və Su Təsərrüfatı Komitəsi,” sözləri çıxarılsın.
1.9. “Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun icrasının təmin edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 30 avqust tarixli 392 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, № 8, III kitab, maddə 615; 2001-ci il, № 10, maddə 640, № 12, maddələr 754, 755; 2002-ci il, № 1, maddə 52; 2003-cü il, № 10, maddələr 546, 585) 1-ci bəndinin yeddinci abzasında “Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Meliorasiya və Su Təsərrüfatı Komitəsi” sözləri “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti” sözləri ilə əvəz edilsin.
1.10. «Hidrotexniki qurğuların təhlükəsizliyi haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 21 fevral tarixli 858 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, № 2, maddə 90) 3-cü, 4-cü və 5-ci və 6-cı bəndlərində “Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Meliorasiya və Su Təsərrüfatı Komitəsi” sözləri “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti” sözləri ilə əvəz edilsin.
1.11. “Bələdiyyələrin su təsərrüfatı haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 23 oktyabr tarixli 957 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, № 10, maddə 562) 1-ci bəndinin ikinci abzasında “Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Meliorasiya və Su Təsərrüfatı Komitəsi” sözləri, üçüncü abzasında “Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Meliorasiya və Su Təsərrüfatı Komitəsi” sözləri “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti” sözləri ilə əvəz edilsin.
1.12. “Torpaqların münbitliyi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsinə dair əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 23 oktyabr tarixli 979 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, № 10, maddə 584) aşağıdakı dəyişikliklər edilsin:
1.12.1. 1-ci bənddə:
1.12.1.1. üçüncü abzasdan “Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Meliorasiya və Su Təsərrüfatı Komitəsi,” sözləri çıxarılsın;
1.12.1.2. dördüncü abzasda “Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Meliorasiya və Su Təsərrüfatı Komitəsi” sözləri “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti” sözləri ilə əvəz edilsin.
1.12.2. həmin Fərmanla təsdiq edilmiş “Torpaqların münbitliyinin təmin olunmasına dövlət nəzarətinin həyata keçirilməsi Qaydaları”nın 5-ci bəndində “Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Meliorasiya və Su Təsərrüfatı Komitəsi” sözləri “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti” sözləri ilə əvəz edilsin.
1.13. Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 11 fevral tarixli 24 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2004-2008-ci illər)”nın (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 2, maddə 62; 2005-ci il, № 2, maddə 69; 2006-cı il, № 7, maddə 590, № 9, maddə 743) 3-cü bölməsinin 3.1.27-ci, 3.1.28-ci, 3.1.29-cu, 3.2.1.5-ci, 3.2.2.2-ci, 3.2.2.46-cı, 3.2.2.76-cı, 3.2.2.86-cı, 3.2.3.23-cü, 3.2.3.34-cü, 3.2.3.77-ci, 3.2.5.9-cu, 3.2.5.10-cu, 3.2.5.11-ci, 3.2.5.42-ci, 3.2.5.43-cü, 3.2.5.60-cı, 3.2.5.70-ci, 3.2.5.71-ci, 3.2.6.1-ci, 3.2.6.4-cü, 3.2.6.5-ci, 3.2.6.6-cı, 3.2.6.16-cı, 3.2.6.34-cü, 3.2.6.35-ci, 3.2.6.40-cı, 3.2.6.44-cü, 3.2.6.55-ci, 3.2.6.59-cu, 3.2.6.62-ci, 3.2.6.70-ci, 3.2.6.71-ci, 3.2.6.74-cü, 3.2.6.88-ci, 3.2.6.95-ci, 3.2.6.102-ci, 3.2.6.104-cü, 3.2.6.106-cı, 3.2.6.112-ci, 3.2.6.114-cü, 3.2.6.121-ci, 3.2.6.124-cü, 3.2.6.128-ci, 3.2.6.130-cu, 3.2.6.137-ci, 3.2.6.139-cu, 3.2.6.149-cu, 3.2.6.153-cü, 3.2.6.155-ci, 3.2.6.158-ci, 3.2.7.15-ci, 3.2.7.21-ci, 3.2.7.22-ci, 3.2.8.7-ci, 3.2.8.10-cu, 3.2.8.12-ci, 3.2.8.19-cu, 3.2.8.20-ci, 3.2.8.25-ci, 3.2.8.31-ci, 3.2.8.32-ci, 3.2.9.22-ci, 3.2.9.23-cü, 3.2.9.25-ci, 3.2.9.43-cü, 3.2.9.44-cü və 3.2.9.47-ci bəndlərinin “İcraçılar” sütununda “Meliorasiya və Su Təsərrüfatı Komitəsi” sözləri “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti” sözləri ilə əvəz edilsin.
1.14. “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi və onun yanında yaradılmış dövlət agentliyi və dövlət xidmətləri haqqında əsasnamələrin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 20 aprel tarixli 226 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 4, maddə 301; 2006-cı il, № 2, maddə 91, № 5, maddə 397) aşağıdakı dəyişikliklər edilsin:
1.14.1. Fərmanın 8.1-ci bəndində “agentliklərinin” sözü “agentliyinin” sözü ilə əvəz edilsin.
1.14.2. həmin Fərmanla təsdiq edilmiş “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi haqqında Əsasnamə”də:
1.14.2.1. 2-ci, 10.1-ci, 10.4-cü, 11.1-ci və 16-cı bəndlərdən “meliorasiya və su təsərrüfatı,” sözləri çıxarılsın;
1.14.2.2. 3-cü və 5-ci bəndlərdən “Dövlət Meliorasiya və Su Təsərrüfatı Agentliyi,” sözləri çıxarılsın;
1.14.2.3. 3-cü və 18.8-ci bəndlərdə ismin müvafiq hallarında “agentliklər” sözü ismin müvafiq hallarında “agentlik” sözü ilə əvəz edilsin;
1.14.2.4. 11.6-cı, 11.7-ci və 12.6-cı bəndlərdə ismin müvafiq hallarında “Dövlət Agentlikləri” sözləri ismin müvafiq hallarında “Dövlət Agentliyi” sözləri ilə əvəz edilsin;
1.14.2.5. 16-cı, 17-ci, 18.4-cü və 19-cu bəndlərdə ismin müvafiq hallarında “dövlət agentlikləri” sözləri ismin müvafiq hallarında “dövlət agentliyi” sözləri ilə əvəz edilsin;
1.14.2.6. 11.11-ci bənddə “torpaqların meliorativ vəziyyətinə nəzarəti və torpaqların meliorativ cəhətdən yaxşılaşdırılmasını təşkil edir” sözləri “torpaqların meliorativ cəhətdən yaxşılaşdırılmasında iştirak edir” sözləri ilə əvəz edilsin;
1.14.2.7. 11.28-ci bənddən “meliorativ,” sözü çıxarılsın;
1.14.2.8. 11.27-ci bənd çıxarılsın;
1.14.2.9. 11.28-ci-11.56-cı bəndlər müvafiq olaraq 11.27-ci-11.55-ci bəndlər hesab edilsin.
1.15. Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 2 mart tarixli 640 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərzaq təhlükəsizliyi Proqramı”nın (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 3, maddə 170, № 10, maddə 640, № 12, maddə 755) 1.10-cu bəndində aşağıdakı dəyişikliklər edilsin:
1.15.1. “Həyata keçirilən tədbirlər” adlı hissədə üçüncü abzasda birinci cümlə və dördüncü abzasda üçüncü cümlə çıxarılsın;
1.15.2. “Növbəti tədbirlər aşağıdakılardan ibarətdir” adlı hissədə mətn üzrə “Meliorasiya və Su Təsərrüfatı Komitəsi” sözləri “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti” sözləri ilə əvəz edilsin.
1.16. Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 18 fevral tarixli 1152 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, № 2, maddə 107; 2004-cü il, № 12, maddə 1005; 2006-cı il, № 9, maddə 743) ilə təsdiq edilmiş:
1.16.1. “Azərbaycan Respublikasında ekoloji cəhətdən dayanıqlı sosial-iqtisadi inkişafa dair Milli Proqram”ın “Milli Proqramın həyata keçirilməsi üçün tədbirlər planı” bölməsinin 2-ci, 5-ci, 6-cı, 12-ci, 13-cü, 15-ci, 16-cı və 78-ci bəndlərinin “Əsas icraçılar” sütununda “Nazirlər Kabineti yanında Meliorasiya və Su Təsərrüfatı Komitəsi” sözləri “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti” sözləri ilə əvəz edilsin.
1.16.2. “Azərbaycan Respublikasında meşələrin bərpa edilməsi və artırılmasına dair Milli Proqram”ın 1-ci bölməsinin 1.2.4-cü bəndinin ikinci abzasında və 4-cü bölməsinin 4.1.3-cü bəndində “Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Meliorasiya və Su Təsərrüfatı Komitəsi» sözləri “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti” sözləri ilə əvəz edilsin.
1.17. Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 28 yanvar tarixli 62 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında hidrometeorologiyanın İnkişaf Proqramı”nın (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 1, maddə 38) 6-cı bölməsinin 4.2-ci, 5.4-cü, 11-ci və 12-ci bəndlərinin “Əsas israçılar” sütununda “Nazirlər Kabineti yanında Meliorasiya və Su Təsərrüfatı Komitəsi” sözləri “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti” sözləri ilə əvəz edilsin.
1.18. Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 22 may tarixli 222 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında yay-qış otlaqlarının, biçənəklərin səmərəli istifadə olunması və səhralaşmanın qarşısının alınmasına dair Dövlət Proqramı”nın (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 5, maddə 364) “Azərbaycan Respublikasında yay-qış otlaqlarının, biçənəklərin səmərəli istifadə olunması və səhralaşmanın qarşısının alınmasına dair Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə əsas Tədbirlər” hissəsinin 1.6-cı, 2.3-cü, 2.4-cü, 2.9-cu, 2.10-cu, 4.6-cı və 4.7-ci bəndlərinin “İcraçılar” sütununda “MSTK” qısaldılmış ifadəsi “Azmelsutəsərrüfat” ASC” sözləri ilə, “Akronimlər” adlı hissəsində “MSTK - Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Meliorasiya və Su Təsərrüfatı Komitəsi” sözləri ”Azmelsutəsərrüfat” ASC - Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti” sözləri ilə əvəz edilsin.
1.19. Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 1 iyul tarixli 298 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 7, maddə 540; 2006-cı il, № 9, maddə 743) 2.19-cu bəndinin “İcraçılar” sütununda “Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Meliorasiya və Su Təsərrüfatı Komitəsi” sözləri “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti” sözləri ilə əvəz edilsin.
1.20. Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 11 noyabr tarixli 517 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında demoqrafiya və əhali sakinliyinin inkişafı sahəsində Dövlət Proqramı”nın (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 11, maddə 940; 2005-ci il, № 7 maddə 596; 2006-cı il, № 9, maddə 743) «Azərbaycan Respublikasında demoqrafiya və əhali sakinliyinin inkişafı sahəsində Dövlət Proqramı çərçivəsində həyata keçiriləcək Tədbirlər” bölməsinin 5.1.14-cü bəndinin “İcraçılar” sütununda “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Meliorasiya və Su Təsərrüfatı Agentliyi” sözləri və 5.2.6-cı bəndinin “İcraçılar” sütununda “Meliorasiya və Su Təsərrüfatı Agentliyi” sözləri “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti” sözləri ilə əvəz edilsin.
2. “Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Meliorasiya və Su Təsərrüfatı Komitəsinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 1993-cü il 3 may tarixli 548 nömrəli Fərmanı (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1993-cü il, № 9, maddə 258) qüvvədən düşmüş hesab edilsin.
3. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, iki ay müddətində:
3.1. qüvvədə olan qanunvericilik aktlarının bu Fərmana uyğunlaşdırılması barədə təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
3.2. bu Fərmanın 1.8-ci bəndi nəzərə alınmaqla, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan orqan barədə təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
3.3. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.
4. Bu Fərman dərc edildiyi gündən qüvvəyə minir.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 2 fevral 2007-ci il

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin