Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN BƏZİ FƏRMANLARINDA DƏYİŞİKLİK VƏƏLAVƏLƏR EDİLMƏSİ BARƏDƏ
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

“Qeyri-dövlət (özəl) mühafizə fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun icrasını təmin etmək məqsədilə qərara alıram:
1. “Azərbaycan Respublikasında bəzi sahibkarlıq fəaliyyəti növlərinə xüsusi razılıq (lisenziya) verilməsinin təkmilləşdirilməsi tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 28 mart tarixli 310 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, № 3 (iki kitabda), I kitab, maddə 176; 2001-ci il, № 10, maddə 640, № 11, maddə 707; 2002-ci il, № 9, maddə 555; 2003-cü il, № 10, maddə 568; 2004-cü il, № 12, maddə 1004; 2005-ci il, № 12, maddə 1104) 3-cü bəndində “xüsusi əhəmiyyətli dövlət hakimiyyəti obyektlərinin qorunması, vətəndaşların təhlükəsizliyinin qorunması,” sözləri çıxarılsın və “səhmdar cəmiyyətləri” sözlərindən sonra “, dövlət mühafizə obyektlərinin və siyahısı Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilən obyektlərin mühafizəsi, vətəndaşların təhlükəsizliyinin qorunması müvafiq dövlət orqanları” sözləri əlavə edilsin.
2. Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 30 iyun tarixli 518 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 6, maddə 416; 2004-cü il, № 6, maddə 440, № 9, maddə 674; 2005-ci il, № 6, maddə 491, № 12, maddə 1102; 2006-cı il, № 7, maddə 592, № 8, maddə 659; 2007-ci il, № 6, maddə 615; Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 27 sentyabr tarixli 631 nömrəli və 26 oktyabr tarixli 642 nömrəli fərmanları) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi haqqında Əsasnamə”yə aşağıdakı məzmunda 4.1.12–1-ci bənd əlavə edilsin:
“4.1.12–1. öz səlahiyyətləri daxilində özəl mühafizə fəaliyyətinə, eləcə də bu fəaliyyət çərçivəsində xüsusi vasitələrin dövriyyəsinə qanunvericiliklə müəyyən edilmiş qaydada nəzarət etmək;”.
3. Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 27 mart tarixli 43 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 3, maddə 144, № 9, maddə 677; 2005-ci il, № 6, maddə 480, № 10, maddə 910) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyi haqqında Əsasnamə”yə aşağıdakı məzmunda 9.18–1-ci bənd əlavə edilsin:
“9.18–1. öz səlahiyyətləri daxilində özəl mühafizə fəaliyyətinə, eləcə də bu fəaliyyət çərçivəsində xüsusi vasitələrin dövriyyəsinə qanunvericiliklə müəyyən edilmiş qaydada nəzarət etmək;”.
4. Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 2 sentyabr tarixli 782 nömrəli Fərmanına (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, № 9, maddə 555; 2003-cü il, № 3, maddə 153, № 10, maddə 570; 2005-ci il, № 2, maddə 69, № 4, maddələr 301, 307, № 8, maddə 721, № 10, maddə 919; № 12, maddələr 1104, 1117; 2006-cı il, № 7, maddə 591, № 9, maddə 743, № 11, maddə 945, № 12, maddə 1057; 2007-ci il, № 6, maddə 618; Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 16 avqust tarixli 617 nömrəli, 18 oktyabr tarixli 638 nömrəli və 13 noyabr tarixli 650 nömrəli fərmanları) Əlavə № 2 “Xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növlərinin siyahısı və həmin fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsinə görə ödənilən dövlət rüsumunun məbləğləri”nə aşağıdakı məzmunda 1-ci bənd əlavə edilsin:
 

1.
 
 
 
 
 
 
 
 
 
Özəl mühafizə fəaliyyəti
 
 
 
 
 
 
 
 
Azərbaycan Respublikasının
Milli Təhlükəsizlik Nazirliyi
(Azərbaycan Respublikasının ərazisində xarici hüquqi şəxslər və ya əcnəbi və ya vətəndaşlığı olmayan şəxslər tərəfindən təsis edilmiş hüquqi şəxslərin, o cümlədən birbaşa və ya dolayı yolla xarici kapitalın iştirakı ilə yaradılmış hüquqi şəxslərin öz mühafizəsini təmin etmək üçün);
 
Azərbaycan Respublikasının
Daxili İşlər Nazirliyi (digər hallarda)
 
3000
 
 
 
 
 
 
 
 

 
5. Bu Fərman dərc edildiyi gündən qüvvəyə minir.
 
              İlham Əliyev
           Azərbaycan Respublikasının Prezidenti
 
Bakı şəhəri, 23 noyabr 2007-ci il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin