AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN BƏZİ FƏRMANLARININ QÜVVƏDƏN DÜŞMÜŞ HESAB EDİLMƏSİ HAQQINDA
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI
AzerTAg.az
01.03.2007 [13:50]
Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi haqqında Əsasnamənin, nazirliyin strukturunun və işçilərin say həddinin təsdiq edilməsi haqqında” 2006-cı il 27 sentyabr tarixli 462 nömrəli və “Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyinin fəaliyyətinin təşkil edilməsi haqqında” 2006-cı il 27 sentyabr tarixli 463 nömrəli fərmanlarının icrasını təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikası Prezidentinin aşağıdakı fərmanları qüvvədən düşmüş hesab edilsin:
1.1. “Azərbaycan Milli Aerokosmik Agentliyinin Əsasnaməsinin təsdiq edilməsi və mərkəzi aparatının say tərkibinin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 1992-ci il 3 iyul tarixli 26 nömrəli Fərmanı (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1992-ci il, №13, maddə 527; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, №12, maddə 1004);
1.2. “Azərbaycan Respublikasının Prezidenti yanında Xüsusi Maşınqayırma və Konversiya Komitəsi haqqında Əsasnamənin və onun strukturunun təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1993-cü il 15 mart tarixli 490 nömrəli Fərmanı (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1993-cü il, №5, maddə 154);
1.3. “Azərbaycan Milli Aerokosmik Agentliyi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 4 yanvar tarixli 839 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, №1, maddə 31).
2. Bu Fərman dərc edildiyi gündən qüvvəyə minir.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 27 fevral 2007-ci il.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin
Bölmənin digər xəbərləri
13.01.2021 [19:11]
13.01.2021 [19:09]
MULTİMEDİA
26.01.2021 [17:53]
19.01.2021
26.01.2021 [18:05]
26.01.2021 [17:50]
26.01.2021 [17:40]
26.01.2021 [18:15]
26.01.2021 [18:12]
26.01.2021 [17:59]
26.01.2021 [17:56]
26.01.2021 [17:45]
26.01.2021 [17:58]
26.01.2021 [17:29]
26.01.2021 [17:17]
26.01.2021 [16:52]
26.01.2021 [01:45]
25.01.2021 [11:22]
22.01.2021 [16:01]
22.01.2021 [13:23]
26.01.2021 [16:31]
26.01.2021 [15:12]
26.01.2021 [11:35]
26.01.2021 [17:39]
26.01.2021 [17:19]
26.01.2021 [17:11]
26.01.2021 [16:44]
26.01.2021 [18:10]
26.01.2021 [17:55]
26.01.2021 [17:53]
Xəbərin mətnində orfoqrafik səhv var