Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ XRONİKA

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN BÖYÜK BRİTANİYAYA RƏSMİ SƏFƏRİ

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev İngiltərənin Baş naziri Con Meycorun dəvəti ilə fevralın 22-də Böyük Britaniyaya üç günlük rəsmi səfərə yola düşmüşdür. Səfər zamanı iki ölkə arasında siyasi, iqtisadi və mədəni əməkdaşlıq haqqında müqavilələr imzalanacaqdır.

Heydər Əliyev yola düşməzdən əvvəl Binə hava limanında jurnalistlərə qısa müsahibə vermişdir.

- Hörmətli Prezident, Böyük Britaniyaya səfərinizin gedişində bir sıra sənədlər imzalanması nəzərdə tutulmuşdur. Səfər zamanı Siz bu ölkənin rəsmi şəxsləri, işgüzar dairələrinin nümayəndələri ilə görüşəcəksiniz. Böyük Britaniya ilə qarşılıqlı iqtisadi əlaqələr Azərbaycanın iqtisadiyyatına nə kimi təsir göstərəcəkdir?

- Əvvəla onu deyim ki, Azərbaycan Prezidentinin İngiltərəyə səfəri respublikamızla Böyük Britaniya arasında əlaqələrin yaranması və inkişaf etdirilməsi məqsədi daşıyır. Çünki Azərbaycan müstəqillik əldə etdikdən sonra Böyük Britaniya kimi nüfuzlu və böyük bir ölkə ilə dövlətlərarası əlaqələr yarada bilməmişdir. İngiltərənin səfiri Azərbaycana bir neçə ay olar ki, gəlmişdir. Bizim səfirimiz isə Londona yalnız bu yaxın günlərdə getmişdir. Deməli, diplomatik əlaqələr yenicə yaradılır. O ki qaldı dövlətlər arasında geniş əlaqələrə, ən əvvəl siyasi və iqtisadi əlaqələrə, habelə elmi, mədəni əlaqələrə, gənc bir dövlət kimi Azərbaycan Respublikasının bütün bunlara çox böyük ehtiyacı var.

Respublika Prezidenti daha sonra demişdir: Bildiyiniz kimi, İngiltərə dünyanın böyük dövlətlərindəndir. BMT Təhlükəsizlik Şurasının beş daimi üzvündən, dünyanın ən inkişaf etmiş yeddi ölkəsindən biridir. İngiltərə həm keçmiş tarixinə, həm də bugünkü mövqeyinə görə dünya siyasətinə və iqtisadiyyatına çox güclü təsir göstərən bir ölkədir. Ona görə də Azərbaycan Respublikası ilə İngiltərə arasında sıx əlaqələr yaranması, ilk növbədə, bizim ölkəmizin milli mənafeyi üçün olduqca əhəmiyyətlidir. Eyni zamanda bizə məlumdur ki, İngiltərə də Azərbaycana çox maraq göstərir, Azərbaycanla iqtisadi əlaqələr yaratmaq istəyir. Ümumiyyətlə, İngiltərənin Qafqaza, o cümlədən Azərbaycana tarixən marağı məlumdur. İndiki mərhələdə, yəni XX əsrin sonunda İngiltərə Azərbaycanla yeni bir keyfiyyətdə iqtisadi əlaqələr qurmaq istəyir. Bu sahədə müəyyən işlər, daha doğrusu, hazırlıq işləri görülübdür. İndi bunların hamısını orada tamamlamaq lazımdır.

Bilirsiniz ki, mənim İngiltərəyə səfərim rəsmi xarakter daşıyır, yəni rəsmi dövlət səfəridir və bu barədə dəvət İngiltərənin Baş naziri cənab Con Meycordan alınmışdır. Elə bu günlərdə mən cənab Meycordan məktub aldım. Baş nazir yazır ki, o, bizim bu görüşümüzü gözləyir və qarşıdakı səfər zamanı həm İngiltərə, həm də Azərbaycan üçün səmərəli nəticələr əldə ediləcəyinə ümid bəsləyir. Ona görə də mən bu səfərə çox böyük əhəmiyyət verirəm və güman edirəm ki, İngiltərənin rəhbərləri də bu fikirdədirlər. Orada proqram artıq məlumdur. Con Meycor ilə danışıqlar aparacaq, həm onunla, həm də digər yüksək vəzifəli şəxslərlə bir neçə müqavilə imzalayacağıq. İngiltərə parlamentində, digər dövlət dairələrində görüşlər olacaqdır. Şübhəsiz ki, bunların hamısı gənc respublikamız üçün, onun xarici siyasəti üçün və dünyada öz mövqeyini möhkəmləndirməsi üçün olduqca lüzumlu məsələlərdir və mən də İngiltərəyə bu məsələlərin həll edilməsi üçün gedirəm.

Azəbaycan Respublikasının Prezidenti Heydər Əliyevi Ali Sovetin sədri Rəsul Quliyev, Baş nazir Surət Hüseynov və digər rəsmi şəxslər yola salmışlar.

Aslan Aslanov

AZƏRTAC-ın müxbiri 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Ağ-qaralar”ın idman direktoru: Klubu sevən azarkeş hər zaman stadionda olmalıdır

Səhiyyə naziri respublikanın bütün şəhər və rayonlarında “İmmunlaşdırma həftəsi”nin keçirilməsi ilə bağlı Əmr imzalayıb

İsveçli funksioner: Transfer işləri ilə skaut komandası maraqlansa da, son qərarı mən verirəm

Xocavənd rayonunda fermada xeyli sayda partlayıcı maddə aşkarlanıb

Tarix Muzeyində tədbir: “Molla Nəsrəddin güldürür və düşündürür”

Məktəblilər ölkəmizi Avropada təmsil edəcəklər

Naxçıvan Muxtar Respublikası Ali Məclisinə yeni hüquq verilir

İnzibati xəta haqqında iş üzrə icraat zamanı foto və ya video çəkilişin mediaya təqdim edilməsi inzibati məsuliyyətə səbəb olacaq

Yen Andersson: Növbəti mövsümün əvvəlində "Neftçi" yeni bazasından istifadə edə biləcək

Ölkə ərazisində havanın temperaturu 30 dərəcəyə yüksələcək

Azərbaycan Təhsil Cəmiyyətinin idarə heyəti yeni tərkibdə təsdiqlənib

Qərbi Azərbaycanda milli maarifçilik tariximiz – Araşdırma

“Apple” Çində “WhatsApp” və “Threads” proqramlarını “App Store”dən çıxarıb

Zərərli maddələrin miqdarı normadan çox olan avtomobillərin sürücülərinə qarşı tədbirlər görülüb VİDEO

“Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” elan edilir

ÜST quş qripi ilə bağlı həyəcan təbili çalır

“Science” jurnalı: Çinin iri şəhərlərinin təxminən yarısı çökür

ATMU nümayəndələri “Erasmus+” layihəsi çərçivəsində Avstriyada təlimdə olublar

Binəqədi rayonunda tanışlarını kafedə qəsdən öldürən şəxs barədə cinayət işi məhkəməyə göndərilib

Hesablama Palatasının sədri: 2024-cü ildə bir neçə mövzuda ekoloji audit keçiriləcək

Bərdə Peşə Liseyinin tələbəsi ABŞ-da keçirilən yarışda ölkəmizi təmsil edəcək

Vüqar Gülməmmədov: Ötən il obyektlər tərəfindən məsuliyyətə cəlbetmə istiqamətində fəaliyyət əvvəlki illərə nisbətən yetərli olub

“Sony” və “Apollo” kompaniyaları “Paramount” şirkətini satın almaq niyyətindədir

Yens Andersson: Başlıca məqsəd "Neftçi"yə xarakteri yaxşı olan futbolçular cəlb etməkdir

Azərbaycan, Rusiya və Qazaxıstanın Hindistanın neft idxalında payı 13 faiz artıb

"Neftçi"nin idman direktoru: Azərbaycanın ən böyük klubunda işləmək qürurverici hissdir

Məleykə Abbaszadə gənclərə çağırış etdi: Özlərini aldatmasınlar

FHN: Ötən sutka ərzində ikisi azyaşlı olmaqla 4 nəfər xilas edilib

Rusiyanın qəzaya uğrayan hərbi təyyarəsinin pilotlarından biri həlak olub

Şri-Lanka Rusiyaya çay ixracını 14 faiz artırıb

TDT diplomatiya akademiyalarının toplantısı Bakıda keçiriləcək

NASA süni intellekt sayəsində iqlim dəyişikliyi ilə mübarizəyə töhfə verəcək

“Aqroservis” ASC-nin İdarə Heyətinin sədri İmişlidə vətəndaşlarla görüşəcək

Bakıda bədii gimnastika üzrə Dünya Kuboku start götürüb

Sudanda 390-dan çox insan vəba və “denge” qızdırmasından ölüb

Narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücü ifşa edilib

Şərqşünas alim Ege Universitetində XX əsrdə azərbaycanlılara qarşı törədilmiş soyqırımlar haqqında məruzə deyib

AQTA sədri istehlakçılara çağırış edib

Mərkəzi Seçki Komissiyasının nümayəndə heyəti Maldiv Respublikasında parlament seçkilərini müşahidə edəcək

Ukraynaya daha bir hava hücumu: 8 nəfər ölüb, 25 nəfər yaralanıb VİDEO

Deputat: Rusiya sülhməramlılarının Azərbaycandan çıxarılması yeni mərhələ deməkdir

Şirvan elektrik şəbəkəsi yenidən qurulur

Qərbi Azərbaycanın iqtisadi inkişaf potensialı: retrospektiv təhlil və gələcəyə baxış - AzMİU-da konfrans

AZƏRBAYCANIN GƏNC MUSİQİÇİLƏRİ
Kənan Bağırov

Dövlət Xidməti Şamaxıda maarifləndirici tədbir keçirib

Parlamentdə Hesablama Palatasının 2023-cü ildə fəaliyyəti ilə bağlı hesabatı müzakirə olunur

AFR-in vitse-kansleri saat yarım Kiyevdə bomba sığınacağında qalıb

Səməd Seyidov: Türk dövlətləri arasında münasibətlər intensivləşməkdədir

Yevlaxda genişzolaqlı internetə çıxış 71 faiz təşkil edir

ABŞ Fələstinin BMT-yə tamhüquqlu üzv olmasını əngəlləyib

İsi Məlikzadə yaradıcılığı Almaniya elektron ədəbiyyat jurnalında

Premyer Liqada XXXI turun hakimləri bəlli olub

Türkiyə ordusu üçün daha 40 ədəd Hürkuş-B təlim təyyarəsi sifariş edilib

"Xəzər səması-2024" birgə taktiki təlimi keçirilib VİDEO

Famil Ağayev: Məşqçilik karyeramın ən böyük həyəcanını keçirdim

Azərbaycan ərazisində ekoloji streslərə davamlı bitki növlərinin artırılması – elmi seminar

TDT-yə üzv ölkələrin parlamentlərinin beynəlxalq münasibətlər üzrə komitələrinin Bakıda konfransı keçiriləcək

Üç ayda DSMF-də 69 mindən çox vətəndaş müraciəti cavablandırılıb

XRİTDX-nin nümayəndə heyəti Türkiyədə “Müdafiə və Havaçılık sahəsində” keçirilən tədbirdə iştirak edir

Keniyalı general helikopter qəzasında ölüb

Baş prokuror Ağdaşda vətəndaşları qəbul edəcək

Milli Məclis 14 məsələnin müzakirəsinə başlayıb

İsmayıllıda fəaliyyət göstərən bazarda nöqsanlar aşkarlanıb

Avstraliya öz vətəndaşlarını İsrail və Fələstini tərk etməyə çağırır

Beynəlxalq Muğam Mərkəzində “Sərhədsiz Puşkin” adlı konsert keçiriləcək

Azərbaycanda böyrək əməliyyatı icbari tibbi sığorta ilə qarşılanır

İsrail İrana raket zərbəsi endirdiyini təsdiqləyib

Azərbaycanın stolüstü tennisçisi beynəlxalq turnirdə bürünc medal qazanıb

“Fotolarda canlanan tarix” sərgisi başa çatıb

Dubayda qastronomiya festivalı açılır

Azərbaycan Premyer Liqası: XXXI tura Tovuzda start veriləcək

“Turan Tovuz” klubunun rəsmisi: Avropanı Tovuz şəhərinə gətirmək istəyirik

Azərbaycanın voleybol çempionatlarında final və üçüncülük oyunlarının tarixləri bəlli olub

Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə test imtahanına qeydiyyat davam edir

Ağdərə-Ağdam avtomobil yolunun inşasına başlanılıb VİDEO

Dünya birjalarında neft bahalaşıb

Bu gün tanınmış şair Tofiq Bayramın anım günüdür

“ASAN xidmət” BMT ilə yeni layihəyə başlayır

DİN: Ötən gün 5 tüfəng təhvil götürülüb

Yaşıl dünya naminə həmrəy Azərbaycan

® “AlatBay” Logistik Mərkəzi “Edge Advanced Green” sertifikatına layiq görülüb

Azərbaycan neftinin qiyməti 88 dollara enib

Polis 6 kiloqramdan çox narkotik vasitə aşkar edib

Xankəndidə silah-sursat aşkarlanıb

Axtarışda olan 80 nəfər saxlanılıb

Göyçayda vətəndaşlardan avtomat və tüfənglər götürülüb

Salyanda minik avtomobilləri toqquşub, yaralılar var

Qəbiristanlıqdan oğurluq edən keçmiş məhkumlar saxlanılıb

Azərbaycanla KAICIID-in gələcək əməkdaşlıq imkanları müzakirə olunub

Zərdabda sənədsiz silahlar aşkar edilib

Avropanın ən təhsilli xalqları Şimal zonasında yaşayır

Qubada yerin təkindən qanunsuz istifadə ilə bağlı tədbir keçirilib

ABŞ İsrailin İrana hücumu barədə məlumatlandırılıb

Qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub

Kürdə batan atanın meyiti tapılıb, 6 yaşlı qızı hələ də axtarılır VİDEO

Mali frankdan imtina etmək istəyir

Dubay aeroportu fəaliyyətini qismən bərpa edib

Fransanın daxili işlər naziri zorakılığa məruz qalıb

Pakistandan Əfqanıstana deportasiya edilmiş təxminən 250 min uşağın yardıma ehtiyacı var

Xınalıq – dağlar qoynunda bənzərsiz irs muzeyi