Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRDİ TƏQAÜDLƏRİNİN VERİLMƏSİ HAQQINDA
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdlərinin təsis edilməsi haqqında” 11 iyun 2002-ci il tarixli Fərmanına uyğun olaraq qərara alıram:

1. Azərbaycan Respublikasında neft və qaz sənayesinin inkişafında xidmətləri olmuş aşağıdakı şəxslərə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdləri verilsin:

Adıgözəlova Şərqiyə Hacıbala qızı

Bayramov Bayram Vahid oğlu

Əskər-zadə Manaf Abbas oğlu

Hacımətov Müslüm Məhəmməd oğlu

Xanlarova Ana-xanım Üseyn bəy qızı

Məmmədov Mübarək Abdul Əli oğlu

Mirzəyeva Zərifə Səməd qızı

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

İlham Əliyev,

Azərbaycan Respublikasının Prezidenti.

Bakı şəhəri, 18 sentyabr 2004-cü il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin