Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

AZƏRBAYCAN RESPUBLIKASI PREZIDENTININ BƏZI FƏRMANLARINA DƏYIŞIKLIKLƏR EDILMƏSI BARƏDƏ

Azərbaycan Respublikası Prezidentinin bəzi

fərmanlarına dəyişikliklər edilməsi barədə

“Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2002-ci il 25 oktyabr tarixli 376-II QD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin aşağıdakı fərmanlarına müvafiq dəyişikliklər edilsin:

1. “ Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 10 avqust tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “ Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı”nın (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2000-ci il, N 8, III kitab, maddə 606; 2002-ci il, N 4, II kitab, maddə 189; N 10, maddə 592) 13.2-ci bəndinin ikinci abzasında “və müəssisələrin özəlləşdirməqabağı sağlamlaşdırılması məqsədi ilə” sözləri “müəssisələrin özəlləşdirməqabağı sağlamlaşdırılması və sahibkarlığa dövlət köməyinin maliyyələşdirilməsi məqsədi ilə” sözləri ilə əvəz edilsin.

2. “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun icrası ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 23 dekabr tarixli 432 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirmədən əldə olunan vəsaitin Azərbaycan Respublikasının dövlət büdcəsinə daxil edilməsi və ondan istifadə olunması Qaydaları”nın (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2000-ci il, N 12, maddə 844; 2001-ci il, N 10, maddə 640) 9-cu bəndində “və müəssisələrinin özəlləşdirməqabağı sağlamlaşdrılması üçün” sözləri “müəssisələrin özəlləşdirməqabağı sağlamlaşdırılması və sahibkarlığa dövlət köməyinin maliyyələşdirilməsi məqsədi ilə” sözləri ilə əvəz edilsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti və Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi bu Fərmandan irəli gələn məsələləri həll etsinlər.

4. Bu Fərman dərc edildiyi gündən qüvvəyə minir.

Heydər Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 23 oktyabr 2003-cü il

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin