Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

KIÇIK SAHIBKARLIĞA DÖVLƏT KÖMƏYI HAQQINDA” AZƏRBAYCAN RESPUBLIKASI QANUNUNUN TƏTBIQ EDILMƏSI BARƏDƏ” AZƏRBAYCAN RESPUBLIKASI PREZIDENTININ 1999-CU IL 4 AVQUST TARIXLI 171 NÖMRƏLI FƏRMANINA ƏLAVƏ VƏ DƏYIŞIKLIKLƏR EDILMƏSI HAQQINDA

“Azərbaycan Respublikasının Sahibkarlığa Kömək Milli Fondu haqqında Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 27 avqust tarixli 779 nömrəli Fərmanının tətbiqi ilə əlaqədar qərara alıram:

1. “Kiçik sahibkarlığa dövlət köməyi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 4 avqust tarixli 171 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il, N 8, maddə 481; 2001-ci il, N 10, maddə 640) 2-ci bəndinə aşağıdakı əlavə və dəyişikliklər edilsin:

- aşağıdakı məzmunda ikinci abzas əlavə olunsun:

“8-ci maddəsinin 3-cü hissəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;”

- üçüncü abzasdan “, 8-ci maddəsinin 3-cü hissəsində” sözləri çıxarılsın;

- ikinci, üçüncü, dördüncü, beşinci, altıncı, yeddinci, səkkizinci və doqquzuncu abzaslar müvafiq olaraq üçüncü, dördüncü, beşinci, altıncı, yeddinci, səkkizinci, doqquzuncu və onuncu abzaslar hesab olunsun.

2. Bu Fərman dərc olunduğu gündən qüvvəyə minir.

Heydər Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 23 oktyabr 2003-cü il

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin