Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI
"Dövlət mülkiyyətində olan torpaq sahələrinin hüquqişəxslərin nizamnamə (pay) fonduna verilməsi vəistifadəsi Qaydaları"nın təsdiq edilməsi haqqında

"Torpaq bazarı haqqında" Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə uyğun olaraq qərara alıram:

1. "Dövlət mülkiyyətində olan torpaq sahələrinin hüquqi şəxslərin nizamnamə (pay) fonduna verilməsi və istifadəsi Qaydaları" təsdiq edilsin (əlavə olunur).

2. Bu Fərman imzalandığı gündən qüvvəyə minir.

Heydər Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 23 oktyabr 2003-ci il

Azərbaycan Respublikası Prezidentinin

2003-cü il " 23 " oktyabr tarixli 971 nömrəli Fərmanı ilə təsdiq edilmişdir

Dövlət mülkiyyətində olan torpaq sahələrinin

hüquqi şəxslərin nizamnamə (pay) fonduna

verilməsi və istifadəsi

Q A Y D A L A R I

Bu Qaydalar "Torpaq bazarı haqqında" Azərbaycan Respublikası Qanununun və bu Qanunun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 8 iyul tarixli 150 nömrəli Fərmanının icrası ilə əlaqədar, eləcə də "Azərbaycan Respublikasının Torpaq Məcəlləsi"nə, "Torpaq islahatı haqqında" Qanununa və digər mövcud qanunvericilik aktlarına uyğun olaraq hazırlanmış və dövlət mülkiyyətində olan torpaq sahələrinin hüquqi şəxslərin nizamnamə (pay) fonduna verilməsini və istifadəsini tənzimləyir.

Torpaq istifadəçiləri daimi istifadəsindəki dövlət mülkiyyətində olan torpaq sahələrini hüquqi şəxslərin nizamnamə fonduna pay şəklində qoya bilərlər. Bu halda aşağıdakı prinsiplərə riayət edilir:

- dövlət fondu torpaqlarının istifadəçisi torpaq sahələrinin hüquqi şəxslərin nizamnamə (pay) fonduna verməkdə sərbəstdirlər;

- dövlət fondu torpaqlarının hüquqi şəxslərin nizamnamə (pay) fonduna verilməsi məqsədli və müddətlidir, habelə müqavilə formasında təsdiq olunur;

- dövlət mülkiyyətində olan torpaq sahəsi hüquqi şəxslərin nizamnamə (pay) fonduna yalnız istisfadə hüququ əsasında verilir;

- hüquqi şəxslərin nizamnamə (pay) fonduna verilmiş torpaqların təyinatı üzrə istifadəsinə dövlət nəzarətini Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi və onun rayon (şəhər) şöbələri həyata keçirir;

- hüquqi şəxslərin nizamnamə (pay) fonduna verilən torpaq sahəsinin və ya bu sahə üzərindəki hüquqların dəyəri iştirakçılar arasında bağlanılmış müqavilə ilə bazar məzənnəsinə uyğun müəyyən olunur;

- dövlət mülkiyyətində olan torpaqlar hüquqi şəxslərin nizamnamə (pay) fonduna təyinatı dəyişilməmək şərti ilə verilir və müqavilədə razılaşdırılmış şərtlər əsasında istifadə edilir;

- hüquqi şəxslərin nizamnamə (pay) fonduna verilmiş torpaqlar təyinatı üzrə istifadə edilmədikdə Azərbaycan Respublikasının Torpaq Məcəlləsi ilə müəyyən edilmiş qaydada geri alınır;

- hüquqi şəxslərin nizamnamə (pay) fonduna verilmiş torpaq sahələrinin vergisi müvafiq qanunvericiliyə uyğun olaraq tutulur;

- hüquqi şəxslərin nizamnamə (pay) fonduna verilmiş torpağ sahəsinin qiyməti nizamnamə fondunda iştirakçının payını müəyyən edir. Bu halda dövlət fondu torpaqlarının normativ qiymətindən meyar kimi istifadə edilir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin