Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

"ŞƏHƏRSALMANIN ƏSASLARI HAQQINDA" AZƏRBAYCAN RESPUBLIKASIQANUNUNUN TƏTBIQ EDILMƏSI ILƏ ƏLAQƏDAR ƏLAVƏ TƏDBIRLƏR BARƏDƏ

"Şəhərsalmanın əsasları haqqında" Azərbaycan Respublikası

Qanununun tətbiq edilməsi ilə əlaqədar əlavə tədbirlər barədə

"Şəhərsalmanın əsasları haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsini təmin etmək məqsədi ilə qərara alıram:

1. Müəyyən edilsin ki, "Şəhərsalmanın əsasları haqqında" Azərbaycan Respublikası Qanununun:

- 17-ci maddəsinin altıncı abzasında nəzərdə tutulmuş Dövlət şəhərsalma kadastrını və monitorinqini aparan "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini rayon və şəhər icra hakimiyyəti orqanları həyata keçirirlər;

- 22-ci maddəsinin üçüncü hissəsində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanları"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Fövqəladə Hallar üzrə Dövlət Komissiyası, Səhiyyə Nazirliyi, Müdafiə Nazirliyinin Mülki Müdafiə İdarəsi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, rayon və şəhər icra hakimiyyəti orqanları öz səlahiyyətləri hüdudlarında həyata keçirirlər.

2. Bu Fərman dərc olunduğu gündən qüvvəyə minir.

Heydər Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 23 oktyabr 2003-ci il

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin