Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI

QARA QARAYEV ADINA AZƏRBAYCAN DÖVLƏT KAMERA ORKESTRİ, AZƏRBAYCAN DÖVLƏT AKADEMİK OPERA VƏ BALET TEATRININ VƏ AZƏRBAYCAN DÖVLƏT MUSİQİLİ KOMEDİYA TEATRININ SİMFONİK ORKESTRLƏRİ İŞÇİLƏRİNİNƏMƏK HAQLARININ ARTIRILMASI AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİNSƏRƏNCAMI

Qara Qarayev adına Azərbaycan Dövlət kamera orkestri, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının və Azərbaycan Dövlət Musiqili Komediya Teatrının simfonik orkestrləri işçilərinə dövlət qayğısını artırmaq, onların sosial müdafiəsini daha da gücləndirmək məqsədi ilə qərara alıram:

1. Qara Qarayev adına Azərbaycan Dövlət kamera orkestri işçilərinin vahid tarif cədvəli ilə müəyyən edilmiş aylıq vəzifə (tarif) maaşları üç dəfə, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının və Azərbaycan Dövlət Musiqili Komediya Teatrının simfonik orkestrləri işçilərinin vahid tarif cədvəli ilə müəyyən edilmiş aylıq vəzifə (tarif) maaşları 2003-cü il avqustun 1-dən iki dəfə artırılsın.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

Heydər Əliyev,

Azərbaycan Respublikasının Prezidenti,

23 iyul 2003-cü il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin