SİYASƏT
AZƏRBAYCAN RESPUBLIKASI PREZIDENTINİN SEÇKİLƏRİ ÜZRƏ 95 SAYLI TƏRTƏR DAİRƏ SEÇKİ KOMİSSİYASININ ÜZVÜ Ə.M.HƏSƏNOVUN, 118 SAYLI AĞDAM ŞƏHƏR DAİRƏ SEÇKİ KOMİSSİYASININ ÜZVÜ T.I.BAYRAMOVUN VƏ 119 SAYLI AĞDAM KƏND DAİRƏ SEÇKİ KOMİSSİYASININ ÜZVÜ N.M.RƏHİMOVUN SƏLAHİYYƏTLƏRİNƏ VAXTINDAN ƏVVƏL XİTAM VERİLMƏSİ HAQQINDA AZƏRBAYCAN RESPUBLIKASI MƏRKƏZI SEÇKI KOMISSIYASININ QƏRARI
Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 22.3-cü, 22.3.1-ci və 28.2-ci maddələrinə uyğun olaraq q ə r a r a a l ı r :
Azərbaycan Respublikası Prezidentinin seçkiləri üzrə 95 saylı Tərtər dairə seçki komissiyasının üzvü Əjdər Murad oğlu Həsənovun, 118 saylı Ağdam şəhər dairə seçki komissiyasının üzvü Taryel İsi oğlu Bayramovun və 119 saylı Ağdam kənd dairə seçki komissiyasının üzvü Nizami Müseyib oğlu Rəhimovun
səlahiyyətlərinə vaxtından əvvəl xitam verilsin.
Qərar N 16/96
19 iyul 2003-cü il
Azərbaycan Respublikası
Mərkəzi Seçki Komissiyasının
sədri M.M.Pənahov
Azərbaycan Respublikası
Mərkəzi Seçki Komissiyasının
katibi İ.M.Nəsirov
Azərbaycan Respublikası
Mərkəzi Seçki Komissiyasının
katibi V.C.Mahmudov