RƏSMİ XRONİKA
AZƏRBAYCAN RESPUBLİKASI SİLAHLI QÜVVƏLƏRİNİN TİBB XİDMƏTİ ZABİTLƏRİNƏ FƏXRİ ADLARIN VERİLMƏSİ HAQQINDA
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI
Azərbaycan Respublikası Silahlı Qüvvələrində tibb xidmətinin yaranmasında, döyüş əməliyyatlarının tibbi təminatının təşkili və aparılmasında, şəxsi heyətin sağlamlığının qorunub saxlanılmasında fədakarcasına çalışdıqlarına görə Silahlı Qüvvələrin aşağıdaki tibb xidməti zabitlərinə Azərbaycan Respublikasının “Əməkdar həkim”i fəxri adı verilsin:
Dağlar Məmməd oğlu Abdullayev – tibb xidməti general-mayoru
Asif Qurban oğlu Qurbanov – tibb xidməti polkovniki
Cümşüd Kazım oğlu Yusifov – tibb xidməti polkovniki
Məcid Məmmədəli oğlu Əsgərov – tibb xidməti polkovniki
Məcid Oruc oğlu Məsimov – tibb xidməti polkovniki
Vüqar Sahib oğlu Abdullayev – tibb xidməti polkovnik-leytenantı
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 22 iyun 2006-cı il.