RƏSMİ SƏNƏDLƏR
AZƏRBAYCAN RESPUBLİKASI VƏ ASİYA İNKİŞAF BANKI ARASINDA ŞƏHƏR SU TƏCHİZATI VƏ KANALİZASİYA LAYİHƏSİ ÜZRƏ KREDİT HAQQINDA SAZİŞİN (ADİ ƏMƏLİYYATLAR) TƏSDİQ EDİLMƏSİ BARƏDƏ
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
I. Azərbaycan Respublikası və Asiya İnkişaf Bankı arasında Şəhər su təchizatı və kanalizasiya layihəsi üzrə Kredit haqqında Saziş (Adi Əməliyyatlar) təsdiq edilsin.
II. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 1 mart 2006-cı il.