Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

AZƏRBAYCAN RESPUBLİKASI VƏ MİSİR ƏRƏB RESPUBLİKASI ARASINDA HÖKUMƏTLƏRARASI İQTİSADİ, TEXNİKİ VƏ ELMİ ƏMƏKDAŞLIQ ÜZRƏ MÜŞTƏRƏK KOMİSSİYANIN AZƏRBAYCAN RESPUBLİKASI TƏRƏFİNDƏN YENİ TƏRKİBİNİN TƏSDİQ EDİLMƏSİ HAQQINDA
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI

1. Azərbaycan Respublikası və Misir Ərəb Respublikası arasında Hökumətlərarası iqtisadi, texniki və elmi əməkdaşlıq üzrə Müştərək Komissiyannın Azərbaycan Respublikası tərəfindən yeni tərkibi aşağıdakı heyətdə təsdiq edilsin:

Komissiyanın həmsədri:

Şahin Mustafayev – Azərbaycan Respublikasının iqtisadi inkişaf

naziri

Komissiyanın üzvləri:

Xələf Xələfov - Azərbaycan Respublikası xarici işlər

nazirinin müavini

İlqar Fətizadə - Azərbaycan Respublikası maliyyə nazirinin

birinci müavini

İntiqam Babayev - Azərbaycan Respublikası gənclər və idman

nazirinin müavini

İlham Quliyev - Azərbaycan Respublikası kənd təsərrüfatı

nazirinin müavini

Elmar Qasımov - Azərbaycan Respublikası təhsil nazirinin

müavini

Ədalət Vəliyev - Azərbaycan Respublikası mədəniyyət və

turizm nazirinin müavini

Xoşbəxt Yusifzadə - Azərbaycan Respublikası Dövlət Neft

Şirkətinin birinci vitse-prezidenti

Sabir İlyasov - “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar

Cəmiyyətinin birinci vitse-prezidenti

Faiq Bağırov - Azərbaycan Respublikasının Misir Ərəb

Respublikasında fövqəladə və səlahiyyətli

səfiri

2. “Azərbaycan Respublikası və Misir Ərəb Respublikası arasında Hökumətlərarası iqtisadi, texniki və elmi əməkdaşlıq üzrə Müştərək Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 3 oktyabr tarixli 1050 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, №10, maddə 608; 2005-ci il, №10, maddə 968) 1-ci bəndi qüvvədən düşmüş hesab edilsin.

3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə tapşırılsın ki, bu Sərəncamın 1-ci bəndində göstərilən Azərbaycan Respublikası və Misir Ərəb Respublikası arasında Hökumətlərarası iqtisadi, texniki və elmi əməkdaşlıq üzrə Müştərək Komissiyanın Azərbaycan Respublikası tərəfindən yeni tərkibi barədə Misir Ərəb Respublikası tərəfinə müvafiq bildiriş göndərsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 10 avqust 2009-cu il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin