Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

“AZƏRBAYCAN RESPUBLİKASI VƏ TACİKİSTAN RESPUBLİKASI ARASINDA TİCARƏT-İQTİSADİ ƏMƏKDAŞLIQ MƏSƏLƏLƏRİ ÜZRƏ BİRGƏ HÖKUMƏTLƏRARASI KOMİSSİYANIN AZƏRBAYCAN RESPUBLİKASI TƏRƏFİNDƏN TƏRKİBİ HAQQINDA” AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN 2008-Cİ İL 7 FEVRAL TARİXLİ 2667 NÖMRƏLİ SƏRƏNCAMINDA DƏYİŞİKLİKLƏR EDİLMƏSİ BARƏDƏ
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI

1. “Azərbaycan Respublikası və Tacikistan Respublikası arasında ticarət-iqtisadi əməkdaşlıq məsələləri üzrə birgə Hökumətlərarası komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 7 fevral tarixli 2667 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, №2, maddə 75; 2009-cu il, №1, maddə 17) 1-ci bəndində aşağıdakı dəyişikliklər edilsin:

“Yaqub Eyyubov - Azərbaycan Respublikası Baş nazirinin birinci müavini” sözləri “Şahin Mustafayev - Azərbaycan Respublikasının iqtisadi inkişaf naziri” sözləri ilə əvəz edilsin;

“Niyazi Səfərov - Azərbaycan Respublikası iqtisadi inkişaf nazirinin müavini” sözləri çıxarılsın.

2. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə tapşırılsın ki, bu Sərəncamın 1-ci bəndində göstərilən dəyişikliklər barədə Tacikistan Respublikası tərəfinə müvafiq bildiriş göndərsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 30 sentyabr 2009-cu il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin