Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

AZƏRBAYCAN RESPUBLİKASI XÜSUSİ DÖVLƏT MÜHAFİZƏ XİDMƏTİNİN MİLLİ QVARDİYASININ DÖYÜŞ BAYRAĞININTƏSVİRİ

Azərbaycan Respublikası Prezidentinin

2005-ci il 04 oktyabr tarixli

Fərmanı ilə təsdiq edilmişdirAzərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin Milli Qvardiyasının Döyüş Bayrağı iki üzlü qumaşdan, ağac dəstəkdən və qotazlı qaytandan ibarətdir.

Bayrağın qumaşı düzbucaqdır, eni 114 sm, uzunluğu 145 sm-dir. Qıraqları üç tərəfindən qızılı rəngli ipək saçaqlarla köbələnmiş, ikiqat bükülmüş üçrəngli (Azərbaycan Respublikasının Dövlət Bayrağı rəngində) ipək faydan hazırlanmışdır.

Qumaşın üz tərəfində qırmızı zolağın ortasında ağ ipəkdən 38 sm hündürlükdə aypara və 20 sm hündürlükdə səkkizguşəli ulduz tikilmişdir. Qumaşın üst kənarı boyu mavi zolaqda qızılı rəngli ipəklə "AZƏRBAYCAN UĞRUNDA!" şüarı tikilib. Yazıdakı hərflərin eni 126,5 cm, hündürlüyü 7 sm-dir.

Qumaşın arxa tərəfində, qırmızı zolağın ortasında Milli Qvardiyanın emblemi (hündürlüyü 48 sm) yerləşib. Emblem ağ ipəkdən tikilib. Qumaşın üst kənarı boyu mavi zolaqda qızılı rəngli ipəklə "Xüsusi Dövlət Mühafizə Xidməti" sözləri tikilib. Yazıdakı hərflərin eni 136 sm, hündürlüyü 5,5 sm-dir.

Qumaşın aşağı kənarı boyu yaşıl zolaqda qızılı rəngli ipək sapla "Milli Qvardiya" sözləri tikilib. Yazıdakı hərflərin eni 92,5 sm, hündürlüyü 8 sm-dir.

Bayrağın dəstəyi en kəsiyinin diametri 4,0 sm, uzunluğu 2,5 sm olan girdə ağacdandır.

Ağac dəstək tünd qəhvəyi rəngdə rənglənib, laklanıb, aşağı ucunda metal halqa, yuxarı ucunda isə nikellənmiş fiqurlu ucluq vardır.

Bayrağın qaytanı eşmədir, qızılı rəngli ipəkdən hazırlanıb, hər iki ucunda qotazları var. Qaytanın uzunluğu 270-285 sm-dir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin