ELM VƏ TƏHSİL


AZƏRBAYCAN RUSİYANIN VƏ XARİCİ ÖLKƏLƏRİN PEYKLƏRİNDƏN ALINAN İNFORMASİYADAN İSTİFADƏ EDƏ BİLƏCƏKDİR

AZƏRTAC-ın İTAR-TASS agentliyindən aldığı xəbərdə deyilir ki, Rusiya özünün və xarici ölkələrin peyklərinin kosmosdan Yerə verdikləri informasiyadan Azərbaycanın bəhrələnməsini təmin edəcəkdir. Bunu Rusiya Elmi Tədqiqat Kosmik Cihazqayırma İnstitutu (RETKCİ) baş direktorunun müavini Aleksandr Dunayev bildirmişdir. O demişdir: “Yer kürəsini məsafədən zondlama zamanı əldə edilən məlumatın qəbulu və təhlili üçün Bakıya göndərəcəyimiz kompleks Azərbaycana Rusiyanın və xarici ölkələrin peyklərindən informasiya almağa imkan verəcəkdir”.

A.Dunayevin sözlərinə görə, “bu stansiya təbii sərvətlərə dair informasiyanın qəbulu üçün ekoloji monitorinq aparmağa, kənd təsərrüfatı əkinlərinin vəziyyətini proqnozlaşdırmağa, təbii fəlakətləri və texnogen xarakterli fəlakətləri izləməyə və hətta narkotik bitkilər əkilmiş sahələri aşkarlamağa imkan yaradacaqdır. Bundan əlavə, alınmış məlumatın təhlilindən neft və qaz yataqlarının aşkara çıxarılması və işlənilməsi üçün də istifadə edilə bilər”.

Bu kompleks Bakıya 6 ay ərzində göndəriləcək və stansiya bir aydan sonra işə salınacaqdır.

Xatırladaq ki, RETKCİ ilə Azərbaycan Kosmik cihazqayırma xüsusi konstruktor bürosu arasında müqavilə Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın bu həftə Bakıda keçirilən 8-ci iclasında imzalanmışdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.