İQTİSADİYYAT
AZƏRBAYCAN-RUSİYA İQTİSADİ FORUMU BAKIDA KEÇİRİLƏCƏK
Rusiya Federasiyasının ölkəmizdəki səfiri Nikolay Ryabov jurnalistlərə bildirmişdir ki, Azərbaycan-Rusiya iqtisadi forumu hökumətlərarası komissiyanın cari ilin aprelində Bakıda keçiriləcək növbəti iclasına həsr olunacaqdır.
O demişdir ki, iqtisadi forumun keçirilməsi məsələsi Azərbaycan və Rusiya prezidentlərinin Moskva görüşündə müzakirə edilmişdir. Azərbaycan-Rusiya iqtisadi forumunda ölkələrimiz arasında ticarət-iqtisadi əlaqələrin vəziyyəti, onların inkişaf perspektivləri geniş təhlil olunacaqdır.
Forumda Azərbaycan nazirlərinin, şəhər və rayonların icra hakimiyyəti başçılarının, ölkəmizlə geniş əlaqələri olan Rusiya subyektləri qubernatorlarının, habelə iki ölkənin işgüzar və maliyyə dairələri nümayəndələrinin iştirakı gözlənilir.
N.Ryabovun sözlərinə görə, forumda Rusiya tərəfini RF hökumətinin sədri təmsil edəcəkdir.