SİYASƏT
AZƏRBAYCAN-RUSİYA MÜDAFİƏ NAZİRLİKLƏRİ ARASINDA ƏMƏKDAŞLIĞIN İNKİŞAF PERSPEKTİVLƏRİ MÜZAKİRƏ OLUNMUŞDUR
Səfir N.Ryabov Azərbaycan Respublikasında yeni hərbi attaşe təyin edilmiş kontr-admiral V.Lomakini və missiyasını başa vurmuş polkovnik Yuri Kurşakovu təqdim etmək üçün görüşə gəldiyini bildirmişdir.
General–polkovnik S.Əbiyev qeyd etmişdir ki, Azərbaycan–Rusiya münasibətləri tarixi ənənəyə malikdir və biz həmişə bu münasibətləri qoruyub saxlamağa çalışmışıq. Azərbaycanın ümummilli lideri Prezident Heydər Əliyev Azərbaycan-Rusiya münasibətlərinə həmişə yüksək qiymət vermişdir və dövlətimizin başçısı İlham Əliyev də bu gün həmin ənənəni uğurla davam etdirir. İki dövlətin Müdafiə nazirlikləri arasında da münasibətlər ənənəvi olaraq yaxşıdır. Rusiya Federasiyasının Azərbaycan Respublikasında hərbi attaşeliyinin fəaliyyət göstərməsi bunu bir daha təsdiq edir. Biz də yaxın günlərdə Rusiya Federasiyasında öz hərbi attaşeliyimizi açacağıq.
Həllini indiyədək tapmamış Ermənistan–Azərbaycan münaqişəsinə toxunan nazir, Rusiya Federasiyasının ATƏT-in Minsk qrupunun həmsədri kimi, problemin həlli istiqamətində böyük imkanlara malik olduğunu və Azərbaycanın münaqişənin yoluna qoyulmasında ondan çox şey gözlədiyini vurğulamışdır.
Səfir N.Riyabov qeyd etmişdir ki, biz Ermənistan–Azərbaycan münaqişəsinin beynəlxalq hüquq normaları əsasında tezliklə elə həll edilməsini istəyirik ki, hər iki xalq bundan razı qalsın.
Sonra o, 1941-45–ci illərin Böyük Vətən Müharibəsində alman faşizmi üzərində qazanılmış qələbənin 59-cu ildönümü münasibətilə səfirliyin keçirəcəyi tədbirlər haqqında məlumat vermişdir.
Sonra tərəflər Azərbaycan–Rusiya və iki dövlətin Müdafiə nazirlikləri arasında əməkdaşlığın inkişaf perspektivləri və Cənubi Qafqaz regionunda hərbi-siyasi vəziyyət barədə fikir mübadiləsi etmişlər.
Görüşün sonunda general–polkovnik S.Əbiyev kontr-admiral V.Lomakini yeni təyinatı münasibətilə təbrik, polkovnik Y.Kurşakova isə xidmətə görə təşəkkür etmiş və onlara gələcək fəaliyyətlərində uğurlar arzulamışdır.