İDMAN


AZƏRBAYCAN ŞAHMATÇILARI AVROPA ÇEMPİONATINDA 3 QIZIL VƏ 1 BÜRÜNC MEDAL QAZANMIŞLAR

Bakı, 29 sentyabr (AZƏRTAC). Azərbaycan təmsilçiləri Vasif Durarbəyli ( 18 yaş), Ülviyyə Fətəliyeva (14 yaş) və Abdulla Qədimbəyli (8 yaş) Batumidə yeniyetmə və gənclər arasında başa çatmış Avropa çempionatının qızıl medallarına layiq görülmüşlər.

İsveçrə sistemi üzrə keçirilən turnirlərdə Vasif Durarbəyli və Abdulla Qədimbəyli 9 mümkün xaldan 8 xal, Ülviyyə Fətəliyeva isə 7,5 xal toplamışdır.

On səkkiz yaşlı qızlar arasında çıxış edən Xəyalə Abdulla isə qitə birinciliyinin bürünc medalına sahib olmuşdur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.