AZƏRBAYCAN ŞAHMATÇILARI BEYNƏLXALQ FESTİVALDA İŞTİRAK EDİRLƏR
Birləşmiş Ərəb Əmirliklərində keçirilən 13-cü Beynəlxalq şahmat festivalında 6 Azərbaycan şahmatçısı iştirak edir. Yarışlar İsveçrə sistemi üzrə keçirilir və 13 turdan ibarətdir. Azərbaycan Şahmat Federasiyasından AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, beş şahmatçımız artıq 5 turu keçirilmiş Usta turnirində iştirak edir. Beş görüşdə 3,5 xal toplayan Cavad Məhərrəmzadə ən yaxşı nəticə göstərmişdir. Azərbaycan yığma komandasının digər üzvü, gənclər arasında dünya çempionu Şəhriyar Məmmədyarov olimpiya sistemi üzrə keçirilmiş blits-turnirdə qalib gəlmişdir.