SİYASƏT
AZƏRBAYCAN SİLAHLI QÜVVƏLƏRİNİN NÜMAYƏNDƏLƏRİ NATO-NUN SEMİNAR VƏ KONFRANSLARINDA İŞTİRAK EDİRLƏR
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, NATO ilə Azərbaycan Respublikası arasında imzalanmış fərdi proqrama uyğun olaraq, “Sülh naminə tərəfdaşlıq” proqramı çərçivəsində martın 24-dən 27-dək Bişkek şəhərində (Tacikistan) Transxəzər sərhəd təhlükəsizliyi seminarı, martın 24-dən 28-dək Mindenhol şəhərində (Böyük Britaniya) “MEDCEUR/RESCVER-03” təlimlərinin yekun planlaşdırma konfransı, İstanbul şəhərində (Türkiyə) “ALLİED ACTİON-03” təlimlərinin əsas planlaşdırma konfransı, martın 24-dən aprelin 4-dək Karup şəhərində (Danimarka) “COOPERATİVE JAGUAR-03” təlimi, martın 24-dən aprelin 11-dək Oberammerqau şəhərində (Almaniya Federativ Respublikası) əməliyyat qərargah zabitləri üçün tanışlıq kursu, Andermatt şəhərində (İsveçrə) “Qış dağ təlimi” kursu, martın 26-dan 27-dək Lvov şəhərində (Ukrayna) qəzalar zamanı xilasetmə əməliyyatları üzrə təlimin “Rough and Ready” yekun planlaşdırma konfransı və Mons şəhərində (Belçika Krallığı) “Kooperativ Zenit-04” adlı təliminin ilkin planlaşdırma konfransı keçiriləcəkdir.
Tədbirlərdə Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri də iştirak edirlər.