SİYASƏT


AZƏRBAYCAN SİLAHLI QÜVVƏLƏRİNİN NÜMAYƏNDƏLƏRİ NATO-NUN SEMİNAR VƏ KURSLARINDA İŞTİRAK EDƏCƏKLƏR

NATO ilə Azərbaycan Respublikası arasında imzalanmış fərdi proqrama uyğun olaraq, “Sülh naminə tərəfdaşlıq proqramı” çərçivəsində yanvarın 14-dən fevralın 14-dək Vişkov şəhərində (Çexiya Respublikası) sülhün dəstəklənməsi əməliyyatları üzrə təlimatçılar üçün kurs, yanvarın 15-dən 17-dək Brüssel şəhərində (Belçika Krallığı) silahlara nəzarət çərçivəsində keçirilən “VERİTİ” seminarı, yanvarın 16-17-də Oberammerqau şəhərində (Almaniya Federativ Respublikası) “Sülh naminə tərəfdaşlıq proqramı” çərçivəsində illik planlaşdırma simpoziumu və Ahveler şəhərində (Almaniya Federativ Respublikası) “Mülki fövqəladə planlaşdırma sahəsində mülki əhalinin radioloji risklərə qarşı zəifliyi” mövzusunda işçi seminarı keçiriləcəkdir.

Tədbirlərdə Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri iştirak edəcəklər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.