SİYASƏT
AZƏRBAYCAN SİLAHLI QÜVVƏLƏRİNİN NÜMAYƏNDƏLƏRİ NATO-NUN TƏDBİRLƏRİNDƏ İŞTİRAK EDƏCƏKLƏR
Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, NATO ilə Azərbaycan arasında imzalanmış fərdi proqrama uyğun olaraq, “Sülh naminə tərəfdaşlıq” proqramı çərçivəsində Almaniya Federativ Respublikasının Spankdahelm şəhərində martın 9-dan 16-dək hava hərəkətinin idarə olunması əməliyyatları üzrə tanışlıq kursu, Oberammerqau şəhərində martın 10-dan 17-dək ehtiyatların idarə olunması üzrə təhsil proqramı kursu, Aahen şəhərində martın 10-dan 20-dək maddi-texniki təminat üzrə kurs, Türkiyə Respublikasının Ankara şəhərində martın 10-dan 21-dək silahlı münaqişələr hüququ və hava məkanına nəzarət üzrə hərbi terminalogiya kursları, İtaliyanın Roma şəhərində martın 10-dan 22-dək “Avropada adi silahlar haqqında müqavilə” üzrə inspektorlar üçün kurs, Belçika Krallığının Brüssel şəhərində martın 12-də NATO-nun Neft Kəməri Komitəsinin növbəti görüşü, Gürcüstanda martın 13-dən 26-dək Almaniya Federativ Respublikasının Verifikasiya Mərkəzi tərəfindən “Vyana- 99” sənədi çərçivəsində inspeksiya keçiriləcəkdir.
Tədbirlərdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nümayəndələri iştirak edirlər.