AZƏRBAYCAN TƏBİİ QAZI İYULDAN YUNANISTANA NƏQL OLUNACAQDIR
AzerTAg.az
28.03.2007 [17:22]
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, martın 27-də VI Türkiyə Beynəlxalq Neft və Qaz Konfransının açılışında çıxış edən Türkiyənin enerji və təbii ehtiyatlar naziri Hilmi Gülər iyuldan etibarən Azərbaycan təbii qazının Yunanıstana nəql olunacağını bildirmişdir.
Silvridəki təbii qaz anbarının tikintisinin də başa çatdığını qeyd edən Hilmi Gülər, ilkin mərhələdə 1,6 milyard kubmetr, sonra isə 3 milyard kubmetr mavi yanacağın bu anbara yığılacağını demişdir. Nazir əlavə etmişdir ki, bir vaxtlar Bakı-Tbilisi-Ceyhan neft kəməri layihəsi xəyal kimi qəbul olunurdu. Dağları və təpələri aşaraq uğurla başa çatdırılan bu kəmərin tikintisini bölgə və bütün dünya üçün mühüm hadisə adlandıran Hilmi Gülər söyləmişdir ki, “bütün yorğunluğumuz 100-cü tankeri yola salanda getdi”.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin
Bölmənin digər xəbərləri
18.03.2023 [17:38]
18.03.2023 [17:37]
18.03.2023 [16:21]
18.03.2023 [15:01]
MULTİMEDİA
23.03.2023 [23:12]
23.03.2023 [12:31]
23.03.2023 [12:06]
23.03.2023 [23:54]
23.03.2023 [23:41]
23.03.2023 [12:19]
23.03.2023 [06:37]
21.03.2023 [11:18]
23.03.2023 [22:27]
23.03.2023 [15:23]
23.03.2023 [11:43]
23.03.2023 [10:57]
23.03.2023 [08:10]
23.03.2023 [03:26]
18.03.2023 [10:07]
17.03.2023 [12:49]
22.03.2023 [17:25]
22.03.2023 [17:21]
23.03.2023 [18:35]
23.03.2023 [17:29]
23.03.2023 [16:04]
23.03.2023 [21:02]
23.03.2023 [14:06]
Xəbərin mətnində orfoqrafik səhv var