İDMAN


AZƏRBAYCAN TAEKVONDOÇULARI BEYNƏLXALQ TURNİRDƏ İKİ QIZIL, İKİ GÜMÜŞ VƏ ÜÇ BÜRÜNC MEDAL QAZANMIŞLAR

AZƏRTAC xəbər verir ki, Azərbaycanın taekvondo üzrə yığma komandası İsveçin Trelleborq şəhərində keçirilən beynəlxalq turnirdə 7 medal qazanmışdır.
Yığma komandanın baş məşqçisi Ələkbər İmaməliyev bildirmişdir ki, bütün rəqiblərinə qalib gələn Kamal Əhmədzadə (48 kq) və Ramin Əzizov (78 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxmışlar.
Mötəbər turnirdə çıxış edən İmran Zalov (55 kq), Aydın Bahmalov (78 kq) gümüş, Zakir Abdullayev (59 kq), Rövşən Məmmədli (62 kq) və Məhəmməd Əzizli (73 kq) isə bürünc medallara layiq görülmüşlər.
Qeyd edək ki, bu yarış yeni mövsümdə taekvondoçularımız üçün ikinci mötəbər turnir idi. Xatırladaq ki, bu yaxınlarda yığma komandanın digər üzvləri Misirdə keçirilən beynəlxalq yarışda da uğurla çıxış etmişdilər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.