ELM VƏ TƏHSİL
AZƏRBAYCAN TÜRKİYƏ ALİ MƏKTƏBLƏRİNİN DİPLOMLARINI TANIYIR
Respublika təhsil nazirinin müavini Elmar Qasımov AZƏRTAC-ın müxbiri ilə söhbətində demişdir ki, Türkiyə ali məktəblərinin diplomlarının Azərbaycan Təhsil Nazirliyi tərəfindən tanınması məsələsində heç bir problem yoxdur.
O bildirmişdir ki, dost ölkənin uinversitetlərində dövlət xətti ilə təhsil alan tələbələrə avtomatik surətdə Azərbaycan Təhsil Nazirliyinin sertifikatları verilir. Eyni zamanda, Türkiyədə öz vəsaitləri hesabına təhsil alan vətəndaşlar da müəyyən testlərdən keçdikdən sonra sertifikatlar ala bilərlər.
E.Qasımov demişdir: “Azərbaycan tərəfi Türkiyə ali məktəblərini bitirmiş bakalavrların, magistrlərin və elmlər doktorlarının diplomlarını tanıyır”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.08.2023 [11:22]
Balaca bir damcı hər şeyi dəyişəcək: nanosensor istehsalında inqilab
- 03.08.2023 [04:43]
Böyük Britaniyada ilk dronlu poçt texnologiyası sınaqdan keçirilib
- 29.07.2023 [12:15]