SİYASƏT
AZƏRBAYCAN VƏTƏNDAŞLARI GİROVLUQDAN SAĞ-SALAMAT BURAXILMIŞILAR
Vəbər verdiyimiz kimi, Moskvanın Dubrovka küçəsində yerləşən Teatr mərkəzində tamaşa zamanı çeçen yaraqlılar tərəfindən girov götürülənlər arasında Azərbaycanın dörd vətəndaşı da var idi.
Girovların azad edilməsi üçün əməliyyat başlanmazdan əvvəl, oktyabrın 25-də Moskva vaxtilə saat 10 radələrində Azərbaycanın 4 vətəndaşı bayıra buraxılmışdır. “Azərbaycan Hava Yolları” Dövlət Konserninin Rusiyadakı baş nümayəndəsi E.Hacıyevin və üç qadının – Z.Həmzəyevanın, N.Qasımovanın, S.Əliyevanın həyatı üçün təhlükə yoxdur və onlar özlərini normal hiss edirlər.
Oktyabrın 26-da səhərə yaxın Rusiya xüsusi xidmət idarələrinin xüsusi təyinatlı dəstəsinin üzvləri girov saxlanılan adamları azad etmək üçün əməliyyata başlamış və terrorçuları zərərsizləşdirmişlər.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva