İQTİSADİYYAT


AZƏRBAYCAN VƏTƏNDAŞLARI MÖTƏBƏR QƏRB SERTİFİKATLARI ALMIŞLAR

BP şirkətinin iki əməkdaşı – Rəfael Süleymanov və Elnur Atakişiyev idarəçilik uçotu müsahibləri institutunun sertifikatlarını alan ilk Azərbaycan vətəndaşları olmuşlar. Şirkətin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, institutun 156 ölkədə 70 mindən artıq tələbəsi və 50-dən çox üzvü var. İnstitutda oxumaq sırf mühasibat çərçivəsindən xeyli kənara çıxır və biznes sahəsində tam ali təhsil hesab olunur. İnstitut beynəlxalq aləmdə biznesin aparılması üzrə maliyyəçi ixtisası verən tanınmış tədris müəssisəsidir.

bp şirkəti Azərbaycan vətəndaşları olan əməkdaşlarının ixtisasının artırılmasına yönəldilmiş təşəbbüslərin sponsorudur. Bundan əvvəl şirkətin 20-dək əməkdaşı həmin institutda satınalma və təchizat məsələləri üzrə kurslarda təlim keçmişdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.