SİYASƏT
AZƏRBAYCAN VƏ GÜRCÜSTAN ÖZLƏRİNİN HAVA HÜCUMLARINDAN MÜDAFİƏ SİSTEMLƏRİNİ YARADACAQLAR
Azərbaycan və Gürcüstan özlərinin Hava Hücumlarından Müdafiə \HHM\ sistemlərini yaratmaq qərarına gəliblər. Respublika Müdafiə Nazirliyindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, hər iki ölkə MDB dövlətlərinin HHM sisteminə daxil olmayıb. Ona görə də bu sistemin yaradılması çox vacibdir. Azərbaycan və Gürcüstan müdafiə nazirlikləri arasında Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə sahəsində əməkdaşlığa dair saziş bu ilin birinci yarısında imzalanacaqdır. Həmin sənəd Azərbaycan və Gürcüstan hökumətləri arasında hərbi sahədə əməkdaşlığa dair mövcud protokol əsasında imzalanacaqdır.