İDMAN


AZƏRBAYCAN VƏ GÜRCÜSTAN YIĞMA FUTBOL KOMANDALARININ YOLDAŞLIQ GÖRÜŞÜ OLACAQDIR

AZƏRTAC xəbər verir ki, ölkəmizin yığma futbol komandası yeni ildə ilk görüşünü Gürcüstan yığmasına qarşı keçirəcəkdir. Gürcüstan Futbol Fedrasiyasının (GFF) prezidenti Nodar Axalkatsi və Gürcüstan yığmasının yeni baş məşqçisi almaniyalı Klaus Topmöller jurnalistlərlə görüşdə gələcək planları barədə fikirlərini bölüşmüş, 2006-cı ildə Gürcüstan yığmasının ilk oyununu fevralda Azərbaycan millisi ilə keçirəcəyini bildirmişlər. Bu, Şahin Diniyev və Klaus Topmöller üçün ilk sınaq olacaqdır.

Xatırladaq ki, milli komandamız Gürcüstan yığması ilə sonuncu dəfə 2001-ci ildə görüşmüşdür. Tbilisidə keçirilən həmin oyun Gürcüstan futbolçularının 1:0 hesablı qələbəsi ilə başa çatmışdı.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.