Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ XRONİKA

AZƏRBAYCAN VƏ PAKİSTAN XALQLARI QARDAŞDIRLAR
RESPUBLİKA PREZİDENTİ HEYDƏR ƏLİYEVİN DOST ÖLKƏYƏ SƏFƏRİ
İSLAMABADDA QARŞILANMA MƏRASİMİ

Xəbər verdiyimiz kimi, Pakistan İslam Respublikasının Prezidenti Fərrux Əhməd Xan Leqarinin dəvəti ilə aprelin 9-da Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev bu ölkəyə rəsmi səfərə yola düşdü.

İslamabad hava limanı Azərbaycanın və Pakistanın dövlət bayraqları ilə bəzədilmişdi, hava limanının binası üzərinə ali qonağı salamlayan transparantlar vurulmuşdur.

Dövlətimizin başçısı Heydər Əliyevi Pakistanın yüksək vəzifəli dövlət xadimləri qarşıladılar. Təyyarə meydanında fəxri qarovul dəstəsi düzülmüşdü. Azərbaycan Prezidenti Heydər Əliyevin şərəfinə toplardan yaylım salam atəşi açıldı.

Azərbaycan Prezidenti Heydər Əliyev və onu səfərdə müşayiət edən şəxslər maşınlara əyləşərək, fəxri motosikletçilər dəstəsinin müşayiəti ilə hava limanından rəsmi iqamətgaha yola düşdülər.

X X X
Qısa istirahətdən sonra dövlət başçımızın Pakistana rəsmi səfərə gəlməsi münasibətilə iqamətgahda təntənəli qarşılanma mərasimi keçirildi.

“Ayvan-E-Sadar” adlanan iqamətgahın meydanında fəxri qarovul dəstəsi düzülmüşdü. Pakistan Prezidenti Fərrux Əhməd Xan Leqari Azərbaycan Prezidenti Heydər Əliyevi səmimiyyətlə, hərarətlə qarşıladı. Prezidentlər fəxri tribunaya qalxdılar. Fəxri qarovul dəstəsinin rəisi dövlətimizin başçısına raport verdi. Pakistanın və Azərbaycanın dövlət himnləri səsləndi. Prezident Heydər Əliyev və Prezident Fərrux Əhməd Xan Leqari fəxri qarovul dəstəsinin önündən keçdilər, sonra Pakistan İslam Respublikasının dövlət və hökumət xadimləri Prezident Heydər Əliyevə, azərbaycanlı qonaqlar isə Pakistan dövlətinin başçısına təqdim olundu.

Azərbaycan Prezidenti Heydər Əliyev burada Pakistan jurnalistlərinin suallarına cavab verərək dedi:

- Ölkələrimiz arasında möhkəm dostluq əlaqələri yaranıb və bu əlaqələri daha da inkişaf etdirməyə ehtiyac var. Mən əziz dostumuz Pakistan Prezidentinin dəvətini qəbul edərək sizin ölkəyə səfərə gəlmişəm.

PREZİDENTLƏRİN GÖRÜŞÜ VƏ AZƏRBAYCAN-PAKİSTAN

DANIŞIQLARI

Elə həmin gün Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev ilə Pakistan İslam Respublikasının Prezidenti Fərrux Əhməd Xan Leqarinin görüşü oldu. 1995-ci ilin oktyabrında Azərbaycana rəsmi səfərini və ölkəmizdə keçirdiyi görüşləri yaxşı xatırladığını bildirən Fərrux Əhməd Xan Leqari ona göstərilmiş qonaqpərvərliyə və diqqətə görə dövlətimizin başçısına minnətdarlığını bildirdi. O dedi: Bu səfər zamanı mən bir daha inandım ki, Azərbaycan və Pakistan xalqları qardaş xalqlardır. Biz çox şadıq ki, hörmətli Prezident Heydər Əliyev, Siz ölkəmizə səfər etmisiniz. Səfərinizi çox səbirsizliklə gözləyirdik. Şəxsən mən, Pakistan dövləti, hökuməti, xalqı sizin ölkəmizə gəlməyinizə çox şadıq və əminik ki, burada keçirəcəyiniz görüşlər iki qardaş ölkə arasındakı əməkdaşlığın inkişafına güclü təkan verəcəkdir.

Azərbaycan Prezidenti Heydər Əliyev xoş sözlərə və dəvətə görə cənab Leqariyə minnətdarlıq etdi. Dövlətimizin başçısı əmin olduğunu bildirdi ki, bu səfər dost ölkələrimizin əlaqələrinin daha da inkişaf etməsində mühüm rol oynayacaqdır.

X X X
Sonra danışıqlar hər iki Prezidentin başçılıq etdiyi nümayəndə heyətləri arasında davam etdirildi.

Ali qonağı bir daha səmimiyyətlə salamlayan və onun Pakistana səfərindən böyük şərəf duyduğunu vurğulayan Prezident Fərrux Əhməd Xan Leqari əmin olduğunu bildirdi ki, burada keçiriləcək görüşlərdə hər iki ölkəni maraqlandıran bir çox məsələlər hərtərəfli müzakirə ediləcəkdir. Özünün Azərbaycana səfərini məmnuniyyətlə xatırladan cənab Leqari Bakıda imzalanmış sənədlərə yüksək qiymət verdi və Prezident Heydər Əliyevin səfəri günlərində burada da bir çox yeni mühüm sənədlər imzalanmasına imkan yarandığından razılıqla söhbət açdı.

Fərrux Əhməd Xan Leqari daha sonra dedi: Hörmətli Prezident, bilirəm ki, Siz Baş nazir Bənəzir Bhutto və hökumətimizin digər üzvləri ilə bir sıra məsələləri ətraflı müzakirə edəcəksiniz. Ancaq mən iki çox mühüm məsələdən danışmaq istəyirəm. Hörmətli Prezident, əsas problemlərə biz sizinlə eyni mövqedən yanaşırıq. Ölkələrimiz arasında çoxlu oxşarlıq olması da buna əsas verir. Mən Kəşmir problemi barədə Azərbaycanın açıq mövqeyini və Ermənistanın Azərbaycana təcavüzünün Pakistan tərəfindən daim pislənməsini xüsusi vurğulamaq istəyirəm. Biz qonşu dövlətlərlə sülh şəraitində yaşayaraq ölkələrimizin və xalqlarımızın əlaqələrinin möhkəmlənməsini arzulayırıq.

Pakistanda aparılan islahatlar haqqında dövlətimizin başçısına ətraflı söhbət açan cənab Leqari dedi ki, biz əsas diqqəti savadsızlığın aradan qaldırılmasına və xüsusilə qadınlar arasında təhsilin geniş yayılmasına yönəltmişik. İqtisadi inkişaf sahəsində görülən işlərdən də bəhs edən cənab Leqari dedi ki, biz Mərkəzi Asiyanın bütün ölkələri, o cümlədən Azərbaycan ilə əlaqələrin möhkəmləndirilməsinə xüsusi diqqət yetiririk. O əmin olduğunu bildirdi ki, ölkələrimiz arasında bağlanmış müqavilələr və sazişlər bütün sahələrdə əməkdaşlığın inkişafında mühüm rol oynayacaqdır.

Cənab Leqari Ümumdünya Davos İqtisadi Forumunun növbəti məclisinin Pakistanda keçiriləcəyi barədə dövlətimizin başçısına geniş məlumat verdi və Prezident Heydər Əliyevi də həmin məclisə dəvət edəcəklərini bildirdi.

Fərrux Əhməd Xan Leqari Prezident Heydər Əliyevə müraciətlə dedi: Hörmətli Prezident, biz Ermənistanın Azərbaycana hərbi təcavüzünü qətiyyətlə pisləmişik və bu mövqeyimizə indən sonra da sadiq qalacağıq. Azərbaycanın ərazi bütövlüyünün təmin olunması tələbini hər zaman dəstəkləyəcəyik. Çünki dövlətlərin ərazi bütövlüyü beynəlxalq miqyasda qəbul olunmuş ən ali prinsiplərdən biridir. Əminik ki, ATƏT-in Minsk qrupu çərçivəsində göstərilən səylər müvəffəqiyyətlə başa çatacaq. Ermənistan silahlı qüvvələri işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılacaq və siz ölkənizin tərəqqisində böyük nailiyyətlər əldə edəcəksiniz. Zati-aliləri, biz Sizin şəxsinizdə özümüzə dost və lider tapmışıq. Siz əsrlərdən bəri böyük tarixə malik olan bölgədə aparıcı mövqe tutursunuz, keçmiş Sovetlər Birliyində yüksək vəzifələrdə olmusunuz və buna görə də biz Sizin kimi bir xadimlə daim fikir mübadiləsi aparmaq istərdik.

Onu Pakistana rəsmi səfərə dəvət etdiyinə görə cənab Leqariyə minnətdarlığını bildirən Prezident Heydər Əliyev dedi ki, biz Pakistan torpağına qədəm qoyduğumuz ilk dəqiqələrdən yüksək qonaqpərvərlik və mehribanlıq hiss etdik. Cənab Leqarinin səfəri zamanı Bakıda imzalanmış sənədləri ölkələrimiz arasındakı əlaqələrdə mühüm mərhələ hesab edən Prezident Heydər Əliyev həmin sənədlərin Azərbaycan parlamenti tərəfindən təsdiq edildiyini bildirdi.

Pakistana bu səfərini cənab Leqarinin Azərbaycana səfərinin davamı kimi vurğulayan Prezidemt Heydər Əliyev bunu ölkələrimiz arasındakı münasibətlərin daimi xarakter daşımasının parlaq təzahürü kimi qiymətləndirdi. Respublikamızın rəhbəri əsas məsələlərdə dövlətlərimizin eyni mövqedə olmasından məmnun qaldığının bildirdi.

Respublikamızın müstəqilliyini tanıyan ilk dövlətlərdən birinin Pakistan olmasından və bu ölkənin Ermənistanın Azərbaycana hərbi təcavüzünü pisləməsindən razılıqla bəhs edən Prezident Heydər Əliyev dedi: 1992-ci ildə bu məsələ BMT Təhlükəsizlik Şurasında müzakirə edilərkən Pakistan birmənalı, ədalətli mövqe tutub. Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması, Ermənistanın ölkəmizə hərbi təcavüzünün pislənilməsi barədə Sizin verdiyiniz bəyanatları və Azərbaycanın mövqeyini müdafiə etməyinizi yüksək qiymətləndirirəm və bütün bunlata görə Sizə, Pakistan dövlətinə təşəkkürümü bildirirəm.

Kəşmir probleminə toxunan Prezident Heydər Əliyev bu məsələdən də narahatlıqla söhbət açaraq dedi ki, Azərbaycan həmin problemlə bağlı beynəlxalq müzakirələrdə həmişə Pakistanın mövqeyini müdafiə edibdir.

Ermənistanın Azərbaycana hərbi təcavüzünün ölkəmiz üçün ağır nəticələrindən, 7 milyonluq əhalinin 1 milyonunun yerindən, yurdundan zorla qovularaq çətin vəziyyətdə yaşamasından, Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş ərazilərimizdə şəhərlərin, qəsəbələrin, kəndlərin, yaşayış binalarının, sənaye obyektlərinin, bütün qurğuların dağıdılıb viran edilməsindən, ölkəmizə vurulmuş mənəvi zərbələrdən bəhs edən Prezident Heydər Əliyev dedi: Bütün bunlara baxmayaraq, biz məsələnin sülh yolu ilə həll olunmasına çalışırıq. İki ilə yaxındır ki, atəşkəs rejimi barədə Ermənistanla saziş əldə olunubdur. Biz ATƏT-in Minsk qrupunun, böyük dövlətlərin, xüsusilə ABŞ, Rusiya və Türkiyənin imkanlarından istifadə etməyə səy göstəririk. Biz bir daha bəyan edirik ki, daimi sülh yaranması üçün Ermənistan silahlı qüvvələri Azərbaycanın işğal olunmuş ərazilərindən, o cümlədən Şuşa və Laçın rayonlarından çıxmalıdır. Bundan sonra Dağlıq Qarabağa Azərbaycanın tərkibində yüksək səviyyəli muxtariyyət hüququ verməyə hazırıq.

Ermənistan tərəfinin bu şərtləri qəbul etmək istəməməsindən təəssüflə söhbət açan dövlətimizin başçısı dedi ki, biz bununla qəti razı ola bilmərik. Prezident Heydər Əliyev məsələnin sülh yolu ilə həll ediləcəyinə əmin olduğunu bildirdi.

Respublikamızın rəhbəri Azərbaycanda hazırkı ictimai-siyasi vəziyyətdən, hüquqi-demokratik dövlət quruculuğu istiqamətində həyata keçirilən tədbirlərdən və bazar iqtisadiyyatına keçidlə əlaqədar görülən işlərdən də geniş söhbət açdı. 70 il Sovet İttifaqı tərkibində yaşamış Azərbaycanın hazırda qarşılaşdığı problemlərə toxunan Prezident Heydər Əliyev dedi ki, indi ölkəmizdə özəlləşdirməyə, sahibkarlığa, təşəbbüskarlığa geniş meydan açılmışdır. Keçid dövrünün problemlərini vurğulayan dövlətimizin başçısı bildirdi ki, bütün çətinliklərə baxmayaraq, biz daim bu yolla gedəcəyik və bu sahədə dünya təcrübəsindən istifadə edəcəyik, o cümlədən Pakistanın təcrübəsindən bəhrələnməyə çalışacağıq. Pakistanda gedən islahatların dost ölkə kimi Azərbaycanı maraqlandırmasından söhbət açan Prezident Heydər Əliyev dedi: Mərkəzi Asiya ölkələri ilə, həmçinin Azərbaycanla sıx əməkdaşlıq barədə fikriniz mənim fikirlərimlə tamamilə eynidir. Bu barədə biz öz tərəfimizdən lazımi addımlar atacağıq.

Ümumdünya İqtisadi Forumunun növbəti məclisinin Pakistanda keçirilməsi barədə cənab Leqarinin fikrini alqışladığını bildirən dövlətimizin başçısı Heydər Əliyev dedi ki, biz bu tədbirin fəal iştirakçısı olacağıq. Prezident Heydər Əliyevin fikrincə, ölkələrimizin tarixi keçmişi, ənənələrimizin bir-birinə bənzərliyi, İslam dininə mənsub olmağımız və qədim əlaqələrimiz sonrakı əməkdaşlığımız üçün yaxşı zəmindir.

Azərbaycan Prezidenti əmin olduğunu bildirdi ki, onun səfəri günlərində ölkələrimiz arasındakı əlaqələrin daha da inkişaf etdirilməsi üçün mühüm sənədlər imzalanacaqdır.

AZƏRBAYCAN PREZİDENTİ HEYDƏR ƏLİYEVİN

PAKİSTANIN BAŞ NAZİRİ BƏNƏZİR BHUTTO İLƏ

GÖRÜŞÜ

Aprelin 9-da Pakistan İslam Respublikasının Baş naziri Bənəzir Bhutto “Ayvan-E-Sadar” iqamətgahına, Azərbaycan Prezidenti Heydər Əliyevin görüşünə gəldi.

Dövlətimizin başçısını hərarətlə salamlayan xanım Bhutto Prezident Heydər Əliyevin Pakistana rəsmi səfərindən çox məmnun qaldığını bildirdi. Baş nazir respublikamızın rəhbəri Heydər Əliyevin dəvətindən istifadə edərək tezliklə Azərbaycana səfər etmək istədiyini vurğuladı.

Xoş sözlərə görə xanım Bhuttoya təşəkkür edən Prezident Heydər Əliyev dedi ki, sizi bütün Azərbaycan xalqı səbirsizliklə gözləyir.

Hələ keçən il Azərbaycana gəlmək niyyətində olduğunu bildirən xanım Bhutto müəyyən səbəblər nəticəsində bu imkandan istifadə edə bilmədiyindən təəssüflənərək, elə görüşdəcə Pakistanın xarici işlər nazirinə tapşırıq verdi ki, onun Azərbaycana səfəri ilə bağlı təşkilati işlərin görülməsinə başlasın.

Pakistana səfər etdiyi üçün Prezident Heydər Əliyevə minnətdarlığını bildirən xanım Bhutto EKO təşkilatının gələn ay keçiriləcək zirvə toplantısından da bəhs etdi. Baş nazir əmin olduğunu söylədi ki, Prezident Heydər Əliyevin Pakistana bu səfəri çərçivəsində iki ölkə arasında münasibətlərə və bütövlükdə bölgədə vəziyyətə dair məsələlər, habelə EKO-nun növbəti zirvə toplantısı barədə hərtərəfli müzakirələr və fikir mübadiləsi aparılacaqdır.

Prezident Heydər Əliyev və Baş nazir Bənəzir Bhutto EKO-nun qarşıdakı zirvə toplantısında müzakirə ediləcək məsələlər barədə hər iki dövlətin mövqeyini aydınlaşdıran fikir mübadiləsi aparılması haqqında lazımi tapşırıqlar verdilər.

EKO-nun ötənilki zirvə toplantısının Pakistanda keçirildiyini xatırladan xanım Bhutto Prezident Heydər Əliyevin bu tədbirdə iştirak edə bilməməsindən təəssüfləndiyini bildirdi. Dövlətimizin başçısı həmin toplantının keçirildiyi vaxt Azərbaycanda dövlət çevrilişinə cəhd baş verdiyini xatırlatdı və bununla əlaqədar Pakistana gələ bilmədiyini vurğuladı.

Azərbaycan rəhbərini diqqətlə dinləyən xanım Bhutto dedi ki, hörmətli Prezident, mən bilirəm ki, keçmiş Sovetlər İttifaqına daxil olmuş respublikalar arasında bu cür cəhdlərin qarşısını almaq üçün ən yaxşı mexanizm Sizin rəhbərliyinizlə Azərbaycanda yaradılmışdır. Mən fikirləşirəm, dövlət çevrilişinə cəhd etmək istəyənlər gərək başa düşsünlər ki, onsuz da uğursuzluğa düçar olacaqlar. Çünki mən yaxşı bilirəm ki, Azərbaycanda xalq Sizi dəstəkləyir. Sizdə çox müdrik təşkilatçılıq qabiliyyəti var, ona görə də indi ölkənizdə hər şey maşın mexanizmi kimi işləyir.

Prezident Heydər Əliyev xoş sözlərə görə xanım Bhuttoya minnətdarlığını bildirdi.

PAYTAXTLA TANIŞLIQ

Aprelin 9-da günortadan sonra Azərbaycan Prezidenti Heydər Əliyev İslamabaddakı İxraca Yardım Bürosuna gedərək, Pakistanda istehsal edilən məhsulların sərgisi ilə tanış oldu, bu məhsulların ixracı məsələləri ilə yaxından maraqlandı. Respublikamızın rəhbəri Azərbaycanda da belə malların istehsalı üçün yaxşı imkanlar olduğunu vurğuladı və iki ölkə arasında iqtisadi əlaqələrin genişləndirilməsi üçün birgə müəssisələr yaradılmasının vacibliyini qeyd etdi.

X X X
Elə həmin gün Azərbaycan Prezidenti Heydər Əliyev İslamabaddakı “Şakarparian” parkına gəldi. Bu parkın salınmasına Pakistan İslam Respublikasının yaradıldığı ilk illərdən başlanıb.

Burada yaradılmış təbii mənzərə insanı heyran qoyur. Respublikamızın rəhbəri Heydər Əliyevə məlumat verildi ki, Pakistan İslam Respublikasının qonaqları – xarici ölkələrin məşhur dövlət və hökumət başçıları, siyasi və ictimai xadimləri bu parkda xatirə olaraq ağac əkmişlər və onların hər biri diqqətlə qorunub saxlanılır. Məsələn, Corc Buş, Fransua Mitteran, Çjou En Lay, Hüseyn ibn Təlal, Kosıgin, Helmut Kol, Nursultan Nazarbayev və onlarca başqaları vaxtilə “Şakarparian”da ağac əkmişlər.

Prezident Heydər Əliyev parkla tanış oldu, burada xatirə üçün fotoşəkil çəkdirdi. Dövlətimizin başçısı parkda ağac əkdi.

X X X
Elə həmin gün Azərbaycan Prezidenti Heydər Əliyev İslamabaddakı “Utiliti stor” ticarət mərkəzinə baxdı.

X X X
Axşam Pakistan İslam Respublikasının Prezidenti Fərrux Əhməd Xan Leqari Azərbaycan Prezidenti Heydər Əliyevin şərəfinə ziyafət verdi.

MEHRİBANLIQ VƏ QARŞILIQLI ANLAŞMA ŞƏRAİTİNDƏ

Aprelin 10-da Azərbaycan Prezidenti Heydər Əliyev ilə Pakistan İslam Respublikasının Baş naziri Bənəzir Bhutto arasında danışıqlar başlandı. Hər iki ölkənin nümayəndə heyətlərinin iştirak etdiyi danışıqlarda Pakistan-Azərbaycan münasibətlərinin daha da inkişaf etdirilməsi yolları araşdırıldı.

Baş nazir Bənəzir Bhutto Prezident Heydər Əliyevi və onu müşayiət edən şəxsləri Pakistanda salamlamaqdan şərəf duyduğunu bildirdi. Bu səfəri Pakistan xalqının və şəxsən özünün böyük ümidlə gözlədiyini vurğulayan xanım Bhutto ölkələrimiz arasındakı tarixi əlaqələrdən geniş bəhs etdi.

Prezident Fərrux Əhməd Xan Leqarinin Azərbaycana səfəri zamanı imzalanmış mühüm sənədlərdən söhbət açan hökumət başçısı bu gün imzalanacaq yeni sənədlərin ölkələrimizin əməkdaşlığında yeni mərhələ açacağını söylədi. Pakistanın hələ indiyədək heç bir ölkə ilə eyni gündə doqquz sənəd imzalamadığını vurğulayan xanım Bhutto bunun Pakistanın Azərbaycana böyük marağından irəli gəldiyini qeyd etdi.

Beynəlxalq təşkilatlarda Azərbaycan ilə Pakistanın çox səmərəli əməkdaşlığından razılıqla söhbət açan Baş nazir Kəşmir probleminin müzakirəsində Azərbaycanın Pakistan dövlətinin mövqeyini dəstəkləməsini yüksək qiymətləndirdi.

Pakistan ilə Azərbaycan arasında əməkdaşlığın daha da inkişaf etdirilməsi və möhkəmləndirilməsi üçün yaranmış imkanları yüksək qiymətləndirən Prezident Heydər Əliyev Azərbaycanın bütün dünya ölkələri ilə ikitərəfli, qarşılıqlı surətdə faydalı münasibətlər qurduğunu və respublikamızın Pakistan ilə əlaqələrə xüsusi diqqət yetirdiyini qeyd etdi. Pakistanın Asiya qitəsində böyük və geniş potensiala malik bir ölkə olduğunu bildirən dövlətimizin başçısı bu ölkə ilə əməkdaşlığın bizim üçün böyük əhəmiyyəti olduğunu söylədi.

Prezident Heydər Əliyev və Baş nazir Bənəzir Bhutto iqtisadi münasibətlərimizin daha da möhkəmləndirilməsində xüsusi rol oynayacaq bir sıra məsələlər barədə geniş fikir mübadiləsi apardılar. Pakistanın iş adamlarının Azərbaycanın zəngin potensialından istifadə etməsi və ölkəmizə sərmayə qoyması məsələləri də ətraflı müzakirə olundu.

Pakistanın Azərbaycana 10 milyon dollar dəyərində kredit ayırdığını vurğulayan Baş nazir, bu yardımın şəkər zavodunun tikintisinə sərf olunmasını arzuladı. Toxuculuq sənayesi sahəsində Pakistanın geniş imkanlarından bəhs edən xanım Bhuttonun fikrincə, Azərbaycanla bu sahədə də geniş əməkdaşlıq etmək mümkündür.

Azərbaycanın dünya ölkələri ilə sıx əməkdaşlıq etdiyini və ölkəmizdə ən nüfuzli neft şirkətlərinin iştirakı ilə konsorsiumun fəaliyyət göstərdiyini nəzərə çarpdıran Prezident Heydər Əliyev neft, maşınqayırma, səhiyyə, kənd təsərrüfatı sahələrində Pakistan ilə əməkdaşlığımızn gözəl perspektivləri olduğunu bildirdi.

Respublikamızdakı mövcud vəziyyətdən, bazar münasibətlərinə keçidlə əlaqədar islahatlar və hüquqi-demokratik dövlət quruculuğu sahəsində həyata keçirilən tədbirlərdən bəhs edən Prezident Heydər Əliyev Ermənistanın Azərbaycana hərbi təcavüzü ilə əlaqədar yaranmış çətinliklərdən də geniş söhbət açdı. Dövlətimizin başçısı beynəlxalq təşkilatlarda müzakirələr zamanı ölkəmizin haqq işini müdafiə etdiklərinə görə Pakistan hökumətinə və şəxsən Baş nazir Bənəzir Bhuttoya minnətdarlığını bildirdi.

Azərbaycanlı qaçqınların ağır vəziyyətindən xəbərdar olduğunu vurğulayan xanım Bhutto dedi ki, Pakistan hökuməti kömək məqsədilə Azərbaycana bir milyon dollar həcmində humanitar yardım ayırmışdır. Prezident Heydər Əliyev bu yardıma görə xanım Bhuttoya təşəkkürünü bildirdi.

Görüşdə EKO təşkilatının qarşıdakı zirvə toplantısında müzakirə ediləcək məsələlər barədə də fikir mübadiləsi aparıldı. Xanım Bhutto Pakistan İslam Respublikasının yaradılmasının 50 illik yubileyi münasibətilə gələn il İslam Konfransı Təşkilatının və EKO-nun İslamabadda geniş tədbirlər keçirmək niyyəti barədə məlumat verdi. O, Azərbaycan Prezidenti Heydər Əliyevi gələn ilin martında keçiriləcək bu tədbirlərə dəvət etdi.

Daha sonra EKO-nun üzvü olan ölkələrin birgə bankının yaradılması, ümumi hava yolları, gəmiçilik sənayesi, ticarət sahəsində əməkdaşlığın inkişaf etdirilməsi barədə müzakirələr aparıldı. Pakistanda ölkəmizin səfirliyinin və Azərbaycanda Pakistan Milli Bankının nümayəndəliyinin açılması məsələləri nəzərdən keçirildi. Elm, təhsil, səhiyyə sahəsində əməkdaşlıq barədə də geniş söhbət aparıldı.

AZƏRBAYCAN-PAKİSTAN SƏNƏDLƏRİNİN

İMZALANMASI

Aprelin 10-da İslamabadda Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin və Pakistan İslam Respublikasının Baş naziri Bənəzir Bhuttonun iştirakı ilə iki ölkə arasında bir sıra sahələrdə əməkdaşlıq barədə mühüm sənədlər imzalandı.

Prezident Heydər Əliyev və Baş nazir Bənəzir Bhutto ikitərəfli münasibətlərin inkişafı haqqında Azərbaycan Respublikası və Pakistan İslam Respublikasının birgə bəyanatını imzaladılar.

Sonra Azərbaycan Respublikası ilə Pakistan İslam Respublikası arasında konsulluq konvensiyası, elmi-texniki əməkdaşlıq haqqında saziş, turizm sahəsində əməkdaşlıq haqqında anlaşma memorandumu, ikiqat vergiyə cəlbetməyə yol verilməməsi, gəlirlərdən vergilərin ödənilməsindən yayınmanın qarşısının alınması haqqında konvensiya, konsulluq məsələləri üzrə əməkdaşlıq haqqında saziş, Azərbaycan Respublikasının Milli Bankı, Pakistanın Dövlət Bankı, Pakistan İslam Respublikasının Mərkəzi Bankı arasında qarşılıqlı anlaşma haqqında saziş, idman sahəsində əməkdaşlıq haqqında anlaşma memorandumu, Multan (Pakistan) ilə Gəncə (Azərbaycan) arasında qardaşlaşmış şəhərlər münasibəti yaradılması haqqında birgə bəyannamə imzalandı.

AZƏRBAYCAN PREZİDENTİ HEYDƏR ƏLİYEV VƏ

PAKİSTANIN BAŞ NAZİRİ BƏNƏZİR BHUTTONUN

BİRGƏ MƏTBUAT KONFRANSI

Azərbaycan-Pakistan sənədlərinin imzalanması mərasimindən sonra Prezident Heydər Əliyev və Baş nazir Bənəzir Bhutto birgə mətbuat konfransı keçirmişlər.

X X X
Aprelin 10-da Pakistanın Baş naziri Bənəzir Bhutto Azərbaycan Prezidenti Heydər Əliyevin şərəfinə ziyafət verdi. Ziyafətdə Prezident Heydər Əliyev və Baş nazir Bənəzir Bhutto çıxış etdilər.

X X X
Günortadan sonra Azərbaycan Prezidenti Heydər Əliyev vertolyotla Pakistanın “Taksila” ağır maşınqayırma kompleksinə gəldi. Burada dövlətimizin başçısını mehribanlıqla, hərarətlə qarşıladılar. Prezident Heydər Əliyev maşınqayırma kompleksinin ayrı-ayrı sexləri ilə yaxından tanış oldu.

Sonra respublikamızın rəhbəri vertolyotla İslamabad hava limanına gəldi.

LAHORA SƏYAHƏT

İslamabad hava limanında Prezident Heydər Əliyevin paytaxtdan yola düşməsi münasibətilə təntənəli yolasalma mərasimi keçirildi.

Hava limanı Azərbaycanın və Pakistanın dövlət bayraqları ilə bəzədilmişdi. Təyyarə meydanında fəxri qarovul dəstəsi düzülmüşdü. Dövlətimizin başçısı Heydər Əliyevin şərəfinə toplardan yaylım atəşi açıldı.

Prezident Heydər Əliyev xüsusi təyyarə ilə Pakistanın Pəncab əyalətinin Lahor şəhərinə yola düşdü.

Lahor şəhərində Azərbaycan Prezidenti Heydər Əliyevi Pəncab əyalətinin valisi Sarun xan və digər yüksək vəzifəli şəxslər qarşıladılar. Prezident Heydər Əliyev ilə Sarun xan arasında görüş oldu. Vali Sarun xan Azərbaycan Prezidentinin şərəfinə ziyafət verdi.

AZƏRBAYCAN PREZİDENTİ HEYDƏR ƏLİYEVİN

PAKİSTAN TELEVİZİYASININ MÜXBİRİNƏ MÜSAHİBƏSİ

Aprelin 11-də Azərbaycan prezidenti Heydər Əliyev Lahorda Pakistan televiziyasının müxbirinə müsahibə verdi.

X X X
Aprelin 11-də prezident Heydər Əliyev Pakistan dövləti yaradılması ideyasının banisi, görkəmli şair və ictimai xadim İqbal Məhəmmədin məqbərəsini ziyarət etdi və onun məzarı önünə əklil qoydu.

Respublikamızın rəhbəri əzəmətli “Badşahi” məscidini və qədim Lahor qalasını da ziyarət etdi və hər iki abidənin şərəf kitablarına öz ürək sözlərini yazdı.

SƏFƏR BAŞA ÇATDI

Aprelin 11-də Azərbaycan Prezidenti Heydər Əliyev Pakistana rəsmi səfərini başa çatdıraraq Vətənə yola düşmək üçün Lahor hava limanına gəldi. Burada o Pakistan jurnalistinin suallarına cavab verdi.

X X X
Lahor hava limanında Azərbaycan dövləti başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Prezident Heydər Əliyev onu yola salan Pakistanın dövlət xadimləri ilə mehribancasına görüşüb ayrıldı.

Azərbaycan rəhbərinin xaricə daha bir uğurlu səfəri başa çatdı.

Dövlətimizin başçısını bu səfərdə respublikanın xarici işlər naziri Həsən Həsənov, digər nazirlər, Milli Məclisin üzvləri və başqa rəsmi şəxslər müşayiət edirdilər.

X X X
Elə həmin gün Azərbaycan Prezidenti Heydər Əliyev Bakıya qayıtdı.

Aslan Aslanov

AZƏRTAC-ın xüsusi müxbiri 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

AMB sədrinin rəhbərliyi ilə Azərbaycanın Bankçılıq Missiyası ABŞ-da işgüzar səfərdədir

Xankəndi şəhərində tapdığı silah-sursatları polisə təhvil verməyən şəxs saxlanılıb

"Azərreyl"in kapitanı: Xoşbəxtəm ki, əziyyətimizin bəhrəsini gördük

Azərbaycan Prezidentinin Rusiya səfəri iki ölkə arasında əməkdaşlıq baxımından tarixi önəm daşıyır ŞƏRH

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin hesabat yığıncağı keçirilib

Azərbaycan Afrika və Yaxın Şərqin ən böyük kənd təsərrüfatı sərgilərindən birində təmsil olunur

SOCAR-ın prezidenti Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölkəmizdəki səfiri ilə görüşüb

Azərbaycan və İspaniya iqtisadi-ticarət əlaqələrinin inkişaf etdirilməsini müzakirə edib

Portuqaliyalı ekspert: Azərbaycanda keçiriləcək COP29 iqlim dəyişikliyi ilə bağlı qlobal problemlərin həlli üçün daha səmərəli olacaq

® “Rabitəbank”dan Ümumdünya Kitab Günündə Ağdam kənd məktəbinə dəstək

Azərbaycan-Əlcəzair əlaqələrinin daha da inkişaf etdirilməsi imkanları müzakirə olunub

Pekində “Azərbaycanda investisiya və ticarətin təşviqi” konfransı keçirilib VİDEO

Prezident: Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar

Ombudsman Aparatı uşaq hüquqları ilə bağlı təlim təşkil edib

Avstriyalı ekspert: Prezident İlham Əliyevlə görüşümüz çox maraqlı və faydalı oldu

“Laçın” dövlət sərhədindən buraxılış məntəqəsinin qurulmasının ildönümü münasibətilə silsilə tədbirlər keçirilib

MSN-in istehsal etdiyi silahlar Vətən müharibəsində və antiterror tədbirlərində düşmənə gücünü döyüş şəraitində göstərib

Ceyms Şarp: COP29-a ev sahibliyi etmək Azərbaycan üçün geniş imkanlar yaradacaq

Qarabağ Regional DOST Mərkəzində 300-dək şəxsə reabilitasiya xidmətləri göstərilib

Alman filosofu İmmanuel Kantın 300 illiyinə həsr olunmuş ümuminstitut seminarı keçirilib

Ceyhun Bayramov Çexiyanın “CEVRO” İnstitutunda ölkəmizin xarici siyasət prioritetlərindən danışıb

Voleybol üzrə Azərbaycan çempionatlarının qalibləri mükafatlandırılıb

Peşə təhsil müəssisələrinin məzun və tələbələri "Casa Culinary Cup 2024" yarışmasında qalib olublar

Qazaxıstanlı doktorantlar Neft və Qaz İnstitutunda təcrübə keçiblər

Prezident İlham Əliyevin Norveç Baş nazirinə ünvanladığı COP29-a dəvət məktubu səfirə təqdim edilib

Prezident İlham Əliyev Azərbaycanın uğurlarının səbəbini açıqlayıb

Qarşılıqlı anlaşma və möhkəm təmələ əsaslanan Azərbaycan-Rusiya münasibətləri ŞƏRH

Azərbaycan ilə Qırğızıstan arasında mədəniyyət sahəsində əməkdaşlığın genişləndirilməsi üçün münbit zəmin mövcuddur

Tədqiqat bəzi meşələrin iqlim dəyişikliyinə müqavimətdə mühüm rolunu üzə çıxarıb

BDU-nun tələbə və əməkdaşları Gənclər Fondunun qrant müsabiqəsinin qalibi olublar

“Hibrid enerji sistemləri və onların gələcək perspektivləri” - elmi seminar

ABŞ Konqresi üzvlərindən ibarət nümayəndə heyəti ölkəmizdə mövcud mina problemi barədə məlumatlandırılıb

AzTU-da Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin IV dalğası barədə infosessiya keçirilib

Prezident: Quru sərhədlərin bağlı qalmasından sonra Azərbaycanda təhlükəsizliyin gücləndiyini görürük

® “PAŞA Holding” üçün taksi biznesində növbəti mərhələ

Qarbi Abdelbaset: QH çərçivəsində əlaqələr Əlcəzair-Azərbaycan münasibətlərin inkişafına imkan yaradıb

“Azərreyl”in qadın komandası da Azərbaycan çempionu olub

Prezident İlham Əliyev: Biz qonşularla yaxşı və bəzi hallarda əla münasibətlər qura bilmişik

Baş prokuror paytaxtın Sabunçu rayonunda vətəndaşları qəbul edib

ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev forumda iştirak edib YENİLƏNİB VİDEO

“Reuters”: İlon Maskın “SpaceX” şirkətində xəsarət alan işçilərin sayı artır

Türkiyə millisinin futbolçusu Fransada üçüncü dəfə qarət olunub

Magistraturaya ikinci cəhd qəbul imtahanı keçiriləcək

Çexiya cəmiyyəti avroya keçməyə hazırdır?

Nərimanov rayonunda məktəblilərə narkotiklərin zərərli təsiri barədə məlumat verilib

Beynəlxalq ekspert: Azərbaycanın yaşıl enerji keçidində liderliyi beynəlxalq əməkdaşlıq üçün strateji imkandır – MÜSAHİBƏ

Yağış Şamaxıda bəzi fəsadlar törədib VİDEO

Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününə həsr olunmuş elmi seminar

® Balaxanı Əməliyyat Şirkəti ərazilərində ağacəkmə işləri həyata keçirilir

Əqli Mülkiyyət Agentliyinin və Qərbi Azərbaycan İcmasının birgə təşkilatçılığı ilə konfrans keçirilib - YENİLƏNİB-2 VİDEO

Kənd təsərrüfatı nazirinin müavini Qusarda vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Əlcəzair parlamentarisi: Azərbaycanla əməkdaşlıq üçün geniş imkanlar mövcuddur

Şəkidə ağacəkmə aksiyası keçirilib

Azərbaycan Prezidenti: Azərbaycanda ciddi və ya potensial qaydada yarana biləcək hər hansı risk yoxdur

BAM-ın ərsəyə gəlməsində Heydər Əliyevin bənzərsiz xidmətləri ŞƏRH

Azərbaycan Prezidenti: Biz özümüzü həm Avropada, həm də dünyanın Şərq hissəsində rahat hiss edirik

Ədəbiyyat İnstitutunda Abdulla Şaiqin “Türk çələngi” kitabı təqdim edilib

Xankəndi şəhərindəki tibb müəssisəsində ilk körpə dünyaya gəlib

Prezident: Cənubi Qafqazda ayırıcı xətlər çəkmək üçün bəzi cəhdlər göstərilir

Debora Zakuto: Fikrimcə Aida Mahmudovanın əsərlərindəki rəng ahəngi təbiətin onun həyatındakı rolunu göstərir

AzMİU-da “İnformasiya texnologiyaları və onların tətbiqi” adlı II beynəlxalq konfrans keçirilib

Fırat Arapoğlu: Aida Mahmudovanın ən böyük uğurlarından biri də bəşəri ziddiyyətləri əsərlərində təsvir edə bilməsidir

Küveyt Dövləti Azərbaycanla Ermənistan arasında razılaşmanı alqışlayır

Bakıda Türkiyənin Milli suverenlik və uşaq bayramı münasibətilə tədbir təşkil olunub

Prezident İlham Əliyev: Türkiyə-Azərbaycan birliyi regional təhlükəsizliyin və sabitliyin mühüm meyarıdır

İdman zalının kassasını talayaraq 12 min manat məbləğində pul oğurlayan mühafizəçi saxlanılıb

Azərbaycan Prezidenti: Hazırda neft və qaz ümumi daxili məhsulumuzun yarıdan az hissəsini təşkil edir

Azərbaycanın aparıcı musiqiçiləri Peterburq filarmoniyasında çıxış edəcəklər

Cari ilin birinci rübündə dövlət əmlakının icarəyə verilməsindən büdcəyə daxilolmalar artıb

Cibuti sahillərində miqrant qayığının batması nəticəsində 16 nəfər ölüb

BDU-nun şahmat komandasının uğuru

Alimlər heyvanlarda şüuru tanıyan bəyannamə imzalayıblar

Yeni inşa olunmuş yaşayış binası xidməti istifadəyə verilib

Prezident: Ermənistan dırnaqarası “Dağlıq Qarabağ”ın sülh sazişində olmamasına razılaşıb

Xalq yazıçısı Anar məktəblilərlə görüşündə mütaliənin əhəmiyyətindən danışıb

MEDİA-da Özbəkistan Jurnalistlər İttifaqının nümayəndə heyəti ilə görüş olub

Latviya məktəblərində rus dilinin tədrisi dayandırılacaq

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 29 dekabr tarixli 620 nömrəli Qərarı ilə təsdiq edilmiş “Sığorta ödənişinin verilməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Küçə mühitindəki uşaqlarla bağlı layihəyə cəlb olunmuş sosial işçilər üçün təlimlər keçirilib

“Cinayət prosesini həyata keçirən orqana çağırış vərəqələrinin formaları”nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Cinayət mühakimə icraatında prosessual sənədin verilməsi barədə qəbzlərin formaları”nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Coğrafiyaçı alimlər məktəblilərlə görüşüb

Alimlər məktəblilərə narkomaniyanın fəsadlarından danışıblar

Türkiyə Prezidenti müxtəlif ölkələrdən Ankaraya gələn uşaqlarla görüşüb

Prezident: Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır, biz gözləyə bilmərik

® “Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə edib

Azərbaycan Prezidenti: Neft və qaz gəlirləri işsizlik və yoxsulluq məsələlərinin həlli üçün istifadə edilib

Füzuliyə köçənlərə ödənişsiz danışıq sim-kartları hədiyyə edilib

Azərbaycan taekvondoçusu: Ümid edirəm ki, Paris Olimpiadasında medallarımızın sayı Tokiodakından çox olacaq

Bakının daha bir prospektində velosiped yolu salınır

Azərbaycan Prezidenti: Gənc nəslin təhsili əsas prioritetlərimizdən biridir

BMU-da IELTS imtahanına təşviqlə bağlı üçtərəfli müqavilə imzalanıb

Birinci rübdə neft-qaz sektoru üzrə dövlət büdcəsinə daxilolmalar proqnozu 5 faiz ötüb

Britaniya Ukraynaya ən böyük hərbi yardım paketini elan edəcək

Prezident: Cənubi Qafqaz ölkələrinin potensialı məlumdur və birgə işləyə biləcəyimiz sahələri də artıq bilirik

Pakistan iqtisadiyyatında artım müşahidə olunur

Azərbaycan ilə Çin arasında ticarət dövriyyəsi 44 faiz çoxalıb

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin xidmətinin media üçün məlumatı

Prezident İlham Əliyev: Biz dörd kənd məsələsini heç vaxt yaddan çıxarmamışıq

Bu il Prezidentin Ehtiyat Fondundan ayrılmış vəsaitin xərcləndiyi istiqamətlər açıqlanıb