SİYASƏT
AZƏRBAYCAN XALQINI FƏLAKƏTLƏRDƏN QURTARAN HEYDƏR ƏLİYEV ONU DAHA BÖYÜK FİRAVANLIĞA QOVUŞDURACAQDIR
Tovuz rayon təhsil işçilərinin ümumi yığıncağının iştirakçıları Sizə-zəmanəmizin böyük siyasi və dövllət xadiminə, milli təhsil quruculuğu sahəsində islahatın yaradıcısı və müdrik rəhbərinə müraciət edərək, Zati-alilərinizə bəslədiyimiz dərin hörmət və ehtiramımızı yetirir, Sizin rəhbərlliyinizlə xalqımızın xoşbəxt gələcəyinə, dövlət müstəqilliyimizin əbədiliyinə, təhsilimizin uğurlu sabahına olan sonsuz inamımızı bir daha bəyan edirik.
Son günlər ölkədə fəaliyyət göstərən dağıdıcı müxalifət partiyaları, onların himayə etdikləri ictimai-siyasi təşkilatlar və mətbuat orqanları dövlətçiliyimizə, dövlətin əsas atributlarından biri olan Prezidentimizə qarşı böhtan və iftiralarla dolu bəyanatlar verdilər.
Rayonumuzun təhsil işçilərinin ümumi yığıncağının iştirakçıları müxalifətin böhtan, iftira yazılarını rədd edir, onlara ar olsun deyirik. Rayonumuzun təhsil işçiləri adından Sizi 80 illik yubileyiniz münasibəti ilə təbrik edir, xalqımızın xoşbəxt gələcəyi və rifahı naminə Zati-alilərinizə uzun ömür, cansağlığı arzu edirik.
Sizi əmin edirik ki, rayonumuzun təhsil işçiləri bundan sonra da dövlətimizin möhkəmləndirilməsi naminə öz səyini daha da artıracaq, apardığınız böyük siyasi, iqtisadi, mədəni və təhsil islahatlarının mahiyyətinin olduğu kimi xalqa çatdırılması və həyata keçirilməsi yolunda əzmlə çalışacaqlar.