SİYASƏT
AZƏRBAYCAN XALQ CÜMHURİYYƏTİNƏ HƏSR EDİLMİŞ KONFRANS KEÇİRİLMİŞDİR
Mayın 27-də Ali Diplomatiya Kollecində Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 85 illiyinə həsr olunmuş konfrans keçirilmişdir.
Kollecin rektoru, professor Nazim Hüseynli konfransı açaraq Xalq Cümhuriyyətinin tarixindən danışmış, onun varisi kimi müstəqil dövlətimizin qurulmasında, möhkəmlənməsində və tanınmasında müdrik siyasi xadim, Prezident Heydər Əliyevin misilsiz xidmətlərini diqqətə çatdırmışdır.
Sonra “Azərbaycan Xalq Cümhuriyyətinin yaranması və beynəlxalq münasibətlər sistemində yeri”, “XXI əsrdə Güney Qafqaz diplomatiyasında Azərbaycan amili” və digər mövzularda məruzələrlə çıxış edən natiqlər cümhuriyyətin milli dövlətçilik tariximizdəki əhəmiyyətindən bəhs etmişlər.
Konfransda Prezident Heydər Əliyevə müraciət qəbul olunmuşdur.