Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

AZƏRBAYCAN XALQ CÜMHURİYYƏTİ TARİXİNİN AKTUAL PROBLEMLƏRİNƏ HƏSR OLUNMUŞ BEYNƏLXALQ ELMİ SESSİYANIN ÜÇÜNCÜ - XÜSUSİ İCLASI

Martın 31-də Bakı Dövlət Universitetində Milli Elmlər Akademiyasının, Milli Arxiv İdarəsinin, BDU-nun təşkil etdikləri və Azərbaycan Xalq Cümhuriyyəti tarixinin aktual problemlərinə həsr olunmuş beynəlxalq elmi sessiya öz işini davam etdirmişdir. Xatırladaq ki, əvvəlki iclaslar martın 18-də və 24-də keçirilmişdir.

31 mart azərbaycanlıların soyqırımına həsr olunmuş xüsusi iclası giriş sözü ilə universitetin rektoru, MEA-nın müxbir üzvü Abel Məhərrəmov açmışdır.

Soyqırım qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

BDU-nun Asiya və Afrika ölkələri tarixi kafedrasının

dosenti Sani Hacıyev “Şərqi Anadoluda türk-müsəlman əhalisinə qarşı

soyqırımlar” mövzusunda məruzə etmişdir. O, ermənilərin yaşadıqları,

vətənləri sayılan ölkəyə, vətəndaşı olduqları dövlətə xəyanətlərini,

işğalçıların fitvası ilə ona arxadan zərbə vurduqlarını, XIX əsrin sonu- XX

əsrin əvvəllərində Türkiyə ərazisindəki erməni kilsələrinin terror

təşkilatları və dəstələrinin yuvasına çevrildiyini, Hnçaq və Daşnaksutyun

partiyalarının ruhlandırdığı erməni quldurlarının törətdikləri vəhşilikləri

konkret faktlarla açıqlamışdır. Xüsusi vurğulanmışdır ki, bunun

müqabilində əks tədbir görməyə məcbur olan Osmanlı hökuməti isə

üzüdönük və qiyamçı vətəndaşlarına qarşı çox humanist davranmışdır.

1915-ci ilin mayında qəbul edilmiş qanuna əsasən köçürülən

ermənilərin harada yerləşdiriləcəyi, həyatının və əmlakının qorunacağı,

bütün daşına biləcək əmlak və əşyalarını götürə biləcəyi, onlar üçün yeni

evlər tikiləcəyi barədə yerlərdəki hakimiyyət nümayəndələrinə göstəriş

verilmişdi. 1916-cı il oktyabrın sonlarına kimi Anadoludan 702, 9 min nəfər

köçürülmüş, bu işə 111 milyon lirə xərclənmişdi. İlin sonunadək köç

zamanı yol verilə biləcək zorakılıq və özbaşınalıqları cəzalandırmaq üçün

hərbi nazirliyin nəzdində xüsusi təhqiqat orqanı yaradılmışdı və bu orqan

1918-ci ilin sonuna qədər fəaliyyət göstərmişdir.

Bu gün daşnaklar və onların havadarları, muzdla tutulmuş bir çox

qərb tarixçiləri Osmanlı dövlətinin ermənilərə qarşı soyqırımı törətdiyini iddia edirlər. Ortaya məntiqi sual çıxır: soyqırımı törətmək istəyən dövlət ağır iqtisadi məngənədə sıxıldığı, dünya müharibəsinin beş cəbhəsində döyüşdüyü bir vaxtda sadalanan xərcləri özünə rəva bilərdimi? Erməni təbliğatının əsassızlığını belə bir fakt da sübut edir ki, rəsmi statistikaya görə, 1914-cü ildə Türkiyədə emənilərin sayı 1,3 milyon nəfərdən də az idi. Onların da böyük bir hissəsi müxtəlif ölkələrə getmiş, bir qismi isə öz yerlərində qalmışdı. Belə olan halda 1,5 milyon erməninin qətlə yetirilməsi barədə uydurmaların heç bir əsası yoxdur.

Sonra BDU-nun mənbəşünaslıq və tarixşünaslıq kafedrasının müdiri, dosent Anar İsgəndərov “Stepan Şaumyanın daşnak-bolşevik rejimi və Azərbaycan xalqına qarşı mart soyqırımları” mövzusunda məruzə etmişdir.

Məruzəçi bildirmişdir ki, Azərbaycanda türk-müsəlman əhalisinə qarşı 1918-ci ildə törədilən cinayətləri üzə çıxarmaq həmin ilin mayında Azərbaycan Xalq Cümhuriyyəti elan ediləndən sonra mümkün olmuşdur. Belə ki, milli hökumət iyulun 15-də vəkil Ələkbər bəy Xasməmmədovun sədrliyi ilə Fövqəladə Təhqiqat Komissiyası yaratdı. Təhqiqat komissiyası daşnak quldur dəstələrinin qanlı əməllərinin üzə çıxarılması sahəsində böyük iş görmüşdür. Zərər çəkmiş yüzlərlə vətəndaş və şahid dindirilmiş, çoxlu material, maddi dəlil-sübut, fotosənəd toplanmışdı.

Bakıda soyqırımı planı hələ 1917-ci ildə Daşnaksutyun partiyası və Erməni Milli Komitəsi tərəfindən hazırlanırdı. Onlar dəfələrlə müsəlmanları bolşeviklərə qarşı silahlı çıxışa təhrik etməyə cəhd göstərirdilər. Fitnəkarlıq yalnız 1917-ci ilin dekabrında Rusiya Xalq Komissarları Sovetinin sədri V.İ.Lenin S.Şaumyanı Qafqazın fövqəladə komissarı təyin etdikdən sonra baş tutdu. Ermənilərin məqsədi bolşeviklərin əli ilə müsəlman əhalini cismən məhv etmək idi. Adamların qətlə yetirilməsi və müsəlman məhəllələrinin darmadağın edilməsi mütəşəkkil erməni hərbi hissələri tərəfindən planlı surətdə həyata keçirilirdi. Bakı Sovetinin qüvvələrinə rəhbərlik edən S.Şaumyanın erməni hərbi hissələrindən istifadə etməsi bu qırğını daha da dərinləşdirmişdi. Daşnaklar bolşevik dəstələrinə müsəlman fəhlələrinin qəbul edilməsinə hər vasitə ilə əngəl törədirdilər. Ona görə də Bakı Soveti, onun yaratdığı ordu əsas etibarilə ermənilərdən ibarət idi.

Azğınlaşmış erməni quldurlar dinc azərbaycanlı əhalini qırıb-çatmaq üçün ən amansız üsullara əl atırdılar. Fövqəladə Təhqiqat Komissiyasının üzvü A.Y.Kluge bu komissiyanın sədrinə ünvanladığı məruzədə yazırdı: “Yaxşı silahlanmış, təlim keçmiş erməni əsgərlər çoxlu miqdarda pulemyotların müşayiəti ilə hücum edirdilər. Ermənilər müsəlmanların evlərinə soxulur, bu evlərin sakinlərini qırır, onları qılınc və xəncərlərlə doğram-doğram və süngülərlə deşik-deşik edir, uşaqları yanan evin alovları içərisinə atır, üç-dörd günlük çağaları süngünün ucunda oynadır, öldürülən valideynlərin südəmər körpələrinə rəhm etmir, hamısını qırırdılar”.

Təhqiqat Komissiyasının sənədlərindən məlum olur ki, 1918-ci ilin mart soyqırımı zamanı təkcə Bakıda 11 min nəfərədək türk-müsəlman öldürülmüşdür. Onların çoxunun meyitləri tapılmamışdır. Çünki şahidlərin dediklərinə görə, ermənilər meyitləri od-alova bürünmüş evlərə, dənizə və quyulara atırdılar ki, cinayətin izini itirsinlər. Bakı əhalisindən 400 milyon manatlıq daş-qaş və əmlak müsadirə olunmuşdu. Bir çox ziyarətgahlar və tarixi abidələr yerlə-yeksan edilmişdi. Memarlığın incilərindən sayılan İsmailiyyənin binası yandırılmışdı.

Mart talanlarında yaxşı təşkil olunmuş hərbi hissələrlə yanaşı, erməni ziyalıları, gəncləri də iştirak edirdilər. Təhqiqat Komissiyasının materiallarında göstərilirdi ki, “erməni əhalisinin bütün siniflərini təmsil edən nümayəndələr bu “müharibədə” iştirak etməyi özlərinə borc bilirdilər. Burada neftxudalar, mühəndislər, həkimlər, kontor işçiləri var idi, bir sözlə, erməni əhalisinin bütün təbəqələri öz “borcunu” yerinə yetirirdi ”.

Məruzəçi ölkənin müxtəlif bölgələrində törədilmiş qırğınlardan da danışaraq xatırlatmışdır ki, 1918-ci ilin mart hadisələri zamanı qədim Şamaxı şəhəri də dəhşətli talanlara və vəhşiliklərə məruz qalmışdı. Ermənilərin bu şəhərdə və ümumən Şamaxı qəzasında törətdikləri vəhşiliklər haqqında 7 cilddən ibarət təhqiqat materialları toplanmışdı. 1919-cu il martın 30-da “Azərbaycan” qəzetində Fövqəladə Təhqiqat Komissiyasının “Çağırış”ı dərc edilmişdi. Komissiyanın sədri Ə.Xasməmmədovun imzaladığı bu sənəddə deyilirdi: “Şamaxının yalnız xarabalıqları qalmışdır. Şəhərin müsəlman hissəsindəki bu xarabalıqlarda məscidlərin ən qədimi olan, 800 ildən çox tarixə malik Cümə məscidinin ancaq yanıb qaralmış minarələri görünür, şəhərin on beş minlik müsəlman əhalisindən sağ qalanlar isə bütün Zaqafqaziyaya dağılmış, əllərində qoltuq ağacı və bellərində torba qapı-qapı düşüb dilənirlər ki, acından ölməsinlər. Adlarını “bolşevik” qoyan qaçaq-quldur dəstələrinin əlindən qaçıb can qurtaran əhalinin qalan hissəsi türk qoşunları Azərbaycana gəldikdən sonra öz el-obalarına qayıtmışdır. Onlar qayıdıb gəldikdə əsrlərdən bəri yaşadıqları ocaqlarını yandırılmış və yerlə-yeksan edilmiş halda görmüşlər”. Təhqiqat Komissiyasının sənədlərindən aydın olur ki, Şamaxı şəhərinin azərbaycanlı əhalisinə vurulmuş ziyan orta hesabla 1 milyon manatdan çox olmuşdur.

Qubada, Lənkəranda və digər qəzalarda törədilən qırğınlardan da bəhs edən məruzəçi fikrini Ü.Hacıbəyovun 1919-cu ildə yazdığı “31 mart” sərlövhəli məqaləsindəki bu sözlərlə tamamlamışdır: “Bugünkü vəzifəmiz o qara günləri yaddan çıxarmamaqdır və buna görə də həmişə və hər an hər şeyə hazır olmalıyıq. Borcumuz bu vətəni gələcəkdə hər cür təcavüzdən qorumaq və məmləkətimizi şərəflə yaşatmağa çalışmaqdır”.

Sessiyada MEA-nın prezidenti, akademik Mahmud Kərimov iştirak etmişdir.

Aprelin 1-də beynəlxalq elmi sessiyanın növbəti iclası keçiriləcəkdir.

 

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Müəlliflə əlaqə

İcbari tibbi sığorta zərfinə 775 xidmət əlavə edilib, onların 469-u cərrahi əməliyyatlardır

Qanunsuz gəlirlə bağlı əlavə maliyyə sanksiyası tətbiq olunacaq

“Qida kimyası” adlı dərslik nəşr olunub

Akademik Ziya Bünyadovun 100 illik yubileyi qeyd ediləcək - SƏRƏNCAM

“Regional inkişaf - rəqəmsal iqtisadiyyat” mövzusunda II Beynəlxalq İqtisadi Konfransa məqalə qəbulu davam edir

Akademik Ziya Bünyadovun 100 illik yubileyinin qeyd edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Tahir Mirkişili: Yeni Rəqabət Məcəlləsinin qüvvəyə minməsi ilə üç qanun ləğv ediləcək

“Enterprise Azerbaijan”ın təşkil etdiyi birinci “Startup School”un qalibləri ABŞ-da treninqlərə qoşulub

Söyüdlü kəndində su nümunəsinin təhlili nəticəsində codluq və bulanıqlığın, o cümlədən metalların normadan xeyli yüksək olması müəyyən edilib

Serbiyada parlament seçkiləri dekabrın 17-də keçirilə bilər

İTS çərçivəsində icra edilən ümumi stasionar cərrahi tibbi xidmətlərin 69 faizi TƏBİB tabeli, 31 faizi isə özəl tibb müəssisələrində icra edilib

Məktəblərdə inklüziv təhsilə dəstək məqsədilə təlimlər təşkil olunub

“Sabah” uğursuz seriyaya son qoymaq arzusunda, Gəncədə autsayderlərin dueli – ŞƏRH

Prezident İlham Əliyev Zəngilan rayonunun Alıbəyli kəndinin təməlini qoyub YENİLƏNƏCƏK

Azərbaycan XİN rəhbəri: Ermənistan tərəfi sülh prosesinə maneçilik törətməkdə davam edir

Şimali Koreya nüvə silahı proqramını konstitusiyaya daxil edib

Türkiyənin Baş ombudsmanı: Zəngəzur dəhlizi açılmalıdır

Bilal Ərdoğan Bakıda lisey və institutu ziyarət edib

Vüqar Qurbanov: 2 min 550 xidmət TƏBİB tabeli tibb müəssisələrində icra edilə bilir

AzMİU tələbəsi EASA-nın vörkşoplarında ölkəmizi təmsil edib

DİA-da Rusiya Dövlət Qulluğu Akademiyasının nümayəndə heyəti ilə görüş keçirilib

Gədəbəyin Söyüdlü kəndində ekoloji vəziyyətlə bağlı yaradılmış Komissiya üzvlərinin kənd sakinləri ilə görüşü keçirilir

Vəkillər Kollegiyası Rəyasət Heyətinin iclasında 10 vəkilliyə namizədin andiçmə mərasimi olub

Xətaidə narkotiklərin satışını təşkil edən şəxslərdə 13 kiloqram heroin və tapança aşkarlanıb VİDEO

TƏBİB: Şəkidə və Şirvanda invaziv kardiologiya və ürək-damar cərrahiyyəsi şöbələrinin açılması planlaşdırılır

Tayvan öz istehsalı olan ilk sualtı qayığı istifadəyə verib

Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbində Anım Gününə həsr edilən tədbir keçirilib

Ceyhun Bayramov: Azərbaycana qarşı davam edən qarayaxma kampaniyasının heç bir əsası yoxdur

Nazirliyin şöbə müdiri: Uşağa birbaşa qələm verib yazmağa məcbur etmək öyrənmə həvəsini öldürmək deməkdir

Deputat: Orqan transplantasiyasının həyata keçirilməsi üçün klinikalarımızın imkanları geniş deyil

Milli Elektron Hökumət Portalının kiberhücumlara məruz qalması ilə bağlı yayılan məlumat həqiqəti əks etdirmir

Vüqar Qurbanov: Xidmətlər zərfinə daxil olan tibbi xidmətin 80 faizi TƏBİB tabeliyindəki müəssisələrdə icra edilib

Vəfa Yaqublu: Tədrisin digər dillərdə aparıldığı bölmələrdə şagirdlər dövlət dilini kifayət qədər yaxşı bilmirlər

ASC işçilərin əmək hüquqlarını pozduğuna görə 20 min manat cərimələnib

Başlıbel sakini: Çəkdiyimiz əzabları unutdurmağa imkan verənlərə minnətdarıq

Prezident İlham Əliyev “Azərişıq” ASC-nin Cəbrayıl Rəqəmsal İdarəetmə Mərkəzinin açılışını edib YENİLƏNƏCƏK

Teymur Musayev: Səhiyyənin rəqəmsallaşmasına icbari tibbi sığortanın verdiyi töhfə olduqca vacibdir

Elm və Təhsil Nazirliyi müəllimlərin şəxsi təşəbbüsü olan dərslikdən əlavə test toplularını dəstəkləmir

İşğaldan azad edilmiş ərazilərdə radioloji və radioekoloji tədqiqatlara başlanılır

Başlıbel qətliamı ilə bağlı Azərbaycan və ingilis dillərində hesabat nəşr olunub

Bakıda Çin şirkətlərinin məhsullarının sərgisi açılıb

Nazirliyin şöbə müdiri buraxılış və qəbul imtahanlarında sualların məzmunundan danışıb

İlk dəfə! “Uzun Həsən - Ağqoyunlu dövlətinin hökmdarı” sərgisi açılır

Çimərlik voleybolu üzrə Azərbaycan klubları iki beynəlxalq yarışda iştirak edəcək

Azərbaycan Prezidenti İlham Əliyev Cəbrayıl rayonuna səfər edib

Nazirlik rəsmisi: Dərsliklərdə texniki səhvlərlə bağlı çox narazılıqlar var

Vəfa Yaqublu: Dərsliklərin fiziki ağırlığından şikayət edən valideynlər var

Sentyabrın 28-i Quduzluğa qarşı Mübarizə Günüdür

Nazirlik rəsmisi: 5-6-cı siniflər üçün təbiət dərsliyi gələn ildən etibarən istifadəyə veriləcək

İdarə Heyətinin sədri: 2019-cu ildən həkimlərin maaşında kifayət qədər artım olub

Kosmik Nəsil Məşvərət Şurasının nümayəndəsi: Azərbaycan gəncləri kosmosun öyrənilməsində fəallığı ilə seçilir

Kimya dərsliyində dəyişiklik edilməsi gözlənilir

Orxan Məmmədov: İqtisadi inkişaf konsepsiyası dayanıqlı iqtisadiyyatın möhkəmlənməsinə müsbət təsirini göstərəcək

Burkina-Fasoda dövlət çevrilişinə cəhd edən bir qrup zabit saxlanılıb

Vitali Borisov Çempionlar Liqasının bombardirləri sırasında yer alıb

Stokholm metrosunda pilotsuz qatarlar peyda olacaq

Elm və Təhsil Nazirliyi tarix dərsliklərinin konsepsiyası ilə bağlı Tarix İnstitutuna müraciət ünvanlayıb

Suraxanı rayonunda hərbi sursat aşkarlanıb VİDEO

Nazirliyin şöbə müdiri: Ən çox 11-ci sinif Azərbaycan tarixi dərsliyinə rəy daxil olub

Azərbaycan-Türkiyə dostluğu və strateji tərəfdaşlığı dünya üçün nadir nümunədir ŞƏRH

Zaur Əliyev: Xidmətlər Zərfi çərçivəsində 100 milyondan çox tibbi xidmət göstərilib

Fərid Şəfiyev: Azərbaycana qarşı törədilən soyqırımı hadisələrini dünya ictimaiyyətinə çatdırmaq işmizi davam etdirməliyik

FHN: Ötən sutka ərzində 9 nəfər xilas edilib

Gələn il hazırlanacaq 5-9-cu sinif dərslikləri üzərində işə başlanılıb

Antimaddənin sirri açılır

Azərbaycan ilə Çin arasında yük dövriyyəsinin artırılması üçün atılacaq konkret addımlar müəyyən edilib

Nazirlik rəsmisi: İctimai müzakirədə olan dərsliklərə istənilən şəxs rəyini yazıb göndərə bilər

Əkin sahələrinə dəyən zərərə görə sığorta ödənişlərinə başlanılacaq

“Vulverhempton”un sabiq futbolçusu Azərbaycan klubuna keçib

Vəfa Yaqublu: Bu il 61 dərslik üzərində işləmişik

Müdafiə Nazirliyi Xocalıda müsadirə edilən silah-sursatın görüntülərini yayıb VİDEO

UEFA Gənclər Liqası: Asim Xudiyev “Qəbələ”nin oyununa təyinat alıb

Azərbaycan ilə Çin arasında nəqliyyat-logistika məsələləri müzakirə olunub

Şuşa-Laçın yolunda avtomobildə baş verən yanğın söndürülüb

DTX: Ermənistan vətəndaşı Ruben Vardanyan təqsirləndirilən şəxs qismində saxlanılaraq məsuliyyətə cəlb olunub VİDEO

FHN-nin əməkdaşları Xankəndi yaxınlığında partlayışın baş verdiyi ərazidə axtarış-xilasetmə işlərini davam etdirirlər FOTO

Nazir müavini: Azərbaycanda güclü özəl sektor formalaşmaqdadır

İrlandiya parlamentində Azərbaycan Milli Məclisi ilə dostluq qrupu yaradılacaq

Dövlət Xidməti: Bu il keyfiyyət sahəsinin tənzimlənməsi istiqamətində böyük addımlar atılacaq

Böyük Teatrın səhnəsində “Min bir gecə” baleti nümayiş olunub

“Qarabağ: mülahizələr və düşüncələr” kitabının təqdimatı olub

Mərkəzi Klinika: Deputat Qənirə Paşayevanın ümumi vəziyyəti ağır olaraq qalır

AFFA rəsmisi “Beşiktaş” klubunun oyununa təyinat alıb

Anım Günü ilə əlaqədar ƏƏSMN tərəfindən tədbirlər keçirilib

Azərbaycan rejissoru Macarıstanda keçirilən 10-cu MITEM Beynəlxalq teatr festivalına dəvət alıb

Kosmik Nəsil Məşvərət Şurası tələbələr üçün 70-dən çox müxtəlif təqaüd təmin edir

Rəqabət Məcəlləsinin qəbul olunması sahibkarlığın inkişafına stimul verəcək

28 Sentyabr - Ümumdünya Dəniz Günüdür

Qubalı şəhidin əkiz qızları dünyaya gəlib

Azərbaycan Basketbol Liqasında iştirak edəcək bütün komandalar bəlli olub

Qarabağ bölgəsində müsadirə edilmiş döyüş texnikası, silah və sursat - SİYAHI

Dubayda Anım Gününə həsr olunmuş tədbir keçirilib

“Sabah” basketbol klubu Avropa Kuboku üçün iştirak ərizəsini FIBA-ya təqdim edib

Məktəbəqədər təhsil müəssisələrində boş qalan yerlər açıqlanıb

Azərbaycan və Böyük Britaniya beynəlxalq axtarışa verilmiş şəxslərin təhvil verilməsi məsələlərində sıx əməkdaşlıq edəcək

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının məlumatı

Yevlax rayonunda ər həyat yoldaşını qətlə yetirib

Bu il Hökumətlərarası Təqaüd Proqramları ilə 8 nəfər BDU-da təhsil alacaq

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının məlumatı

Ümumdünya prokurorlarının növbəti iclası Bakıda keçiriləcək