Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

AZƏRBAYCAN XALQ CÜMHURİYYƏTİ TARİXİNİN AKTUAL PROBLEMLƏRİNƏ HƏSR OLUNMUŞ BEYNƏLXALQ ELMİ SESSİYANIN VII İCLASI

Aprelin 14-də Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Azərbaycan Xalq Cümhuriyyəti tarixinin aktual problemlərinə həsr olunmuş beynəlxalq elmi sessiyanın növbəti iclası keçirilmişdir. Sayca yeddinci olan bu iclasda “Azərbaycan Xalq Cümhuriyyəti Türkiyə tarixşünaslığında” mövzusu müzakirə olunmuşdur.

İclası MEA-nın prezidenti akademik Mahmud Kərimov açmışdır. İlk məruzəni BDU-nun dosenti, tarix elmləri namizədi İqbal Ağayev etmişdir.

O bildirmişdir ki, xarici ölkə müəllifləri Cümhuriyyət dövrünün tarixinə xeyli monoqrafiya, elmi və publisistik məqalə həsr etmişlər. Vaxtilə bunlar sovet tarixçiləri tərəfindən kəskin tənqid edilirdi. Bu baxımdan Azərbaycan tarixinin göstərilən dövrü ilə məşğul olan Türkiyə tarixçilərinin əsərləri də istisna deyildir.

Tariximizin bir sıra problemləri dost və qardaş ölkənin tarixçilərinin həmişə diqqət mərkəzində olmuşdur. Ötən əsrin 90-cı illərində dünyada baş vermiş hadisələrdən sonra Azərbaycanda Cümhuriyyətin tarixinə, eyni zamanda əcnəbi tarixçilərin tədqiqatlarına münasibət dəyişmişdir. İndi Türkiyə tarixçilərinin fikirlərinin öyrənilməsi yalnız ideoloji deyil, elmi baxımdan da aktualdır. Qeyd edilməlidir ki, bu dövrün tədqiqi işi hələ Türkiyə tarixçiləri tərəfindən də başa çatdırılmamışdır. Mövzuya dair xeyli problem öz həllini gözləyir. Bunlar Azərbaycan və Türkiyə tarixçiləri tərəfindən sıx əməkdaşlıq şəraitində öyrənilməlidir.

Məruzəçi vurğulamışdır ki, Türkiyə tarixçilərinin Cümhuriyyət dövrünə marağı üç əsas məqamla müəyyən olunur: coğrafi yaxınlıq; xalqların etnik baxımdan qohumluğu; tədqiq olunan dövrdə iki ölkə arasında müxtəlif səciyyəli əlaqələrin yüksək səviyyədə olması. Bu ölkədə problemə dair yalnız tarixçilərin deyil, siyasətçilərin, diplomatların, hərbi mütəxəssislərin də əsərləri vardır. Həmin əsərlərin pərakəndəliyi və çoxşaxəliliyi mövcud materialın təhlilində müəyyən çətinliklər yaradır. Bu kitabların bir qismi təbliğat xarakteri daşıyır. Onların elmi dəyəri də müxtəlif səviyyədədir. Ümumiyyətlə isə, Türkiyə tədqiqatçıları Azərbaycanın göstərilən dövr tarixinə bitərəf deyil, onunla sıx siyasi münasibətlərdə olmuş bir ölkənin vətəndaşı kimi yanaşırlar.

Natiq sözünə davam edərək demişdir ki,Türkiyə tarixşünaslığı Azərbaycan tarixinin 1917-1920-ci illərinə münasibətdə sovet tarixşünaslığında qəbul olunmuş ənənəvi dövrləşmədən imtina etmişdir. Tariximizin Cümhuriyyət mərhələsi burada iki dövr üzrə tədqiq edilmişdir: 1917-ci ilin fevralından 1918-ci ilin iyununadək olan dövr - müstəmləkə zülmündən xilas olmuş xalq öz müqəddəratını təyin etmək hüququndan istifadə imkanı qazanır və onu həll edir; 1918-ci ilin iyunundan 1920-ci ilin mayına qədər olan dövr - bu hüququn həllinin məntiqi nəticəsi kimi Azərbaycan Xalq Cümhuriyyətinin yaranması, onun fəaliyyəti və süqutu. Qeyd edilməlidir ki, problemin Türkiyə tarixşünaslığı mühacir tarixşünaslığının təsiri altında formalaşmışdır. Lakin onları eyniləşdirmək mümkün deyildir. Çünki Türkiyə tarixçilərinin böyük bir qismi problemə mühacir tarixşünaslığına əsaslanmadan, Türkiyə kontekstindən, mövqeyindən, mənafeyindən yanaşmışdır. Yeri gəlmişkən, Azərbaycan Cümhuriyyəti dövrü Türkiyə tarixşünaslığının özünü də şərti olaraq bir neçə dövrə bölmək olar: XX əsrin 20-ci illərinin ikinci yarısı-30cu illər; 40-cı illərin ikinci yarısı-50-ci illər; 60-80-ci illər; 90-cı illər.

Məruzəçi göstərilən dövrlərdə yazılmış əsərləri təhlil edərək demişdir ki, Cümhuriyyət tarixi Türkiyə tarixşünaslığında iki əsas konsepsiya baxımından araşdırılmışdır:

“Qardaşlıq yardımı”. Bu konsepsiyaya əsasən, Xalq Cümhuriyyəti Türkiyənin himayəsi şəraitində meydana gəlmişdi və türk qöşunlarının Azərbaycana daxil olması təmənnasız qardaşlıq yardımı idi. Bu konsepsiyanın ardıcılları belə hesab edirlər ki, türk qoşunları Bakını erməni-rus silahlı qüvvələrindən təmizləmiş və şəhəri Azərbaycan hökumətinə təhvil vermişlər.

“İşğalçılıq”. Türkiyə tarixşünaslığında Türkiyə rəhbər dairələri ilə bilavasitə və dolayısı ilə əlaqəsi olan tarixçilər zümrəsi sovet dövrünün vətən tarixçiləri kimi, konyuktur ictimai funksiyaları yerinə yetirmiş, əsərlərini dövlət siyasəti mənafeyindən yazmışlar. Onlar gənc türklərin “Azərbaycan siyasəti”ni bəyənmir, 1918-ci ilin iyununda Türkiyənin Azərbaycana hərbi yardımını isə özünü doğrultmayan “işğalçılıq əməli” hesab edirlər.

Ancaq Azərbaycanda 1920-ci ilin aprelində baş vermiş hadisələrə baxışda isə hər iki konsepsiyanın tərəfdarları eyni mövqedən çıxış edirlər. Sonra Baki Dövlət Universitetinin baş müəllimi Ələmdar Şahverdiyev “Trabzon və Batum konfranslarında Azərbaycan məsələsi” mövzusunda məruzə etmişdir. Onun sözlərinə görə, Azərbaycanın 1918-1920-ci illər tarixinə həsr olunmuş əsərlərdə bunlar ayrıca tədqiq edilməmişdir. Bunun səbəbi konfransların gündəliyində, eləcə də ümumi iclaslarında və xüsusi müşavirələrində konkret olaraq Azərbaycan məsələsinin olmamasıdır. Region xalqlarının taleyüklü məsələləri bilavasitə konfransın gedişi zamanı protokoldankənar görüşlərdə müzakirə edilmişdir. Konfranslarda Türkiyə və Azərbaycan nümayəndə heyətləri dəfələrlə görüşərək, Azərbaycanın hüquqi statusu, Rusiyada yaşayan müsəlman-türk xalqlarının azadlıq mübarizəsinin vəziyyəti və xalqımız üçün həyati əhəmiyyət kəsb edən “Bakı məsələsi”ni müzakirə etmişlər.

Məruzəçinin qənaətinə görə, konfranslarda Azərbaycan məsələsinin əsl mahiyyətini üzə çıxarmaq üçün üç əsas amil nəzərə alınmalıdır: oktyabr çevrilişindən sonra beynəlxalq münasibətlər sistemində baş vermiş dəyişiklik; bolşevik Rusiyasının milli ucqarlarda həyata keçirdiyi siyasətin mahiyyəti; Qafqazda sabitliyin və millətlərarası mehriban qonşuluq münasibətlərinin əleyhinə yönəlmiş qondarma “erməni məsələsi”…

Axırda məruzələr ətrafında müzakirələr olmuşdur.

İclasda Prezidentin İcra Aparatının humanitar siyasət şöbəsinin müdiri Fatma Abdullazadə iştirak etmişdir.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları Komissiyasının məlumatı

Rusiya XİN Bakı və İrəvan arasında sülh müqaviləsinin razılaşdırılmasının zəruri olduğunu bildirib

Bolat Nurqaliyev: Sülh prosesi başlayandan sonra Azərbaycan dünya səviyyəsində əhəmiyyətli dərəcədə yüksəlib

Rusiya Prezidenti son 12 ildə BAM-ın gücünün üç dəfə artdığını açıqlayıb

Milli Məclisin növbəti plenar iclasında 18 məsələ müzakirə olunub

Ombudsman britaniyalı müəllifin təşəbbüsü ilə hazırlanan kitab üçün müsahibə verib

İmişlidə “Mercedes” marketə çırpılıb, yeniyetmə son anda qəzadan xilas olub: anbaan görüntülər VİDEO

AMB sədrinin rəhbərliyi ilə Azərbaycanın Bankçılıq Missiyası ABŞ-da işgüzar səfərdədir

Xankəndi şəhərində tapdığı silah-sursatları polisə təhvil verməyən şəxs saxlanılıb

"Azərreyl"in kapitanı: Xoşbəxtəm ki, əziyyətimizin bəhrəsini gördük

Azərbaycan Prezidentinin Rusiya səfəri iki ölkə arasında əməkdaşlıq baxımından tarixi önəm daşıyır ŞƏRH

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin hesabat yığıncağı keçirilib

Azərbaycan Afrika və Yaxın Şərqin ən böyük kənd təsərrüfatı sərgilərindən birində təmsil olunur

SOCAR-ın prezidenti Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölkəmizdəki səfiri ilə görüşüb

Azərbaycan və İspaniya iqtisadi-ticarət əlaqələrinin inkişaf etdirilməsini müzakirə edib

Portuqaliyalı ekspert: Azərbaycanda keçiriləcək COP29 iqlim dəyişikliyi ilə bağlı qlobal problemlərin həlli üçün daha səmərəli olacaq VİDEO

® “Rabitəbank”dan Ümumdünya Kitab Günündə Ağdam kənd məktəbinə dəstək

Azərbaycan-Əlcəzair əlaqələrinin daha da inkişaf etdirilməsi imkanları müzakirə olunub

Pekində “Azərbaycanda investisiya və ticarətin təşviqi” konfransı keçirilib VİDEO

Prezident: Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar

Ombudsman Aparatı uşaq hüquqları ilə bağlı təlim təşkil edib

Avstriyalı ekspert: Prezident İlham Əliyevlə görüşümüz çox maraqlı və faydalı oldu

“Laçın” dövlət sərhədindən buraxılış məntəqəsinin qurulmasının ildönümü münasibətilə silsilə tədbirlər keçirilib

MSN-in istehsal etdiyi silahlar Vətən müharibəsində və antiterror tədbirlərində düşmənə gücünü döyüş şəraitində göstərib

Ceyms Şarp: COP29-a ev sahibliyi etmək Azərbaycan üçün geniş imkanlar yaradacaq

Qarabağ Regional DOST Mərkəzində 300-dək şəxsə reabilitasiya xidmətləri göstərilib

Alman filosofu İmmanuel Kantın 300 illiyinə həsr olunmuş ümuminstitut seminarı keçirilib

Ceyhun Bayramov Çexiyanın “CEVRO” İnstitutunda ölkəmizin xarici siyasət prioritetlərindən danışıb

Voleybol üzrə Azərbaycan çempionatlarının qalibləri mükafatlandırılıb

Peşə təhsil müəssisələrinin məzun və tələbələri "Casa Culinary Cup 2024" yarışmasında qalib olublar

Qazaxıstanlı doktorantlar Neft və Qaz İnstitutunda təcrübə keçiblər

Prezident İlham Əliyevin Norveç Baş nazirinə ünvanladığı COP29-a dəvət məktubu səfirə təqdim edilib

Prezident İlham Əliyev Azərbaycanın uğurlarının səbəbini açıqlayıb

Qarşılıqlı anlaşma və möhkəm təmələ əsaslanan Azərbaycan-Rusiya münasibətləri ŞƏRH

Azərbaycan ilə Qırğızıstan arasında mədəniyyət sahəsində əməkdaşlığın genişləndirilməsi üçün münbit zəmin mövcuddur

Tədqiqat bəzi meşələrin iqlim dəyişikliyinə müqavimətdə mühüm rolunu üzə çıxarıb

BDU-nun tələbə və əməkdaşları Gənclər Fondunun qrant müsabiqəsinin qalibi olublar

“Hibrid enerji sistemləri və onların gələcək perspektivləri” - elmi seminar

ABŞ Konqresi üzvlərindən ibarət nümayəndə heyəti ölkəmizdə mövcud mina problemi barədə məlumatlandırılıb

AzTU-da Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin IV dalğası barədə infosessiya keçirilib

Prezident: Quru sərhədlərin bağlı qalmasından sonra Azərbaycanda təhlükəsizliyin gücləndiyini görürük

® “PAŞA Holding” üçün taksi biznesində növbəti mərhələ

Qarbi Abdelbaset: QH çərçivəsində əlaqələr Əlcəzair-Azərbaycan münasibətlərin inkişafına imkan yaradıb

“Azərreyl”in qadın komandası da Azərbaycan çempionu olub

Prezident İlham Əliyev: Biz qonşularla yaxşı və bəzi hallarda əla münasibətlər qura bilmişik

Baş prokuror paytaxtın Sabunçu rayonunda vətəndaşları qəbul edib

ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev forumda iştirak edib YENİLƏNİB VİDEO

“Reuters”: İlon Maskın “SpaceX” şirkətində xəsarət alan işçilərin sayı artır

Türkiyə millisinin futbolçusu Fransada üçüncü dəfə qarət olunub

Magistraturaya ikinci cəhd qəbul imtahanı keçiriləcək

Çexiya cəmiyyəti avroya keçməyə hazırdır?

Nərimanov rayonunda məktəblilərə narkotiklərin zərərli təsiri barədə məlumat verilib

Beynəlxalq ekspert: Azərbaycanın yaşıl enerji keçidində liderliyi beynəlxalq əməkdaşlıq üçün strateji imkandır – MÜSAHİBƏ

Yağış Şamaxıda bəzi fəsadlar törədib VİDEO

Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününə həsr olunmuş elmi seminar

® Balaxanı Əməliyyat Şirkəti ərazilərində ağacəkmə işləri həyata keçirilir

Əqli Mülkiyyət Agentliyinin və Qərbi Azərbaycan İcmasının birgə təşkilatçılığı ilə konfrans keçirilib - YENİLƏNİB-2 VİDEO

Kənd təsərrüfatı nazirinin müavini Qusarda vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Əlcəzair parlamentarisi: Azərbaycanla əməkdaşlıq üçün geniş imkanlar mövcuddur

Şəkidə ağacəkmə aksiyası keçirilib

Azərbaycan Prezidenti: Azərbaycanda ciddi və ya potensial qaydada yarana biləcək hər hansı risk yoxdur

BAM-ın ərsəyə gəlməsində Heydər Əliyevin bənzərsiz xidmətləri ŞƏRH

Azərbaycan Prezidenti: Biz özümüzü həm Avropada, həm də dünyanın Şərq hissəsində rahat hiss edirik

Ədəbiyyat İnstitutunda Abdulla Şaiqin “Türk çələngi” kitabı təqdim edilib

Xankəndi şəhərindəki tibb müəssisəsində ilk körpə dünyaya gəlib

Prezident: Cənubi Qafqazda ayırıcı xətlər çəkmək üçün bəzi cəhdlər göstərilir

Debora Zakuto: Fikrimcə Aida Mahmudovanın əsərlərindəki rəng ahəngi təbiətin onun həyatındakı rolunu göstərir

AzMİU-da “İnformasiya texnologiyaları və onların tətbiqi” adlı II beynəlxalq konfrans keçirilib

Fırat Arapoğlu: Aida Mahmudovanın ən böyük uğurlarından biri də bəşəri ziddiyyətləri əsərlərində təsvir edə bilməsidir

Küveyt Dövləti Azərbaycanla Ermənistan arasında razılaşmanı alqışlayır

Bakıda Türkiyənin Milli suverenlik və uşaq bayramı münasibətilə tədbir təşkil olunub

Prezident İlham Əliyev: Türkiyə-Azərbaycan birliyi regional təhlükəsizliyin və sabitliyin mühüm meyarıdır

İdman zalının kassasını talayaraq 12 min manat məbləğində pul oğurlayan mühafizəçi saxlanılıb

Azərbaycan Prezidenti: Hazırda neft və qaz ümumi daxili məhsulumuzun yarıdan az hissəsini təşkil edir

Azərbaycanın aparıcı musiqiçiləri Peterburq filarmoniyasında çıxış edəcəklər

Cari ilin birinci rübündə dövlət əmlakının icarəyə verilməsindən büdcəyə daxilolmalar artıb

Cibuti sahillərində miqrant qayığının batması nəticəsində 16 nəfər ölüb

BDU-nun şahmat komandasının uğuru

Alimlər heyvanlarda şüuru tanıyan bəyannamə imzalayıblar

Yeni inşa olunmuş yaşayış binası xidməti istifadəyə verilib

Prezident: Ermənistan dırnaqarası “Dağlıq Qarabağ”ın sülh sazişində olmamasına razılaşıb

Xalq yazıçısı Anar məktəblilərlə görüşündə mütaliənin əhəmiyyətindən danışıb

MEDİA-da Özbəkistan Jurnalistlər İttifaqının nümayəndə heyəti ilə görüş olub

Latviya məktəblərində rus dilinin tədrisi dayandırılacaq

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 29 dekabr tarixli 620 nömrəli Qərarı ilə təsdiq edilmiş “Sığorta ödənişinin verilməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Küçə mühitindəki uşaqlarla bağlı layihəyə cəlb olunmuş sosial işçilər üçün təlimlər keçirilib

“Cinayət prosesini həyata keçirən orqana çağırış vərəqələrinin formaları”nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Cinayət mühakimə icraatında prosessual sənədin verilməsi barədə qəbzlərin formaları”nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Coğrafiyaçı alimlər məktəblilərlə görüşüb

Alimlər məktəblilərə narkomaniyanın fəsadlarından danışıblar

Türkiyə Prezidenti müxtəlif ölkələrdən Ankaraya gələn uşaqlarla görüşüb

Prezident: Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır, biz gözləyə bilmərik

® “Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə edib

Azərbaycan Prezidenti: Neft və qaz gəlirləri işsizlik və yoxsulluq məsələlərinin həlli üçün istifadə edilib

Füzuliyə köçənlərə ödənişsiz danışıq sim-kartları hədiyyə edilib

Azərbaycan taekvondoçusu: Ümid edirəm ki, Paris Olimpiadasında medallarımızın sayı Tokiodakından çox olacaq

Bakının daha bir prospektində velosiped yolu salınır

Azərbaycan Prezidenti: Gənc nəslin təhsili əsas prioritetlərimizdən biridir

BMU-da IELTS imtahanına təşviqlə bağlı üçtərəfli müqavilə imzalanıb

Birinci rübdə neft-qaz sektoru üzrə dövlət büdcəsinə daxilolmalar proqnozu 5 faiz ötüb