AZƏRBAYCAN YAZIÇILARININ XI QURULTAYI KEÇİRİLMİŞDİR
AzerTAg.az
AZƏRTAC xəbər verir ki, mayın 17-də Dövlət Musiqili Komediya Teatrında Azərbaycan yazıçılarının XI qurultayı keçirilmişdir.
Yazıçılar Birliyinin sədri Anar qurultayı açaraq dedi ki, AYB–in üzvlərindən 458-i qurultaya nümayəndə seçilmişdir. Onlardan 414 nəfər qeydiyyatdan keçmişdir. Kvorum olduğu üçün qurultayımızı açıq elan edirəm.
Azərbaycan Respublikasının Dövlət himni səsləndirildi.
Natiq sözünə davam edərək bildirdi ki, ötən qurultaydan keçən dövrdə xalqımıza, ədəbiyyatımıza çox ağır itki üz vermişdir. Ümummilli liderimiz, həmişə mədəniyyətimizə, ədəbiyyat adamlarına böyük diqqət və qayğı ilə yanaşan, Azərbaycan Yazıçılar Birliyinin Fəxri üzvü Heydər Əliyev dünyasını dəyişmişdir. Həmin dövrdə Quzey və Güney Azərbaycandan 75 yazıçı da həyatdan köçmüşdür. Onun təklifi ilə bu insanların xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Qeyd olundu ki, yazıçıların XI qurultayı əvvəlki ənənəvi qurultaylardan bir qədər fərqli keçirilir. Yəni ədəbi janrlar üzrə yaradıcılıq hesabatları, ədəbi orqanların fəaliyyəti barədə məruzələr qurultayqabağı müşavirələrdə dinlənilmiş və ətraflı müzakirə olunmuşdur. Ona görə də hazırkı qurultayda yaradıcılıq məsələlərindən deyil, daha çox Yazıçılar Birliyinin fəaliyyətindən danışılacaqdır.
Birliyin katibi Arif Əmrahoğlu “Ötən qurultaydan keçən müddət ərzində Yazıçılar Birliyinin fəaliyyəti” haqqında məruzə etdi. Natiq bildirdi ki, yazıçıların X qurultayından sonrakı illər ədəbi-mədəni həyat üçün ağır sınaq dövrü olmuşdur. Xalqımızın illərlə həsrətini çəkdiyi müstəqillik özü ilə elə yeni reallıqlar gətirdi ki, vərdiş olunmuş münasibətlərdən ayrılıb yeni quruluşa uyğunlaşmaq üçün mütləq adaptasiya mərhələsi keçmək məcburiyyətində qaldıq. Arzusunda olduğumuz müstəqilliklə, necə yaşamaq düşüncəsinin biri-birinə qovuşması psixoloji gərginlik yaratdı.
Respublikamız müharibə ilə üzləşdi, itkilər verdik. Ağır sınaq dövründə yazarlarımız dözüm, səbir nümayiş etdirdilər, yazıb yaratmaqdan qalmadılar.
Bu, ədəbiyyatımızın yaşamaq uğrunda ilk ciddi və əsaslı uğuru idi. Həmin dövrdə Yazıçılar Birliyinin, onun ədəbi orqanlarının əmlakının qorunub saxlanılmasını da fədakarlıq kimi qiymətləndirmək lazımdır.
Ancaq bu hal uzun çəkmədi. Böyük Heydər Əliyevin hakimiyyətə qayıdışı həyatımızı öz məcrasına qaytardı.
Məruzəçi çətin dövrdə ədəbiyyatımıza, mədəniyyətimizə, incəsənətimizə, elmimizə ümummilli liderimiz Heydər Əliyevin qayğısını müdrik, uzaqgörən dövlətçilik mövqeyinin ifadəsi kimi dəyərləndirdi. Yazıçılar Birliyinin, onun ədəbi orqanlarının dövlət büdcəsindən maliyyələşdirilməsinə keçirilməsini, yaşlı nəslin 30-a yaxın nümayəndəsinə, 30 gəncə Prezident təqaüdünün verilməsini, klassiklərimizin yubileylərinin təntənəli şəkildə qeyd olunmasını və əsərlərinin nəşrini, latın qrafikasına keçilməsini, dövlət dilinin bütün strukturlarda işlənməsini və sair ulu öndərimiz Heydər Əliyevin, latın qrafikası ilə kitabların nəşrini, Milli Ensiklopediyanın əsaslı fəaliyyətinə vəsaitin ayrılmasını, Tərcümə mərkəzinin dövlət büdcəsinə keçirilməsini Prezident İlham Əliyevin yaradıcılıq sahəsinə dövlətçilik mövqeyindən yanaşmalarının əyani nümunəsi olduğunu diqqətə çatdırdı.
Natiq dedi ki, dövlət büdcəsindən maliyyələşdirildikdən sonra Yazıçılar Birliyinin ədəbi orqanlarının fəaliyyətində böyük canlanma yarandı. Müəlliflərə qonorar verildi. İrihəcmli nəsr əsərlər işıq üzü görməyə başladı. Hazırda yazıçılar birliyinin 11 bölməsi fəaliyyət göstərir. Bunlardan Mingəçevir, Aran və Moskva bölmələri X qurultaydan sonra yaradılmışdır. Yaxın günlərdə Borçalıda, Türkiyədə, Dərbənddə, Baltikyanı respublikalardan birində birliyin bölmələrinin və ya təsisçiliyinin yaradılması üzərində iş gedir. Bununla biz, obyektiv və subyektiv səbəblərə görə yaradıcı adamların ədəbi və mədəni mərkəz kimi Bakıya axınının qarşısını almağa, yerlərdə ədəbi mühiti canlandırmağa çalışırıq. Bu, həm də dünyanın müxtəlif ölkələrinə səpələnmiş soydaşlarımızın müqəddəs Vətən, milli dövlətçilik və milli ideologiya ilə yanaşı, milli ədəbiyyat ətrafında da birləşdirmək cəhdidir.
Qeyd olundu ki, X qurultaydan sonra Prezident təqaüdünə təqdim etmək üçün gənclərin siyahısı hazırlananda Yazıçılar Birliyində 40 yaşına çatmamış cəmi 35-40 nəfər var idi. Halbuki ədəbiyyatın poeziya, nəsr, publisistika, tərcümə, dramaturgiya və sair sahələrində yazıb yaradan kifayət qədər istedadlı gənclərimiz vardır. Bunu nəzərə alaraq son vaxtlar gənclərin birliyə qəbuluna xüsusi diqqət yetirilmişdir. Nəticədə bu gün birliyin üzvləri sırasında gənclərin xüsusi çəkisi əsaslı şəkildə artmışdır.
Yazıçılar Birliyi istedadlı gənclərə öz istedadlarını üzə çıxarmaq üçün şərait yaratmağa çalışır. Onlara Prezident təqaüdü verilir, Gənclər, İdman və Turizm Nazirliyi ilə əldə olunan razılığa əsasən hər il üç gənc yazıçı laureat adına layiq görülür. Yazıçılar Birliyinin öz təşəbbüsü ilə müxtəlif nominasiyalar üzrə mükafatlar verilir. Birliyin yeni Nizamnaməsinin hazırlanması da gənclərdən ibarət işçi qrupuna tapşırılmışdır.
Gənclərin təklifi ilə “Dünya ədəbiyyatı” və “ Körpü” jurnalları işıq üzü görmüşdür. Yazıçılar Birliyində keçirilən tədbirlərdə yaradıcılıq məsələləri ətraflı müzakirə olunur. Birliyin binasının dördüncü mərtəbəsi əsaslı təmir olunaraq ədəbi orqanların istifadəsinə verilib. Ötən müddətdə birlik kompüterlə tam təmin olunub. Məmməd Araz adına kitabxana təmir olunduqdan sonra Türkiyədən gətirilmiş kitablarla xeyli zənginləşdirilib.
Birliyin fəaliyyətindən bəhs edən natiq xarici ölkələrlə əlaqə və ədəbiyyatımızın təbliği məsələlərindən də danışdı. Vurğuladı ki, birliyin köməyi ilə Avsriyada “Azərbaycan hekayələri” kitabı çapdan çıxıb. “Azərbaycan nəsri antologiyası” fransız dilinə tərcümə olunaraq çap edilmək üçün Parisə göndərilib. Ayrı-ayrı xarici dərgilərlə də səmərəli əməkdaşlıq davam etdirilir.
Qurultayda yazıçıların sosial məsələlərindən də ətraflı söhbət getdi. Bu sahədə, eləcə də Yazıçılar Birliyinin fəaliyyətini genişləndirməyə dair faydalı təkliflər irəli sürüldü.
Yazıçılar Birliyinin katibi Fikrət Qoca “Nizamnamədə bəzi dəyişikliklər haqqında” məruzə etdi. Dəyişikliklərin vacibliyini vurğulayan məruzəçi dedi ki, yeni Nizamnamə layihəsinə görə hər 5 nəfər yazıçıdan biri qurultaya nümayəndə seçilə bilər. Köhnə Nizamnamədə gənclərə qayğı ilə bağlı nəinki bir bənd, bir söz də yox idi. Buna görə də qurultayda gənclərin iştirakını təmin etmək məqsədi ilə “Gənclər Şurası” yaratdıq və qərara alındı ki, şura bütünlüklə qurultayın iştirakçısı sayılsın. Onun statusu “Ağsaqqallar Şurası”nın statusuna bərabər tutulsun. Yeni Nizamnamənin hazırlanmasını da gənclərə tapşırdıq. Çünki həmin Nizamnamə ilə gələcəkdə onlar işləyəcəkdir. Nizamnamə layihəsi “Ədəbiyyat qəzeti”ndə dərc olundu.
Natiq Yazıçılar Birliyinə qəbul məsələsi ilə bağlı Nizamnamədəki dəyişiklikdən də bəhs etdi.
Yazıçılar Birliyinin katibi Çingiz Abdullayev xarici ölkələrin yazıçılar ittifaqının, dünyanın tanınmış sənətkarlarının qurultaya təbrik məktublarını oxudu.
Türkiyənin tanınmış yazıçıları Orxan Pamuk, İrfan Ülkü, yazıçı və şairlər Qabil, Zəlimxan Yaqub, Elçin Hüseynbəyli, Səlim Babullaoğlu, Çingiz Əlioğlu, rusiyalı yazıçı Lüdmila Lavrova, akademik Bəkir Nəbiyev, Baş nazirin müavini, xalq yazıçısı Elçin çıxış etdilər.
Qurultayda nümayəndələr adından xalq şairimiz Bəxtiyar Vahabzadəyə ünvanlanan məktubda ona möhkəm cansağlığı, yaradıcılıq uğurları arzulandı.
Qurultay adından beynəlxalq terrorizmlə mübarizəni gücləndirmək barədə dünya yazıçılarına bəyanat qəbul olundu.
X X X
Sonra təşkilat məsələlərinə baxıldı. Açıq səsvermə yolu ilə xalq yazıçısı Anar Yazıçılar Birliyinin sədri, xalq şairi Fikrət Qoca I katibi seçildilər. Çingiz Abdullayev, Arif Əmrahoğlu, Rəşad Məcid katib seçildilər. məcburiyyətində qaldıq. Arzusunda olduğumuz müstəqilliklə, necə yaşamaq düşüncəsinin biri-birinə qovuşması psixoloji gərginlik yaratdı.

Sonra təşkilat məsələlərinə baxıldı. Açıq səsvermə yolu ilə xalq yazıçısı Anar Yazıçılar Birliyinin sədri, xalq şairi Fikrət Qoca I katibi seçildilər. Cingiz Abdullayev, Arif Əmrahoğlu, Rəşad Məcid katib seçildilər.
Qurultayda Prezident Administrasiyasının şöbə müdiri Fatma Abdullazadə və başqa rəsmi şəxslər iştirak edirdilər.
Xəbərin mətnində orfoqrafik səhv var