İDMAN
AZƏRBAYCAN YIĞMASI FİFA-NIN YENİ REYTİNQ SİYAHISINDA İKİ PİLLƏ İRƏLİLƏMİŞDİR
AZƏRTAC xəbər verir ki, aprelin 19-da FİFA yığma futbol komandalarının yeni reytinq siyahısını açıqlamışdır. Azərbaycan yığmasının Türkiyə millisi ilə son yoldaşlıq oyunu komandamızın reytinqinə öz təsirini göstərmişdir. Millimiz yeni siyahıda iki pillə irəliləyərək, 355 xalla 112-ci yeri tutur.
Avropa çempionatının seçmə mərhələsi çərçivəsində yığmamızın rəqibləri olacaq komandaların əksəriyyəti reytinqin yuxarı sıralarında, o cümlədən Portuqaliya 8-ci, Polşa 28-ci, Sebiya və Çernoqoriya 46-cı, Finlandiya 49-cu, Belçika 56-cı, Ermənistan 109-cu, Qazaxıstan 136-cı yerdə qərarlaşmışlar.
Reytinqə isə, əvvəlki kimi, 830 xalla Braziliya yığması başçılıq edir. Çexiya millisi (779 xal) ikinci, Hollandiya komandası (774 xal) isə üçüncü yerdədirlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.04.2024 [21:10]
Azərbaycan parabadmintonçusu beynəlxalq turnirdə yarımfinala yüksəlib
- 19.04.2024 [19:57]
Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi olub
- 19.04.2024 [19:15]
Premyer Liqa: “Sumqayıt” Tovuzda vacib üç xalı qazanıb
- 19.04.2024 [18:07]
FHN-nin qurumları arasında stolüstü tennis üzrə çempionata yekun vurulub
- 19.04.2024 [17:43]
Konfrans Liqası: Türkiyəli futbolçunun vurduğu qol ən yaxşı seçilib
- 19.04.2024 [16:23]
Fransalı gimnast: Bakı çox ecazkar və müasir şəhərdir
- 19.04.2024 [16:01]
Azərbaycan gimnastı: Karyeramda ən böyük dəstəkçim anamdır
- 19.04.2024 [15:55]
“Qəbələ” israilli futbolçu ilə vidalaşıb
- 19.04.2024 [15:51]