İQTİSADİYYAT


AZƏRCELL TELEKOM YENİ LAYİHƏTƏQDİM EDİR

Azərcell Telecom Birgə Müəssisəsi iyulun 20-dən Lider TV və Lider radiosunda “Cellofan” adlı yeni layihəni həyata keçirməyə başlamışdır. Bu əyləncəli verilişdə Azərcell-in hər bir abonenti Siemens C 45 telefonu qazana bilər.

Birgə Müəssisədən AZƏRTAC-a daxil olan məlumatda deyilir ki, veriliş əsnasında həftə ərzində Lider TV-də yayımlanmış beş xarici video-klip göstəriləcək, radioda isə efirə getmiş beş xarici mahnı səsləndiriləcəkdir. Abonent öz zövqünə uyğun ən yaxşı mahnını seçib 9001 nömrəsinə qısa mesaj göndərməklə oyunun iştirakçısına çevrilə bilər. Səsvermənin yekununa görə, ən yaxşı mahnı müəyyənləşdirilir.

Birinci yeri tutmuş mahnını düzgün tapmış abonentlərin arasında 5 Siemens C 45 mobil telefonu oynanılacaqdır.

“Cellofan”ın versiyaları hər bazar günü Lider TV və Lider radiosunda eyni vaxtda-saat 12.30-dan 13.00-dək efirə çıxacaqdır.

Zənglər adi mesaj qiymətinədir, yəni Sim-Sİm abonetləri üçün 11 kontur, Standart Biznes Ekonom abonentləri üçün isə 246 manatdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.